Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 5 апреля 2012 г.

Ölən insan deyil, insanlıqdır

Bugün İsrail mətbuatından bir xəbər oxudum. Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru fələstinlilərin 2009-da İsrailin keçirdiyi “Ərimiş qurğuşun” hərbi əməliyyat ilə bağlı şikayətini rədd edib. Şikayət insanlığa qarşı cinayətin araşdırılması xahişi idi. Baş prokuror: “Hal-hazırda Fələstin ancaq müşahidəçidir. BMT-in tam hüquqlu üzvü olan dövlət deyil.” 

Bu cümlələri oxuyanda “insanlıq öldümü?” sualını vermədim. İnsanlıq ölmüşdür! qərarını verdim. Kimin əlində can vermişdir?

Nasistlərinmi?         Yox!
Kommunistlərinmi? Yox!
Müsəlmanlarınmı?   Təkrar: Yox!

İnsanlıq ölmüşdür! Liberal Qərbin ovcunda. Satılmış demokratların ağzında. İnsanlığa sahib çıxdığını elan edən bir məhkəmənin qərarında. İnsanlıq ölmüşdür yəhudi lobbisinin caynağında.

Qərar nə zaman verilib? 2009-da. Nə zaman rədd edilib? 2012-də. Əzilən bir millətin haqqının qorunması bir yana, şikayətinin tanınması üçün 3 il lazım olub. 3 il! Orta əsrlər xristian dünyasından acı bir hekayə var. Kilsə məhkəməsi yığışıb qadının insan olub-olmamasını müzakirə edir. Mübahisə uzun çəkir. Sonda belə qərara gəlirlər ki, qadın da insandır.

Bu qərar inkvizasiya təfəkküründən belə aşağıdır, iyrəncdir. Dövlət tanınmaya bilər. Amma tanınmayan siyasi aparat deyil, bir millətin haqqıdır. Haqq etdiyi ədalətin ayaqlar altına atılmasıdır, alçaldılmasıdır. 6 aylıq körpələrinin fosfor bombaları altında sifətlərinin yandırılmasıdır.

Bir zamanlar yəhudilərin də dövləti yox idi. İsrail belə yox idi. Amma BMT vardı. 1945-ci il Nürnberq məhkəməsinin ittihamlarının əksəriyyəti yəhudilərin öldürülməsi üzərində qurulmuşdu. İnsanlığa qarşı cinayət təsdiqini tapdı. Alman liderləri asıldı. İttiham edən dövlətlər az cinayətkar olmasa da. Ortada o xalqı təmsil edən dövlət belə yox idi.

Bəs bugün verilən qərarı əsas alsaq günahkardırmı? Hebbels, Himler, Eyxman, Ribentrop və minlərlə başqa alman?! Tarixin nizamını ilahi ədalət deyil, pulun və silahın gücü müəyyən edir. Ədalətli qərarı ancaq müttəhim gicgahına silah dayayan hakim verə bilər. Min il öncə, dünən ya bugün. Fərq etməz. Ya silahın tətiyi cinayətkarın əlindədirsə?!

Əzilən təkcə minlərlə km o tərəfdə yaşayan fələstinli deyil. Əzilən mənim də vətəndaşımdır. Bugün 22 nəfər vətəndaşımı “İran agenti” adı ilə həbs edirlərsə, alçaldılan mənəm. Mənim mənliyimdir. Köləyə çevrilmiş dövlətimin acı mənzərəsidir. Bugün Beynəlxalq Məhkəməyə sifariş verənlə, vətəndaşımın həbsinə sifariş verənin kimliyi arasnda əsla və əsla fərq yoxdur.

Bəlkə də çoxları bunu anlamır. Bəlkə də ürəklərindən “yaxşı ediblər” keçir. Etiraz etmirəm. Çünki əksəriyyət vətəndaşlığını dərk etməyib və həyatlarını anlamı bir heyvandan fərqli deyil. Sağçılar, solçular, nurçular, liberallar, panklar, iqtidarsevərlər və. s. Hər biri bir qrup heyvandır. Sadəcə bir təbəqə digərindən daha bərabər olmasına inanır. (C.Ourel)

İnsanlığın öldüyü yerdə insanlıq ancaq qəzəbin və nifrətin qulaq batıran hayqırtısı ilə dirçələ bilər. İnsanlığın qəzəbini Hebbelsin sitatı ilə bitirmək istəyirəm: “O zaman ki, insanlarımız silahlarını çiyinlərinə keçirəcək, tanklarının içinə girəcək, onların gözlərinin qarşısına zorlanan qadınları, qətlə yetirilən uşaqları gələcək. Bax o zaman boğazlarından yüksələn qisas hayqırtısı düşmənlərini qorxudan tir-tir əsdirəcək”.

Комментариев нет:

Отправить комментарий