Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 24 декабря 2013 г.

"7 gözəl" hekayə


Bu günədək iştirak etdiyim kitab təqdimatları janrından asılı olmayaraq roman təqdimatı olub. İlk dəfə idi ki, hekayələr kitabının imzalama mərasimində iştirak edirdim. Müəllif Əli Novruzov. Əsər "7 hekayə". Hekayə kitabları yaddaşımda sovet xatirəsi kimi qalıb. "7 hekayə"ni oxuduqdan sonra əminliklə deyə bilərəm ki, xeyli roman yazarı ilə yanaşı artıq hekayə yazarı da var.

четверг, 12 декабря 2013 г.

Sübhü açılmayanlar



Mustafa Sübhi küçəsinin adının Şeyxülislamın bir göstərişi ilə dəyişdirilməsindən yəqin ki, xəbəriniz var. Ancaq bu hadisədə bir şey təəssüfləndirdi. Az qala Məhəmmədhəsən kişinin dağda ölən eşşəyi haqda bəyanat verən partiyalar məsələyə səssiz qaldı.

вторник, 10 декабря 2013 г.

Madyanların inqilabı

9 dekabr Maydan hadisələri Kievdə Leninin heykəlinin məhv edilməsilə yadda qaldı. Maydan hadisələrinin ardıcıllığı mənə nədənsə Meydan hərəkatını çox xatırladır. Meydana gətirilən tonlarla ərzaq, kütlənin orda qalması üçün tökülən pullar, təsadüfi meydan liderləri və sökülən Lenin heykəli. 

пятница, 29 ноября 2013 г.

Nə üçün Erdoğan

İki həftədir Türkiyənin gündəmini zəbt edən məsələ AKP və Fətullah Gülen Cemaatının arasının dəyməsidir. AKP Cemaat hazırlıq kurslarını bağlamaqda qərarlıdır. Bu iki qüvvəni siam əkizi sayan, həttə Erdoğanı Fətullahın oyuncağı sayanlar sual qarşısındadır. Nə baş verir?

вторник, 26 ноября 2013 г.

Heydər yolunun yolçusu Anqola

Anqolada XX əsrin şahid olmadığı barbarlıq hadisəsi baş verib. Rəsmən islam dini qadağan edilib və islama aid hər şeyə qadağa qoyulub. Bundan əlavə məscidlər, minarələr göz görə-görə sökülüb. Anqola prezidenti Joze Eduardu duş Santuşun yediyi qələti heç Stalin də yeməmişdi.

суббота, 9 ноября 2013 г.

Rusiyada millətçilik artırmı?

Son aylar mətbuatda siyasi təhlillərinə baxsaq ancaq "Rusiyada faşizm baş qaldırır" tipli şərhlərə rast gəlmək olar. Vəziyyət həqiqətən belədirmi? Nə üçün Manejni, Brilyovo kimi etnik qarşıdurma mərkəzləri məhz Moskvada müşahidə olunur? Rusiyanın yaşamalı yerlərindən olan Krasnodar (Soçi) kiçik istisna. Bəs nə baş verir?

суббота, 19 октября 2013 г.

Orxanların mübarizəsi


Rusiyada Yeqor Şerbakovun qətlinə görə həbs edilmiş Orxan Zeynalovu artıq hamınız tanıyırsınız. Hadisəyə şərh verməyəcəm. Kişinin başına iş gələr. Ancaq bizimkilərin ilkin reaksiyası gözlərimi açdı. Anladım ki, bizdə nə millətçilik var, nə milli heysiyyat. Erməni düşmənçiliyi söhbəti var. 20 ildir atıblar ağzımıza. Qır kimi çeynəyirik.

пятница, 4 октября 2013 г.

