Hal-hazırda
siyasətə biganə axırıncı “obıvatel”in də səhər yuxudan oyanıb xəbər saytlarında
cavab axtardığı bir sual var: “Neftin bugünkü qiyməti neçəyədir?” Azərbaycanlı
üçün neftin qiyməti bütün suallara cavabdır. Dolların kursundan tutmuş, onun
işdə qalıb-qalmayacağına qədər. Ancaq daha bir məsələ insanlara rahatlıq vermir:
“Neft niyə ucuzlaşır?”