Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 31 января 2016 г.

Nə üçün neft ucuzlaşır, Rusiya isə dağılmır?



Hal-hazırda siyasətə biganə axırıncı “obıvatel”in də səhər yuxudan oyanıb xəbər saytlarında cavab axtardığı bir sual var: “Neftin bugünkü qiyməti neçəyədir?” Azərbaycanlı üçün neftin qiyməti bütün suallara cavabdır. Dolların kursundan tutmuş, onun işdə qalıb-qalmayacağına qədər. Ancaq daha bir məsələ insanlara rahatlıq vermir: “Neft  niyə ucuzlaşır?”

воскресенье, 15 ноября 2015 г.

Terror “təsadüf”ləri sevər



Noyabr ayının 13-dən 14-nə keçən gecə Parisin 6 fərqli məkanında partlayışların baş verməsi xəbəri yayıldı. 80 nəfərdən çox adamın qətlə yetirildiyi “Bataklan” konsert zalı daxil olmaqla, son hesab 129 ölü, 350-dən çox yaralı. Nə baş verdiyini bilirik. Niyə baş verdiyini bilirikmi?

пятница, 31 июля 2015 г.

Təpəgözdən imtina məktubu


İyulun son həftəsi iki müxalif simanın deyil, bu dəfə onların qohumlarının həbsi ilə yadda qaldı. Jurnalist Qənimət Zahidin Azərbaycanda yaşayan 3 qardaşı oğlu həbs olundu. Onlardan birinə narkotik saxlamaq ittihamı ilə həbs qəti-imkan tədbiri seçildi. İkinci hadisə Meydan TV-nin baş redaktoru Emin Milli ilə bağlıdır. Eminin qaynı da Qənimət Zahidin qardaşı oğlu kimi eyni ittihamla həbs olunub.

воскресенье, 31 мая 2015 г.

Lazımsız təhsilin studentləri


Bir neçə gündür spiker Oqtay Əsədovun qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisdə dediyi ifadə ictimai sektorun ağzından düşmür. Adam nə deyib? Deyib ki...

Beş min tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub". Deyib deməsinə, amma adam nəyi səhv deyib? Oqtay Əsədov bunu indi deyir. Deyərdim ki, çox gec deyib.

пятница, 24 апреля 2015 г.

Sülhün vicdanı

Erməni genosidinin 100 illik ildönümü gəlib çatdı. 24 aprel Osmanlı ermənilərinin sürgününün başladığı gündür. 100 il əvvəl konkret nə baş verməsi ilə bağlı ətraflı məlumatım yoxdur. Ancaq 1915-ci ilin acısını ermənilərə unutdurmaq, ya da yumşaltmaq üçün Türkiyə hökuməti az iş görmədi.

вторник, 31 марта 2015 г.

Qadın romantikasına dəyən 50 zərbə

E.L.Ceymsin “Bozun əlli çaları” romanı əsasında çəkilmiş eyniadlı filmi xeyli müzakirə olundu. Nəinki xaricdə, elə bizdə də. Əksəriyyətin fikri mənfi idi. Lakin filmə ilk baxdığım andan süjetə heyran oldum. Bu film deyildi, qlamur ədəbiyyat diktaturasında əsl dövlət çevrilişi idi.

воскресенье, 22 февраля 2015 г.

Manatı necə dirildək?

Adətən qar yağan gün internetdə toy-bayram olur. 21 fevral tarixində millət elə şok yaşadı ki,  gözləri önündə düşən qar dənəcikləri yox, manat oldu. 1 ABŞ dolları 79 qəpik ikən, Mərkəzi Bankın qərarı ilə dollar 1 manat 5 qəpik oldu. Devalvasiya bərabərdir 33% inflyasiya. Avrodan danışmıram. Biz dolların əsiriyik, manatın yesiriyik.

воскресенье, 4 января 2015 г.

Yazıçı avara olmalıdır

Nə qədər qəribə olsa da, belədir. Yazıçı avara olmalıdır. Roman yaxud köşə yazarı olsun, müəllif yazısı yazmaq istəyən şəxsin iki nemətə ehtiyacı var. Boş vaxta və informasiyadan təmizlənmiş sakit beyinə. Yalnız bu halda yazı müəllifi düşüncələrinin sahibinə çevrilə bilir.

воскресенье, 28 декабря 2014 г.

Bloq nə üçün lazım idi?


Azadlıq Radiosunun Bakı bürosunun qapadılması ilə çoxistiqamətli mətbuatın son işartısı da söndü. Azad mətbuat demirəm. Çünki azad mətbuat sözünün özü mifdir. Ölkədə azad mətbuat iddialı baş redaktorun da günün biri qatı senzor olduğu məqam ortaya çıxır. Hər redaksiyanın öz mövqeyi, öz standartları...