Donqilisiz müxalifət

Müxalifətdən gedən hər donqili mənim üçün bayram hədiyyəsidir. İndidən yazını oxuyub burcudanlar üçün deyim naxçıvanlı yox, donqili. Hərgah bu sözü leksikona ilk gətirən onlardır. Donqili o kəsdir onun üçün ən ali dəyər Tayfadır. Ən əziz adamı kəndçisi, ən hörmətli məmur vəzifədə olan yerlisidir. Hakimiyyətə o zaman səmimi müxalifdir ki, orda Tayfa üzvləri yox, başqaları təmsil olunur.

суббота, 28 сентября 2013 г.

Qlamur intellektuallığın sonu

Müxalifətin 22 sentyabr mitinqi İskəndər Həmidovun çıxışı və onun üzərinə Erkin Qədirlinin tənqidi ilə yadda qalmışdı. Bu mitinqdə Erkin Qədirli çıxdı və onunla yadda qaldı ki, danışdığından heç nə yadda qalmadı.

воскресенье, 15 сентября 2013 г.

Nigar Köçərlinin çıxardığı göz

Nigar Köçərli susdu-susdu, reallığı yazar tayfasının üzünə çırpdı. Söhbət Azadlıq radiosunda Şərif Ağayarla polemikasından gedir. "Çest"i incimiş yazarcıqlar qarğa dəstəsi kimi tökülüşdü xanımın üstünə. Müsahibəni tapıb oxuyarsız. İzahını mən verəcəm.

вторник, 10 сентября 2013 г.

Seymur Baycandan narahatam


Dünən təhsil eksperti Əlövsət Osmanlı vəfat etdi. Əlövsət Osmanlı Azərbaycan mətbuatında tək cəhəti ilə yadda qalmışdı. Sabiq təhsil naziri Misir Mərdanovun əbədi və dönməz tənqidçisi olmaqla. Əlövsət tənqid etmirdi. Misirlə yaşayırdı. Onunla nəfəs alırdı. Həftə səkkiz-doqquz "Azadlıq" qəzetinə zəng edib açıqlama verirdi. Gün gəldi Misir Mərdanov vəzifədən getdi.

суббота, 7 сентября 2013 г.

Lalə Şövkət mənliyi


"İgidi öldür, amma haqqını ver" deyiblər. Deyiblər, o halda ki, öldürən də igid ola. 6 sentyabr gündəminin ən böyük xəbəri Lalə Şövkət oldu desək yanılmarıq. Lalə xanımın müsahibəsindən "Heydər Əliyevin komandasında olmuşam. Bu həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm" cümləsini çıxaran qaragüruhun şüvən qopardığını gördüm.

четверг, 5 сентября 2013 г.

Ay brat, nə haldasan.


Ay brat, salam. Çoxdandır görüşmürük. Eşitmişəm son zamanlar yaman nervinni olmusan. Çatana çatırsan, çatmayana daş atırsan. Nervinni qaqaşlar metro, avtobus qapısını yumruqlayır. Sənsə durmadan klavyatura döyəcləyirsən.

воскресенье, 1 сентября 2013 г.

"Cəlilabadlı Miralim" kimdir?!

Avqustun 31-i keçmiş hərəkatçı Miralim Bəhramovun vəfat xəbəri yayıldı. Gənc müxalifətçilərin bu xəbəri üzüntü ilə paylaşdığını görüncə təəccübləndim. Yəqin adamı tanımırlarmış. Miralimi AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli ilə ilə səhv salmayın.

четверг, 29 августа 2013 г.

Realpolitika ya şəriət?



"Erdoğan Türkiyəyə şəriət gətirir" - siyasətə iddialı olub, bu fikri səsləndirən adamlara hər zaman gülüb keçmişəm. Erdoğanın baş nazir olmasından 10 il keçib. Türkiyə nə İran olub, nə də zorla kiminsə başına çadra keçiriblər. Baş örtənlərlə örtməyənlərin arasında da statistik fərq dəyişməyib. 

пятница, 23 августа 2013 г.

