E.L.Ceymsin “Bozun
əlli çaları” romanı əsasında çəkilmiş eyniadlı filmi xeyli müzakirə olundu. Nəinki
xaricdə, elə bizdə də. Əksəriyyətin fikri mənfi idi. Lakin filmə ilk baxdığım
andan süjetə heyran oldum. Bu film deyildi, qlamur ədəbiyyat diktaturasında əsl
dövlət çevrilişi idi.
Artıq 20
ildir ki, dünya oxucusu mistik, romantik, sentimental populyar ədəbiyyatın əsirinə
çevrilib. Bir çox tənqidçi tərəfindən makulatura yazıçısı adı alan Paulo Koelyonun
romanları milyonlarla ədəd satılır. Gənc qızların ədəbiyyat
haqda təsəvvürləri bu adamla formalaşır.
Koelyonun
daha bir yoldaşı peyda olub – Stefan Mayer. Gənc qız və vampir oğlanın sevgi
hekayəsini anladan “Alatoranlıq” romanı növbəti mistik cəfəngiyat seriyasındandır.
Şəxsən
intellektinə güvəndiyim bir nəfər kişi oxucuya rast gəlməmişəm ki, bu
yazıçıların əsərləri haqda müsbət rəy versin. Ancaq onlar oxunur. Romanlarına
filmlər çəkilir. O filmləri yüz milyonlarla adam izləyir.
Çox adam baş
açmır ki, bu uğurun sirri nədədir? Texnologiyanın insanlar arasında olan real münasibətlə məhv etdiyi zəmanədə Koelyo
kimi yazıçılar xəyalpərəst oxucunun damarın tutmağa bacarıblar. Onlar təkcə “Maq”
romanı yazmır, gənc qızlara mətanət gülü iylədən Göygöz Kosa kimi maqlara
çevrilməyi bacarırlar.
Elə götürək
Azərbaycanı. 90-cı illərdə gördüyüm qız-oğlan tanışlıq növləri artıq yoxa
çıxıb. Yolla gedəndə qıza yaxınlaşıb tanış olmaq, avtobusda nömrəni yazıb qızın
çantasına atmaq kimi şeylər qalmayıb. İki gözəl cütlük yan-yana dursa,
bir-birilərinin sifətinə baxmayacaqlar. Başları telefondadır. Sevgi də,
romantika da feysbukda, vatsapdadır.
Virtuallaşan
insanların dünyasında daha heç vaxt “Anna Karenina” kimi roman yaratmaq
olmayacaq. Yazılsa da, virtual nəslə bəyəndirə bilməyəcəklər.
Koelyonun,
Stefan Mayerin qəhrəmanları isə real deyil, bəzən heç insan da deyil. Əsərlərini
qadın psixikası üçün yazırlar. Gənc qızlar üçün reallıqdan tamamilə uzaq kişi
obrazı yaradırlar. Kişi sevgisini yolda gedərkən deyil, əzablı axtarışlardan
sonra tapır. Qəhrəmanları mistik qüvvələr görüşdürməlidir. Bu cəfəngiyatda
vampir qaniçən yırtıcı yox, romantik cənagəvərdir.
Orta əsrlərin
ledi və cəngavər mövzusunda yazılan sevgi balladaları bu romanlarla müqayisədə
daha realist ədəbiyyat nümunələridir. Orada heç olmasa qadın kişinin gücünü, avtoritetini
qəbul edirdi.
Amma indi...
Romanın kişi qəhrəmanı mütləq dünya feminist hərəkatının prinsiplərinə uyğun gəlməlidir.
Kişi nəinki öz üstünlüyünü göstərməli, qadına heç çırtma da vurmamalıdır. Yeri
gəlsə “peysər” də olmalıdır. Xəyanəti belə bağışlamalıdır.
Hər şey
satılan kitab sayı ilə bitsəydi, nə vardı ki. Vəziyyət daha qorxuludur. Bu
romanlar yeniyetmə yaşda mütaliəyə başlayan xeyli qızda anormal psixika
yaradıb. Kişi haqda təsəvvürləri reallıqdan tamamilə uzaqlaşıb. Onlar zəngləşib
adi şəkildə görüşmək istəmirlər, qeyri-adi yerdə taleyin onları qovuşdurmasını arzulayırlar.
Təcrübəmdən
deyə bilərəm ki, indiki zamanda kitab oxuyan qızlar şəxsi münasibətlər məsələsində
bədbəxt olur, nəinki müasir. Baxırsan yaşı iyirmi beşi keçib, otuza yaxınlaşır.
Subay, təhsilli, dünyagörüşü, normal görünüşü var. Amma hər kəsdən qaçır. İdeal
axtarır.
Yaxşı, bu
ideal kimə oxşayır ki, münasibət yaratmaq istəyən oğlan onu imitasiya etsin?
O ideal heç də
qlamur jurnalları təsvir etdiyi lüks maşınlı, şık geyimli kişi imici deyil. Beləsini
arzulayan qadınlar çox əziyyət çəkmir. Bədbəxt olan kimsələr Koelyo tərzi
mistik, romantik əsərlər oxuyanlardır. Problem fiziologiyalarında yox, beyindədir.
Beyinlərində balaca adam oturub. O adama uyğun gəlməyən hər kəs iqnor edilir.
Oxuduğu romanlar yaradıb o obrazı. Hansı ki, reallıqda elə kişi mövcud deyil.
