Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 27 августа 2011 г.

Günəş palçıq tutmaz

Ayın 25-i vicdan məhbuslarına hökm oxunandan sonra çəkilən kadrlara təkrar-təkrar baxdım. Bəd xəbər  bədbinlik gətirər deyiblər. Bu məsəl ümidini taleyin hökmünə bağlamış insanlar üçün deyilib. Azadlıq yanğısı bir an dayanmayan insanlar üçünsə əsla yeri yoxdur. Hökm oxunandan sonra məhkəmə qarşısı mitinq meydanına çevrildi. “Azadlıq!”, “İlhama istefa!” şüarları dəqiqələrcə kəsilmədi. Bunlar bir yana, orada dayanan polislərin sifəti başqa mənzərə idi. Azadlıq istəyən insanlar qarşısında aciz, miskin, qul xisləti ilə çaşqın-çaşqın baxan adamcığazlar. Məhlə uşaqları buna çumo vəziyyəti deyirlər.

среда, 17 августа 2011 г.

Məktub çatdı, cəsarət çatmadı


Yəqin xəbəriniz var. Dağlıq Qarabağ sakini 13 yaşlı erməni qız İlham Əliyevə məktub ünvanlayıb. Nədən yazır? Yazır ki, “mən sülh istəyirəm, müharibəsiz yaşamaq istəyirəm, televiziyada təhdidlər eşitmək, uşaqların atasız böyüməsini istəmirəm.” Bir sözlə adi uşaq arzuları. İlham Əliyevin adına ünvanlanan məktuba onun özü deyil, Prezident Aparatının Elnur Aslanov adlı məmuru cavab yazıb. XVIII əsr tarixindən başlayıb BMT qətnamələrəcən gedib çıxan həngamə bir yazı.

пятница, 12 августа 2011 г.

Bəxtiyarın qoyduğu nöqtə

Salam Bəxtiyar. Bu yazını o anda yazıram ki, hakimiyyət gənclərin susacağını düşünürdü. Gözlərinin qorxub geri çəkiləcəyini sanırdı. Ancaq gönüqalın məmur yığnağı düşünə bilər ki, istibdad məngənəsində gənclik sussun. Kimlərsə ümidlərində sarsıla bilər, müti susqunluq isə əsla olmayacaq. Bugün sənin günündür. Səni xatırlayacağımız, adını dünyaya çatdıracağımız gündür.

четверг, 11 августа 2011 г.

Yedəkdən düşmə zamanı


Avqustun 4-də Rusiya prezidenti Medvedevin verdiyi açıqlama 17 illik danışıqlar adlı yalana tam açıqlıq gətirdi. Medvedev nə dedi? Dedi ki, Gürcüstanla müharibə Ermənistan və Azərbaycan üçün dərs oldu. Sonu gəlməyən danışıqlar aparmaq yaxşıdır nəinki Gürcüstan kimi müstəqil addım atmağa cəhd etmək. Təbii ki, bu yenilik deyildi. Siyasətdən bir qədər anlayan,  yaltaqlıqdan uzaq hər adam başa düşür ki, Rusiya neçə ildir bizi sarıyıb. Harasına? onu özü bilər.

воскресенье, 7 августа 2011 г.

Yamsılamaqda "irəli"

5 avqustda Cabbar Savalanlıya dəstək olaraq virtual aksiya keçirdik. Cabbar Savalanlı o gəncdir ki, siyasi fəaliyyətinə görə düz 6 ay öncə Azərbaycan hakimiyyəti tərəfindən şərlənərək həbs edilib. Rejim düşündü ki, bir gəncin həbsi ilə bütün gəncliyi qorxudacaq, virtual aləmdə susduracaq. Amma istəklərinin heç bir effekti olmadı. Adi bir gənci həbs etdiklərini düşündükləri an qarşılarında gənc Eynulla Fətullayev gördülər. Müttəhim olduğu məhkəmə zallarında ən böyük ittihamçıya çevrildi, o. Gəncliyimiz üçün ən nümunəvi həqiqətlər onun dilindən eşidildi.