Elçibəy və Tayfa


22 avqust Elçibəyin ölüm günüdür. Bu günü daha üstün tuturam nəinki bəyin doğum günü. Ziyarətini tərkitsəm də, kişiyə minnətdaram. Dünyada tək siyasətçidir ki, ölümü partiyasına daha çox xeyir verib nəinki fəaliyyəti. Açıqlayım.. 

четверг, 22 августа 2013 г.

"Milli" faciə

Azərbaycan dilində traqikomediya janrına ad verilsəydi, "Milli" sözündən daha yaxşı ifadə tapmaq olmazdı. Azərilər yaman sevir bu sözü. Sovet vaxtından dəb olsa da, beynəlmiəl sözünün kölgəsində qalmağa məcbur idi. Əsl "milli" bum SSRİ-nin dağılması ilə start götürdü. Atası ölmüş yetim uşaq evdə qaydalar qoyan  kimi hər şeyə milli yarlıkı taxmaq adət oldu. Elə faciə də burdan başladı. 

понедельник, 5 августа 2013 г.

Xədicənin köstək aksiyası


Yox, bu dəfə jurnalist Xədicə İsmayılı tənqid etməkdən uzağam. Avqustun 2-i Nizami metrosu yaxınlığında jurnalistlərin "Xədicəyə dəstək" aksiyası oldu. Hər cür idiotik aksiya ağlımdan keçirə bilərdim, amma "Xədicəyə dəstək" yürüş aksiyasını yox.

среда, 31 июля 2013 г.

Rüstəmsiz Mixalkov

Rüstəm İbrahimbəyov deyəndə ağla ilk növbədə ağla Milli Şuranın vahid namizədi gəlir. Bu insanın həyatı boyu yığdığı mədəni kapitalı hesablasaq siyasi karyerasını dəfələrlə üstələməyə yetər. Azərbaycanlılar ali incəsənətdən qanmayan, toyxana repertuarını sevən xalq olduğundan bu insanı elə də yaxşı tanımırlar. Tanıdıqlarını sanırlar. Gəlin yaxşı tanıyaq.

пятница, 26 июля 2013 г.

Bloq necə yazılmalıdır

Bloq açan, ilk yazısını yazmaq istəyən hər kəs özünə bu sualı  verir. Alver kimi bu sahə də bəzən tutur, bəzən tutmur. Xüsusi ədəbi istedada malik deyilsizsə, aşağıdakı məsləhətlərdən istifadə edin:

среда, 24 июля 2013 г.

четверг, 4 июля 2013 г.

Onun polisi

Amerikanların bir məsəli var: "Hakimiyyət insanı bədbəxt edir". Doğru fikirdir. Ancaq  2 iyun Polis günü ilə bağlı İlham Əliyevin çıxışını dinləyənədək özüm də gözləməzdim ki, bu dərəcə bədbəxt edir. Elə həmin gün Rüstəm İbrahimbəyovun verdiyi müsahibədə "İndiki prezidentə oxşasam, həyatım məhv olar" fikri yerinə düşür. Nə deyib Əliyev?

вторник, 25 июня 2013 г.

Mehriban düşmən


Bir neçə gün öncə adı ictitimaiyyyətə elə də məlum olmayan DADP Mehriban Əliyevanın namizədliyini irəli sürdü. Xəbər mətbuatda, müxalif funksionerlər arasında ajiotaj yaratdı. Mövzu ətrafında müzakirələr isə hələ də gedir. Kimlər sevindi, kimlər hirsləndi. Həqiqətdə isə hakimiyyət bu xəbərlə cəmiyyətin nəbzini yoxladı. Belə götürəndə hakimiyyətyönlü DADP rəsmən İlham Əliyevin namizədliyini elan etmiş YAP-a niyə kəllə atsınki?

четверг, 13 июня 2013 г.

