Başlanğıc...

Paz-zollayaninin köşəsi

понедельник, 25 июля 2011 г.

"Brave"ic Manifest

          Avropanın üzərində qara kabus dolaşır. Bu nə kommunizm kabusudur, nə də islam terrorizmi. Bu on illər boyu Avropanın özünü aldatma kabusudur. İyulun 22-də Norveçdə şok yaşadan  partlayış və 93 nəfərin qətli ilə nəticələnmiş terror hadisəsi baş verdi. Hadisəni bəlkə də sıradan bir xəbər kimi qəbul etmək olardı. Əgər cinayətkar saqqallı müsəlman gənc olsaydı.

Lakin əsl şok terroristin kimliyi bəlli olanda yaşandı. Bu yerli, ari irqinə mənsub ideal bir Norveç vətəndaşı idi. Terrrorun qurbanları bir yana hadisə özü yuxuya getmiş qərblilər üçün yeni siyasi suallar qoydu. Hansılar ki, bu vaxtacan sadəcə iqnor edilmişdi.

понедельник, 11 июля 2011 г.

Döyüşkən mələklər

      Bu dəfə gənc qızlardan yazmaq istədim. Hansı qızlardan? O qızlar ki, mətbəxdə, gözəllik salonlarında görünməklə deyil, meydanlarda, mübarizə yolunda olaraq sterotipləri sındırır. Mübariz qadınlar haqda çox yazmaq olar. Çoxumuz onları görmədikcə o cür təsəvvür edə bilmirik. Bəzən sözlə yazmaqdansa, fotolar daha çox şey anlatır. Görüntülər: 28 may, Novxanı, M.Ə.Rəsulzadənin hüzurunda ikən.

понедельник, 4 июля 2011 г.

Bəxtsiz Eşşək

Səhər internetə girib xəbərlərə baxdım. İlk gözümə ilişən Şamaxıda Kamaz altına verilən eşşək abidəsi ilə bağlı xəbər oldu. Bu nə vandallıq, bu nə azğınlıq. İnsan da eşşəyə qıyarmı?!
İlk dəfə idi ki, bir icra başçısı rayonda eşşək və ona yoldaşlıq edən zəhmətkeş kəndçinin abidəsini qoyurdu. Xatırlayarsınız, bu vaxtadək icra başçıları ancaq Heydər heykəlləri qoymaqda yarışırdılar. Təkcə həcmdə yox, həm də obrazda. Birində Heydər əlini qaldırıb Milli Bankı salamlayır, digərində  ayaqlarını qatlayır , o birisində isə harasa uzaqlara baxır.