Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 31 января 2016 г.

Nə üçün neft ucuzlaşır, Rusiya isə dağılmır?



Hal-hazırda siyasətə biganə axırıncı “obıvatel”in də səhər yuxudan oyanıb xəbər saytlarında cavab axtardığı bir sual var: “Neftin bugünkü qiyməti neçəyədir?” Azərbaycanlı üçün neftin qiyməti bütün suallara cavabdır. Dolların kursundan tutmuş, onun işdə qalıb-qalmayacağına qədər. Ancaq daha bir məsələ insanlara rahatlıq vermir: “Neft  niyə ucuzlaşır?”