Zoraki türklər


1 iyundan bu yana Gezi parkı hadisələrini izləyərək  anlamağa çalışıram. Türk  gəncləri nə istəyir? Gəldiyim yekun qənaət o oldu ki, bunlar nə istədiklərini belə bilmirlər. İstanbulda olma imkanım olmadığından hadisələri internetdən, insanların düşüncəsini facebook səhifələrindən izlədim. Tayyip Türkiyəni iki yerə böldü deyirlər. Fikir fərqi olaraq türk gənci iki yox, ən azı on yerə bölünmüşdür.

воскресенье, 9 июня 2013 г.

Molotov həqiqətləri


İlham Əliyevin YAP-ın V Qurultayında çıxışını oxudum. Fərqli bir şey görməyəcəyimdən oxumayıb ötürəcəkdim. Ancaq "Molotov kokteyli" başlığının üstündən keçə bilmədim. Mən o çıxışda hər şey gördüm. İlham Əliyevin özündən başqa.

пятница, 7 июня 2013 г.

Ər-arvad hakimiyyətinin startı


Rusiya və Azərbaycanda bir gün fərqi ilə bənzər iki hadisə baş verdi. Hər ikisi dövlət başçısı, hər ikisi onların xanımları ilə bağlı idi. İlk xəbər Putin cütlüyünün rəsmən boşanması oldu. Vladimir Putinin arvadı belə izah verdi ki, iş sıxlığı ilə ərini demək olar ki, görmür. Publika qarşısına çıxmağı sevmədiyindən xarici səfərlərə tab gətirə bilmir. Bir sözlə, Putin daim məşğuldur.

четверг, 6 июня 2013 г.

Əyyaşların üsyanı

Türkiyədə son həftəni əhatə etmiş Gezi Parkı dirənişi artıq başa çatır. 29 mayda polisin parkdakı çadırları yandırmasıyla başlayan toqquşma 1 iyunda pik həddinə çatdı. Kiçik qruplar nəhəng kütləyə çevrildi. Müqaviməti qırdı. Elə meydana girən kimi o enerjini itdi. Xırda-xırda toqquşmalarla davam etsə də, dünənin inqilabçı adı taxılan gəncliyi bugün adi hippidən fərqlənmir.

пятница, 10 мая 2013 г.

Cənnət Şuşa, cəhənnəm Bakı

Şuşanın işğalının ildönümü ilə əlaqədar mia.az saytı hal-hazırki Şuşanın fotolarını yayımlayıb. Desəm ki, içim sızladı İlham Əliyevdən fərqim olmaz. Əksinə sevindim. Şuşa mənə itirdiyimiz cənnəti xatırladı. Cənnət diyar Qarabağı yox. SSRİ-nin qoyub getdiyi, müstəqillikdən sonra öz azərbaycanlımızın əli ilə məhv etdiyi yaşıl cənnətini. İşğal olunub zorlanmış köhnə Bakını. Bakı ilə doymayıb məhv edilən yaşıl rayonları.

четверг, 2 мая 2013 г.

Xədicəfillər mənim dostumdur

Son iki ildə 1 may Əmək gününə yaxud Fəhlə bayramına bloq yazısı həsr etmişdim. 2011, 2012. Bu il yazmayacaqdım. Təkrarçılıq etməyə həvəs yox idi. Ancaq solçuların keçirdiyi 1 may aksiyası, ardınca anti-solçuların aksiyadan fotoya verdikləri reaksiyaya səssiz qala bilmədim. 

пятница, 19 апреля 2013 г.

Ölülər və qaquliklər

19 apreli 2013-ün yadda qalan günlərindən hesab etmək olar. Eyni gündə bürokratiyanın iki qoca kötüyü yerindən çıxarıldı. 15 il Təhsil Naziri olmuş Misir Mərdanov Mikayıl Cabbarovla, İTV-nin baş direktoru İsmayıl Ömərov  Cəmil Quliyevlə əvəzləndi.

суббота, 13 апреля 2013 г.

