Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 24 апреля 2012 г.

Sadə oğlanam, sadə saat taxıram mən

Sadə saatlı sadə oğlan İlham Əliyev



Bloqqer Vəfa Cəfərovanın hazırladığı və “Azadlıq” qəzetinin tirajladığı “İlham Əliyevin saatı neçə(yə)dir?” məqaləsinə bugün Prezident Aparatının mətbuat xidmətindən reaksiya gəlib: “Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab Prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir”

Açıqlamada təkcə İlham Əliyevin sadə oğlan olmasına işarə etmirlər, həm də “Azadlıq” qəzetini 3 gün içində təkzib verməsələr, məhkəməyə verməklə hədələyirlər. Hədələnən ancaq “Azadlıq” qəzetidir. Çünki bu ölkədə “İlham Əliyevin pulunu saymağa cəsarət edən” tək qəzet də elə “Azadlıq”dır.

пятница, 13 апреля 2012 г.

суббота, 7 апреля 2012 г.

Gəl!!!


Sabah 8 apreldir. Sabah mitinqdir. Bu dəfə qarlı yox, günəşli gündür.  Yenə həmin yer, həmin sahə - 20ci sahə. Çox insan orda olacaq. Çoxumuzun isə xəbəri yoxdur. Olmalıyıq. Xəbəri olmayanları çağırmalıyıq. İstirahət günümüzü dörd divar arasında çürütməkdənsə, insan selinə qatılmalıyıq.

Bax, o zaman tək olmadığımızı dərk edəcəyik.
Bax, o zaman müqavimət üçün bir nəfərin yox, minlərin var olduğunu görəcəyik.
Təkcə dayanıb baxmayacayıq. Qəlbimizin səsini eşidəcəyik. Vicdanımızı titrədəcəyik.

четверг, 5 апреля 2012 г.

Ölən insan deyil, insanlıqdır

Bugün İsrail mətbuatından bir xəbər oxudum. Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru fələstinlilərin 2009-da İsrailin keçirdiyi “Ərimiş qurğuşun” hərbi əməliyyat ilə bağlı şikayətini rədd edib. Şikayət insanlığa qarşı cinayətin araşdırılması xahişi idi. Baş prokuror: “Hal-hazırda Fələstin ancaq müşahidəçidir. BMT-in tam hüquqlu üzvü olan dövlət deyil.” 

Bu cümlələri oxuyanda “insanlıq öldümü?” sualını vermədim. İnsanlıq ölmüşdür! qərarını verdim. Kimin əlində can vermişdir?