Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 28 мая 2011 г.

Rəsulzadə ruhu


Nə gözəl ki, 28 mayımız var. Nə gözəl ki, bu günə görə indiki hakimiyyətə minnətli deyilik. Hər il bu gün qarşısında Heydər bütü cılızlaşır, aciz görünür. Efir məddahları nə qədər calaq vurmağa çalışsa da, 28 may onların rəzil olduğu günə çevrilir. Çünki bu gün Cumhuriyyətin, Şərqdə ilk respublikanın yarandığı gündür və bu günə əliyevlərin zərrə qədər dəxli yoxdur.
Ən ifrat və zəhlətökən təbliğat da Cumhuriyyəti və onun yaradıcısı Rəsulzadəni yaddaşlardan silə bilmir. Əsgərlikdə idik.

среда, 25 мая 2011 г.

Dirənən rekord

Uca millətimizə dərin kədər üz verib. Ondan da uca bayrağımızın analoqsuzluğu əldən gedib. Tacikistanın baş əkəsi İmaməli Rəhman dünyanın ən hündür bayraq dirəyini ucaldıb. Nə çox, nə az düz 3 metr fərqlə. Avtokratlar yarışında indi o liderdir.
Əslində gözlənən hadisə idi. Bayraq dirəyinin hündürlüyü millətlərin yüksəlişinin yox, diktaturaların acizliyinin uzanan yarışı idi. Çiçəklənən Azərbaycan bu yarışda neçə-neçə diktatoru ağlar qoymuş, Şimali Koreyanı belə kölgəsində saxlamışdı. Artıq şans əldən gedib.  İmaməli 165:162 İlham Əli(yev). Hesab taciklərin xeyrinə yazıldı.

суббота, 21 мая 2011 г.

"Ailəviziya"

İlham Əliyev «Eurovision–2012» müsabiqəsinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, «Eurovision–2012» müsabiqənin keçirilməsi ilə bağlı yaradılacaq təşkilat komitəsinə prezidentin xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva sədrlik edəcək.
Hələ Avroviziya bitər-bitməz internetdə söhbətlər dolaşdı ki, gələn yarışmada kürəkən Emin Ağalarov aparıcılıq edəcək. Çünki ondan layiqlisi yoxdur. Xarici dil bilir, yaraşıqlıdır və s. Daha sonra qəzetlərdə onun Azərbaycan təmsilçisi olacağı yazıldı. Ailənin digər üzvlərinin bu proyektdə hansı yeri tutacağı hələ məlum deyil. Ancaq il sonuna kimi bu da bəlli olar.

среда, 18 мая 2011 г.

Aksesuar mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov prezidentə açıq məktub göndərib. Təbrik deyil, şikayətmiş. Əslində bu haqda yazmayacaqdım. Nə çoxdur şikayət edən. Təkcə müxalifət və sadə vətəndaş deyilki. Arada “İlxamla irəli” deyənlər də dilə gəlir, ədalətli şaha məmur özbaşnalığından şikayət edir. Amma “Eurovision” hadisəsi üst-üstə gəlincə yazmaq istədim.

четверг, 12 мая 2011 г.

Qul tumurcuqları

10 mayda bir "Gül bayramı" da keçib getdi. Bu mərasimi "Qul bayramı" adlandırmağı sevirəm və mənim kimi minlərlə azad düşüncəli gənc. Hələki xalqımız bu bayramın necə bir eşşək yükü olduğunun fərqində deyil.  Fərqində deyil, çünki xərclənən milyonlar onun deyil və gözünə dəyən ancaq bər-bəzəkdir. Nə itirdiyini isə hələ dərk etməyib. İldə 20-30 milyon manat xərclənən bu bayramın əsl ağırlığını illər sonra onların övladları hiss edəcək.  Vaxt gələcək ki, yığılmış milyardlarla xarici borcu bugünki körpələr ödəməli olacaq. Bax o zaman qərənfil nədir, holland zanbağı da hönkür-hönkür ağlayacaq.

среда, 4 мая 2011 г.

Ben Ladenomika

Ben Laden öldürüldü. Nəhayətki. Əslində adi bir terrorist yox, 10 ildir dünyanın beynini dəng edən mif öldürüldü. Fiziki ölümündən daha çox, qurama videolarının bir daha məni əsəbləşdirməyəcəyinə sevindim. Ben Laden dünya mediasının Lotu Bəxtiyarı idi. Tutub oturmuşdu vor-zakon aləmində ad çıxarmaq istəyən bütün terroristlərin yerini. Etdiyi bir şey də yox idi, amma mifi göz çıxarırdı.
Onun ölümünə sevinən də oldu, kədərlənən də. Ancaq məni güldürən amerikalıların hərəkəti oldu.

понедельник, 2 мая 2011 г.

1 May – Fəhlə və Gəncin günü

1 May nədir? Bayramdır, aksiyadır, ya yad bir tarix?! 1 May mübarizə günüdür. Bilərək və bilməyərəkdən tariximizə yazılan gün. 1 Mayı SSRİ-də qeyd edirdik,  1 Mayı müstəqillik tariximizdə canlandırdıq.
1 May Gəncin günüdür. Onun hərəkatı ilə Azərbaycan tarixinə yazdığı gündür. 2009-cu il 30 aprel günü ADNA-da baş verən qətl ölkəni sarsıtdı. Hakimiyyət tərəfindən artıq yuxuya verilmiş olduğu sanılan Azərbaycan gəncliyi qəflət yuxusundan oyandı.