Oğrunun doğruya bağırması


Əliyevlər ailəsinin növbəti ofşor qalmaqalı çıxdı. Çıxdı. Amma kimsə təəccüblənmədi. Oğrunun oğru olduğu, Azərbaycanın sərvətlərinin planetin ən kiçik nöqtələrində gizlədildiyi zatən hər kəsə bəlli idi. 

İfşa məsələsinə gəldikdə Əliyevlər ifşa olunmaqdan yoruldu, mətbuat ifşa etməkdən yox. Artıq 2010-cu ildə dünya mediasında çıxan Dubay villaları qalmaqalı faktı qarşısında olduğu kimi şok və qəzəb içində deyillər. Prezident Aparatı səviyyəsində biznes maxinasiyasını təsdiqləyirlər. Qınamaqdan keçib məsələyə təhlil gözü ilə baxaq. 

вторник, 2 апреля 2013 г.

Təşəkkürlər hakimiyyət


Bəzən elə şeylər olur ki, hakimiyyətə təşəkkür etmədən keçə bilmirsən. Nidaçıların ard-arda həbsləri də bu qəbildəndir. Baxırsan siyasi proses səngiyən yerdə hakimiyyət yenə qaz verdi. Belə köməyə ancaq çox sağol demək qalır.

Molotov şousu axşamı televiziyaya baxıb dedim: “Ale, neynürsüz? Parçalanmaqda olan təşkilata öz əlinizlə can verirsüz”. Bir hakimiyyət ki, gündüz kafelərdə, axşam internetdə sülənən uşaq-muşaqdan inqilabçı, dövlət çevrilişçisi düzəltdi, belə ciddi imici xaricdən gətirilən polittexnoloqla da düzəltmək olmazdı.

среда, 13 марта 2013 г.

Tayfa intellektualizmi


Azərbaycandakı regionçuluqdan, tayfa idarəçiliyindən, yerliçilik heysiyyatından arabir yazıram. Status və bloq şəklində. Hər yazanda da dostlardan kimsə ilə mütləq üz-göz oluram. Hətta infosunda demokrat,  müxalifət yazanın biri başlayır səni söyməyə.

вторник, 26 февраля 2013 г.

Xocalı bataqlığı

Yenə Xocalı, yenə qaramat, ay brat, ay brat! Xocalı faciəsinin ildönümü hər il eyni cür keçir. Ziyarət, televiziyada ağlaşma, sosial şəbəkələrdə uşaq cəsədlərindən fotolar paylaşan gənc sadomazaxistlər. Dəyişən bir şey yoxdur. Vətənpərvərlik adına xaricdə yuyulan çirkli pulların artan məbləğindən başqa.

воскресенье, 10 февраля 2013 г.

Yarımçıq demokratlar

"Daş yuxular" romanına görə zülmətin Əkrəm Əylislinin üzərinə gəlməsini görəndə söz verdim ki, nəyin bahasına olur-olsun yazıçını müdafiə edəcəm. Hətta yazıçı fikirlərindən imtina etsə də, bu hakimiyyətin qarşısında diz çöküb yalvarsa da, əfv diləsə də yenə müdafiə edəcəm. İnsan gec-tez ölür, sınır, amma fikir yaşayır. Şükrlər olsun ki, İctimai televiziyanın efirində gedən debatda yazıçı nə kitabından imtina etdi, nə mövqeyindən. Zülmətin qarşısında Promotey kimi dayandı. Nəinki iqtidarın, onu danan yarımçıq demokratların əvəzinə də dayandı.

вторник, 5 февраля 2013 г.

Balta or Democracy?


Quduz iti bircə dəfə zəncirdən açıb buraxmaq kifayətdir ki, o sağlam insanları dişləyib quduzluğu bulaşdırsın. Avtoritar rejimlər də belədir. Onlar diş qıcayan it kimi kötəklənmədikcə, əl çəkməzlər. Zərbə güclüdürsə quyruğunu pusub qaçacaq. Ştrasserin siyahısının qəbul edilməməsi, ardınca Tofiq Yaqublu və İlqar Məmmədovun həbsi bənzər nümunədir.

