Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 31 марта 2011 г.

Qəzet alsam nə faydası...


Qəzet almaq, oxumaq  haqqında çox məqalə yazılıb. Mətbuatda, internetdə, elə küçə tinində vətəndaşa çox demişik ki, qəzet al. Al ki, sabah əlin hər yerdən üzüləndə səsinin çıxdığı bir yer olsun. Al ki, danışanda intellektin bərq vursun. Nəhayət, azad söz uğrunda can qoyanların təkcə hava və su ilə qidalanmadığını anla və verdiyin 40 qəpiklə onların gələcəkdə  lotu məmurların qarşısında əyilməsinin qarşısını al.. Ancaq mənə nə fayda? - havası var içimizdə. “Nəyə lazımdır qəzet almaq? Bugün oxuyub sabah atacam. Onsuz da internetdən oxuyuram.” - bəhanəsi var. Bəs faydası nədir?

понедельник, 28 марта 2011 г.

Civilərin gözündən uzaq - "O qız"

Foto şərtidir
Ən gözəl qadın hansıdır? sualınızı özünüzə verin. Bir anda ağlınıza onlarla xüsusiyyət gələcək. Cəmləşdirib xəyalınızda ideal qadın obrazı yaradacaqsınız. Lakin bir cəhət var ki, o bütün parametrləri kölgəyə çevirir, onlarla qadın içindən məhz onu gözəl edir. Mən bir daha  bunun doğruluğuna o qızın simasında şahid oldum.
O gün çoxları üçün adi gün idi bəlkə də. O qız isə bu günü hər şeydən səbirsizliklə gözləyirdi. Bəlkə də heç bir günün həsrətini bu qədər çəkməmişdi. Nəhayət o gün gəldi.

суббота, 26 марта 2011 г.

Amerikan "kahpe-break"i

Bu yazını facebook səhifəmə gələn tədbirlərdən biri  yazmağa məcbur etdi. Əslində gün ərzində gələn onlarla tədbir kimi boş verib keçəcəkdim, ancaq diqqətlə oxuyunca tüpürüb keçmək qərarına gəldim. Hər kəsə məlumdur ki, 2 aprel demokratik qüvvələrin mitinqidir. Qlamur demokratların yox, irtica ilə mübarizədə sinəsini irəli vermiş, meydanlarda olacaq həqiqi qüvvələrin  aksiyası. Digər adı ilə "Qəzəb günü".
Nə təsadüf ki, eyni tarixdə Bakıda "Amerikan günləri"nin ilk tədbiri keçirilir.

пятница, 25 марта 2011 г.

İranlının istədiyi azadlıq

İranlılar - güneylilər də deyə bilərsiz onlara. Yaşadıqları mühitlə, qadağaları ilə türklü, farslı iranlıdır onlar. Novruz bayramının istirahət günləri Bakıda onları çox görə bilərsiniz. Şəhərin otellərində iranlıları istirahət edərkən izləmək isə tamam başqa mənzərədir. Sterotiplərin qırıldığı, təəcüblə izlədiyimiz səhnədir onların istirahəti.
İranlılar üçün Azərbaycan haradır? Birmənalı demək olar ki, gerçəkləşməyən arzularının həyata keçdiyi məkan. İranın tabularını pozmaq istəyənlər üçün isə əsl azadlıq məkanı.Təəcüblənirik bir an, axı niyə görə?! Gənc olan və düşünən birisi üçün Azərbaycan bataqlıqdır, ideallarının kağız üzərində məhkum qalacağı həbsxanadır. Bəs nə üçün onlar bu həbsxanaya sevinərək can atırlar?