Digər təbəqə əyalətdən
Bakıya gəlmiş, 18 yaşadək evdar arvad tərbiyəsi almış qızlardır. Şəhərə gəlib
düşüncə hamıya ayaq uydurmaq istəyirlər. Arzuları böyükdür. Onlarda sığar Amerika,
Avropa, onlar bu vətənə sığmaz. Eləsi var ki, böyüdüyü evdə hörməti tövlədəki
heyvandan daha az olub, döyülüb. Uşaqlıq travması alıb. Eləsi də var ki, şiddət
görməyib, amma günlərini pəncərəyə və AzTV-ə baxa-baxa keçirib.
Şəhərli qızlara
oxşamaq üçün Koelyodan başlayıb, Kafkaya keçirlər. Seymur Baycanı, Günel
Mövludu sevə-sevə oxuyurlar. Feminizmdən adama dərs keçib, seksual tərbiyənin
vacibliyindən danışırlar. Qulaq asıb, deyirsən bərəkallah! Zəmanə yetişdirir də!
Elə ki, sənə
danışdıqlarını onun özünə tərəf yönəltmək fikrinə düşürsən duman dağılır.
Milli parniklərdə yetişdirilmiş evdar arvad şitili bütün ehtişamı ilə qarşında
boy atır. Məlum olur ki, onun arzuladığı kişi heç Azərbaycanda yaşamır. Hansısa
Wow-lənddə onu gözləyir. Şəxsi lüğətində seks sözü ümumiyyətlə yoxdur. O, ancaq
seçilmiş adamlarla bu mövzuda danışa bilər. Yerli kişilər onu heç nə ilə təəccübləndirə
bilməz.
Ultra-müasir
iddialı qız elə həmin evdar arvaddır. Sadəcə qlamur romanlardan tikilmiş don
geyinib.
Sentimental orgiya
ədəbiyyatının və onu travma qoyduğu nəslin davamlı olacağını düşünmək olardı.
E.L.Ceymsin “Bozun 50 çaları” işıq üzü görənədək.
Sanki bir dəstə
xəyalpərəst uşaq çimərlikdə qumdan qəsr tikir. Kənarda dayanıb, rişxəndlə
tamaşa edən digər yaramaz qaçaraq qəsrə bir təpik ilişdirir. Xəyalpərəstlərə arzular
yerinə qum dolmuş ağrıyan gözlər qalır. E.L.Ceyms də Koelyo və davamçılarına bu
cür davrandı.
Təəssüf ki, müəllifin
trilogiyasını oxumamışam. Amma filmin özü çox şey deyir. Süjet qadın və kişi qəhrəmanların
görüşü ilə başlayır. Qadın gənc, bakirə, utancaq, çoxlu kitab oxumuş, gözəl tələbə
qız. Oğlan nəhəng sərvətin sahibi, yaraşıqlı, mədəni, idmançı bədənli gənc
milyarder. Qısası, Koelyo oxumuş, “əldəyməmiş” azəri qızının xəyallarının
şahzadəsi.
Belə baxanda
ideal sevginin başlaması üçün romanda hər şey var. Qəhrəmanlar sevə, sevişə, çətinliklərlə
üzləşə bilərlər. Çəkdikləri əzablardan sonra isə hind filmlərindəki kimi xoşbəxt
sonluq.
Lakin
E.L.Ceyms belə etmir. O, romantik qızların kişi haqda təsəvvürlərini darmadağın
edir. Elə bil onların ömrü boyu oxuduqları sevgi romanlarının üstünə oturub
tualet ehtiyacını boşaldır. Koelyo, Mayer və digər gözbağlayıcılar bir anda
tüstüyə çevrilir.
Sevgi
romanları ilə böyümüş Anasteyşa cənab Qreydən romantik şahzadə olmasını istəyir.
Oğlan isə qızın qarşısına çıxıb deyir: “Bilirsən, romantika, gül-çiçək mənlik
deyil. Mən sevişmirəm, sikişirəm. Özü də əzab verə-verə. Kişi kimi diktə eləməyi
sevirəm, qadın nazı ilə oynamağı yox. Məni əldə etmək istəyirsənsə, razılaş. Razılaşmırsansa,
xoş getdin”.
Bax, reallıq
budur! Kişi-qadın dünyası, real münasibətlər belə cərəyan edir. Birgə yaşayışda
sevgi də olmalıdır, dava-dalaş da. Yeri gələndə kişi qadınına bir-iki sillə də
çəkməlidir. Əks halda qadını gözləyən tənhalıq olacaq. Ən sonda “kim almaq istəsə,
ona gedim” çarəsizliyindən qurulan bədbəxt nikah.
Yuxarıda
yazdıqlarımdan sonra filmə bu qədər etiraz gəlməsi səbəbsiz deyil. Qərb mediasında
film haqda nə deyilib, qoyuram kənara. Özümüzkülərdən danışım.
Filmi tənqid
edən, mənasız əsər sayanlar kimlər idi? Feminist köşə yazarları, hələ də ideal
kişi axtarışında olan gənc şairə və yazarələr. “İncil receli”, “Issız adam”
filmlərinə baxıb, xəyal qurmuş “azeri kızları”.
Film və
romanın ən ləzzətli tərəfi bilirsiz nədir? Yazıçının qadınlardan intiqam almaq istəyən
kişi yox, qadın olması. Əsl ingilis
qadını. Bronte bacıları kimi.




Комментариев нет:
Отправить комментарий