пятница, 1 февраля 2013 г.

Balta kəsməyən "Daş arzular"


Doğrusu, ziyalı anlayışını öz aləmimdə çoxdan basdırmışdım. Ancaq yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanı gündəmə gəlincə tunelin sonunda bir işıq gördüm. Azərbaycanlının ziyalı anlayışı çoxlu titulları olan, məclisdə tost deyən, şəkli nazirlərlə qəzetə düşən "yekə adam" obrazıdır. Ziyalının nə yazdığını oxuyar, nə də kitabından xəbəri olar.

пятница, 25 января 2013 г.

İsmayıllıdan sonra nə etməli?

Yanvarın 23-ü İsmayıllı atəşə verildi. Bu yanvar ayına düşən üçüncü, amma ən böyük dirəniş aksiyasıdır. Qudurğanlıqdan qəzəblənən xalq icra başçısının qardaşı oğlunun avtomobilinə, fahişəxanaya çevirdiyi "Çıraq" motelinə, daha sonra  bir neçə lüks avtomobilə od vurdu. Üsyan ürtəsi gün də davam etdir. Tələb qətidir. Rayonda hakimiyyət dəyişməlidir!

воскресенье, 20 января 2013 г.

Mandaloşka tələsi


Bir şey diqqətinizdən qaçmış olmaz. Nə zamanki ANS cəmiyyət arasında nüfuzdan düşür, o dəqiqə kimsə kanaldan zəng eləyir müxalifətə. İkinci, üçüncü dərəcəli funksionerləri efirə dəvət edib ictimaiyyətdə "ANS müxalifətə yer verdi", "yenə də kanallardan ANS" kimi sadəlöhv düşüncəni bərpa edirlər. Sonra 5-6 ay fasilə. Təbii ki, bu kanalda AXCP, Müsavat liderlərini heç vaxt görə bilməzsiniz.

среда, 16 января 2013 г.

Başı alabaşa dəyən ünsürlər


Bir neçə gün öncə "Əsgər ölümünə son!" aksiyasından yayılan video yadınızda olar. Jurnalist Xədicə İsmayılova bir dəstə adamı başına yığıb, YAP-ın qərargahı qarşısında qışqırır: "Ali Baş Komandan cavab ver bizə", "Ordu hamınındır!" Dəstə də dediklərini təkrarlayır. Videokadrlara baxıb öz-özümə dedim: "Bunlar nə edirlər? Kimdən cavab istəyirlər?"

вторник, 15 января 2013 г.

Arifə bir çırtma


Uzun müddətdir müxalif düşərgəni tənqid edən yazı yazmırdım. Eyibsiz gözəl olduqlarına görə deyil, nəticə çıxarmadıqlarına görə artıq enerji sərf etmirdim. Amma Arif Hacılının Kulis.az saytına verdiyi müsahibəni oxuyunca, "bir yerə qədər" dedim.

Sıradan adam üçün adi müsahibə, müxalifət partiyasının lideri olmağa iddialı birisi üçün əsl rüsvayçılıqdır. Cəmi bir sual cavab hər şeyə işıq salır.

четверг, 3 января 2013 г.

Elçibəy və Emin Milli tarixin tərəzisində


Yenə ajiotaj. Bu dəfə internet aləmi Emin Millinin son bloq yazısını müzakirə edir. Yazı "Azərbaycan" qəzeti, 23 Oktyabr, 1993 sayından çıxarış edilən məqalə haqdadır.  Elçibəy 1975-ci ilin fevralın 6-da DTK-nın sədrinə, yoldaş Karsilnikova yazdığı məktubda özünü doğrultmaq üçün daha bir şans istəyir və söz verir ki, bundan sonra dövlətin və partiyanın leninçi siyasətini müdafiə edəcək. Bloq yazısının sonunda Elçibəy ittiham edilir. Cəbhə höküməti arxivləri açmamaqda günahlandırılır.