Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 7 августа 2011 г.

Yamsılamaqda "irəli"

5 avqustda Cabbar Savalanlıya dəstək olaraq virtual aksiya keçirdik. Cabbar Savalanlı o gəncdir ki, siyasi fəaliyyətinə görə düz 6 ay öncə Azərbaycan hakimiyyəti tərəfindən şərlənərək həbs edilib. Rejim düşündü ki, bir gəncin həbsi ilə bütün gəncliyi qorxudacaq, virtual aləmdə susduracaq. Amma istəklərinin heç bir effekti olmadı. Adi bir gənci həbs etdiklərini düşündükləri an qarşılarında gənc Eynulla Fətullayev gördülər. Müttəhim olduğu məhkəmə zallarında ən böyük ittihamçıya çevrildi, o. Gəncliyimiz üçün ən nümunəvi həqiqətlər onun dilindən eşidildi.

Keçirdiyimiz virtual aksiya da hakimiyyətin “SUS!” hədəsinə tərs sillə idi. On minlərlə virtual dəvət göndərdik, mindən çox gənc açıq dəstək verdi. Yüzlərlə bloqqer, twitter istifadəçisi gecə saat 12:00dan başlayaraq statuslar, bloqlar yazmağa, tvitlərində #Cabbar, #JabbarSavalan, #Jabbar sözlərini haştaqlamağa başladılar. Sutka boyu davam edən aksiya aztwit məkanını bütün parametrlərinə görə zəbt etdi. O gün ən çox yazılan ad da, ən çox baxılan foto da Cabbarın idi. Hamıya aydın oldu ki, Cabbar unudulmayacaq, Cabbarın dostları susmayacaq.
5 avqust aztwit.com

FreedomHouseDC-nin aksiyaya reaksiyası

Aksiyaya dil uzadanlar da oldu. Hakimiyyətin pullu virtual fahişələri, irəliçilər və s. Cabbara dəstək adına nə qədər dil uzatsalar da, onu tanımadan keçə bilmədilər. Qara piar effekt verməyincə ertəsi gün təşkilatlarının adını haştaqlamağa keçdilər. Heydər babalarının ölüm-itim günlərindən biri olsaydı, deyərdim nəsə. Amma etdiklərinin tək adı vardı: Yamsılamaq.
6 avqust aztwit.com

Supermarket kimi tanıtdıqları təşkilatlarının adını güc-bəla ilə 3-cü yerə gətirə bildilər. Yenə də Cabbar adının kölgəsində qaldılar. Əzizlərim, yazdıqlarınız kölgə olaraq da qalacaq. Çünki etdiklərinizin arxasında milyonlarca pul, hökümət dəstəyi olsa da, bircə həqiqət belə yoxdur. Konveyr üsulu ilə yığdığınız gənclər arasında bircə Cabbar nümunəsi yoxdur. Bu qədər pulun qarşılığında bugünədək ən yaradıcı gəncinizin etdiyi iş “Begemot tamaşa”sı  vermək olub.
Təşkilatınızın adını irəli qoysanız da, hökümətdən milyonlarla qrantlar alsanız da, azad düşüncəli gənclərdən nəinki bir, hər zaman iki addım geri olacaqsınız. Səbəbi aydındır: Azadlıq olmayan yerdə yaradıcılıq da olmur. 

Комментариев нет:

Отправить комментарий