Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 26 марта 2011 г.

Amerikan "kahpe-break"i

Bu yazını facebook səhifəmə gələn tədbirlərdən biri  yazmağa məcbur etdi. Əslində gün ərzində gələn onlarla tədbir kimi boş verib keçəcəkdim, ancaq diqqətlə oxuyunca tüpürüb keçmək qərarına gəldim. Hər kəsə məlumdur ki, 2 aprel demokratik qüvvələrin mitinqidir. Qlamur demokratların yox, irtica ilə mübarizədə sinəsini irəli vermiş, meydanlarda olacaq həqiqi qüvvələrin  aksiyası. Digər adı ilə "Qəzəb günü".
Nə təsadüf ki, eyni tarixdə Bakıda "Amerikan günləri"nin ilk tədbiri keçirilir.
Özü də şəhərin mərkəzində. Tədbirin təşkilatçısı ABŞ səfirliyi, buksir rolu oynacaq təşkilatlar isə Sülh korpusu, ACCELS və İrex-dir. Tədbirin vaxtı: saat 11:00-dan 15:00-a kimi. Eyni vaxtda isə diktaturaya qarşı həyat mücadiləsi verən insanların aksiyası. Təsadüfmü?! Məncə anlayana ilk baxışdan hər şey aydındır.

Vəziyyəti izah edəcək almanca bir söz vardır - ştreyxbreker. Ştreyxbreker o qüvvələrə deyilir ki, fəhlə tətilləri(üsyanları) zamanı sahibkarlar tərəfindən muzdla tutulur. Özləri vəziyyətində olan, əzilən qüvvələrin yerini tutaraq kapitalistin sənayesini dəstəkləyir və hərəkatı bölmüş olur. Amerikansayağı bir "break" də var. Buna "cofee-break" deyilir. Adətən bu cür tədbirlərə qatılacaq şəxslər üçün də tədbirin ən maraqlı hissəsi buradır. Onsuz da dəfələrlə təkrar-təkrar keçirilən treninq və seminarlarda yeni bir şeyə çətin rastlanılar. "Cofee-break" saatı isə əsl istirahətdir. Demokratiya imicinə iddialıların qəhvə içərək avtoritarizm buxovlarından dincəlmək üçün sakit bir guşə. Amma bu tədbirin özü "cofee-break" deyil, heç təxribat da deyil, türk misalı əsl "kahpe-break"dir. Təmtəraqı nəzərə alsaq burda demokratik baxışlı xeyli gəncin enerjisi itiriləcək. Ceyhun Osmanlının 11 martda təşkil etdiyi "Begemot rəqsləri"i bunun yanında səmimiyyət nümunəsidir. Planlaşdırılanların isə türkün dilində tək adı var - kahpelik.
Bəziləri bu arada deyəcəklər ki, "bəs ABŞ-ın demokratiyanı dəstəklədiyini deyirdiz, həm də tənqid edirsiz? ABŞ orda Liviyanı qırır." Geopolitik vəziyyətdən anlamayanlar üçün təkrar edirəm: Liviya ilə Avropa arasında müharibə gedir. ABŞ-la yox. İlk zərbəni də Fransa endirdi. Sadəcə Fransanın bombaları qarşısında ABŞ-ın beş-on raket fırlatmaması dünyaya məsxərə olacaq vəziyyət yaradardı. Onsuz da satelitə çevrilmiş ərəb ölkələrində inqilabi dəyişikliklərə ehtiyac duyulmurdu.
Tədbirə qatılacaq gənclərə qarşı heç bir iradım yoxdur. Bu yükü üzərlərinə almasınlar. Ancaq tədbirin təşkilatçılarının "bu əvvəlcədən planlaşdırılmışdı" kimi izahları vızıltıdan başqa şey olmayacaq. Yay aksiyalarında gənclər 2 apreldə mitinq olacaq həmin Tarqovi meydanına bu cür şüarlarla çıxmışdılar: "FUCK OİL", "FUCK İLHAM" Bu cür şüarların sırasına daha birisi - "FUCK USA" əlavə edilməlidir. Ya edilməsə?! İtirməyə heç nəyimizin olmadığı bu ölkədə bu sual ətrafında tərəddüt etmək ancaq daha artığını itirmək demək olardı. Bəs sizcə?

6 комментариев:

  1. Sadəcə bu hadisəyə görə "FUCK USA" şüarın da mitinqdə istifadə edilməsini təklfi edirsənsə çox heyf. Əslində baxsaq burda çox böyük bir eyib yoxdur, belə çıxır gərək o gündə toy zad da eləməsin camaat nə var nə var mitinq olacaq. Çox naib bir anlayışdır. Amerikanın saxta demokratiya anlayışını hələ də indiyə qədər anlamamısansa da bir daha heyf...

    ОтветитьУдалить
  2. Amerikanın saxta demokratiya anlayışı yoxdur. Demokratiya daxili siyasətə şamil olunacaq bir şeydir. Məsələn, İsrail. Ərəbləri ağlar qoyur, amma daxilində demokratiya var. Əlbəttə, 100% dekokratik ölkə deyil, lakin hansı dövlət 100 fazi demokratikdir ki?...
    Qaldı həmin tədbirə, yəhudilər demiş, al tedaq (narahat olma), aksiyaya çıxmalı olan aksiyaya, tədbirdə iştirak etməli olan tədbirə gedəcək. Yəni, heç nə itirmədik.

    ОтветитьУдалить
  3. Elşən birinci cümlənizin məntiqi ilə hərəkət edək ya sonuncunun? İkisi bir arada nəsə tutmur.

    ОтветитьУдалить
  4. Düşünürəm, bir prosesin daxilində olmayıb, kənardan qiymət vermək, dəqiq məlumatı olmayan halda hadisələr haqqında belə əminliklə yazmaq özü qəbahətdir, üstəlik bu yazını minlərcə insan oxuyub, göstərilən yalan məlumata uyurlarsa. Əyər kimsə Azərbaycanda keçirilən "Amerika Günləri" haqqında nə isə yazmaq istəyirsə, ən azından bu haqqda təşkilatçılardan məlumat almalıdır. Yeri gəlmişkən bu tədbir haqqında məlumatınız o qədər kasaddır ki, tədbiri təşkil edən qurumun adını belə səhv yazmısınız. Ən azından, facebook səhifəsindən təşkilatçının adını düzgün köçürərdiniz.

    ОтветитьУдалить
  5. Birinci cümləm ilə sonuncu cümlə arasında məzmun baxımından tamamən fərqli mənada bir fikir ifadə edilib, heç bunun ziddiyyətli olması haqqında söz belə gedə bilməz. Birincisində ironiya var...

    ОтветитьУдалить
  6. Hormetli
    Ramil Gafarov
    Blogunuzu serfeli qiymetle sayta chevire bilersiniz.
    APBsoft cemi 150 azn size sayt teklif edir.
    elaqe: support@azerilobbi.com

    ОтветитьУдалить