Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 21 мая 2011 г.

"Ailəviziya"

İlham Əliyev «Eurovision–2012» müsabiqəsinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, «Eurovision–2012» müsabiqənin keçirilməsi ilə bağlı yaradılacaq təşkilat komitəsinə prezidentin xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva sədrlik edəcək.
Hələ Avroviziya bitər-bitməz internetdə söhbətlər dolaşdı ki, gələn yarışmada kürəkən Emin Ağalarov aparıcılıq edəcək. Çünki ondan layiqlisi yoxdur. Xarici dil bilir, yaraşıqlıdır və s. Daha sonra qəzetlərdə onun Azərbaycan təmsilçisi olacağı yazıldı. Ailənin digər üzvlərinin bu proyektdə hansı yeri tutacağı hələ məlum deyil. Ancaq il sonuna kimi bu da bəlli olar.

Bu yazılanları Qərbi Avropalı bir kimsə oxusaydı acı istehza ilə gülümsəyər, “ah bədbəxt şərqlilər” deyib keçərdi. Amma bizdə heç kəs buna təəcüblənmədi. Niyə də təəcüblənsin? Azərbaycanın Əliyevlər ailəsinin və mafioz qruplarının bir obyekti olduğunu hamı dərk edir. Fürsət düşmüşkən bu obyektdən maksimal dərəcədə renta əldə edilməlidir. Beləliklə, “Avroviziya” müsabiqəsi uğurla “Ailəviziya” formatına transfer olunur.
Məsələ təkcə ixtiyarın obyekt sahibində olmasında deyil. Xalqından aralı düşmüş diktator ailələri daxildən enerji ala bilmədikləri üçün daim bir komplekslə yaşayırlar. Beynəlxalq aləmdə adam yerinə qoyulmaq kompleksi. Məsələn götürək Özbəkistan diktatoru İslam Kərimovun kiçik qızı Lola Kərimovanı. Bu yaxınlarda Monika Belluçinin bir xeyriyyə tədbirində iştirakı üçün 190 min avro ödəyib. Böyük qızın xərcləri isə daha fantastikdir. Bütün avtoritar dövlətlərin tarixi belə faktlarla zəngindir.

Filippin diktatoru Ferdinand Markos tarixdə qalmasa da, onun birinci ledisi İmelda Markosun harınlığı barədə əfsanələr dolaşır. Bu ledi kasıb məhəllələrini görməmək üçün şəhərin ətrafına iri divar çəkdirmiş, ortasında isə yüz milyonlarla qiyməti olan kakos qabığından saray tikdirmişdi. Əsas məşğuliyyəti beynəlxalq miqyaslı boks yarışları keçirmək, ABŞ şəhərlərində bir dəfəyə milyonluq şopinqlər etmək idi. Beynəlxalq kinofestivallar üçün tikdirdiyi kinoteatr lənətlənmiş yer sayılır. İndi ordan ancaq qemofriditlər istifadə edir. 14 illik bədxərclikdən sonra aqibəti Ben Alinin arvadı Leyla Trabelsi kimi oldu. Ölkədən qovuldu.
Ölkəmiz şanlı demokratiya tarixini yaşamasa da, traqikomik diktatura tarixinin böyük səhifələrini yazır. Analoqu olmayan xərclərlə yanaşı, analoqsuz tamaşaları da izləyəcəyik. “Eurovision-2012” isə bütün kompleksləri susuzluğu yatıran su kimi rahatladacaq. Nəhayət gələn il Bakıya gələcək avropalı qonaqlara sözüm var. Əziz avropalılar, “Avroviziya” tarixində ilk dəfə əsl Şərq ölkəsinə, “Ailəviziya” müsabiqəsinə xoş gəlmisiniz!

3 комментария:

  1. Cox maraqli yazidir. Teessuf ki, bu qeder leylalar gelib gedir amma yene bu diktatorlar ders almir ki, almir.

    ОтветитьУдалить
  2. Your blog is great你的部落格真好!!
    If you like, come back and visit mine: http://alexchris111.pixnet.net/blog


    Thank you!!Wang Han Pin(王翰彬)
    From Taichung,Taiwan(台灣)

    ОтветитьУдалить
  3. Təbii haldır ki, heç bir diktatur rejim hakimiyyətdə əbədi qala bilməz. Təəcüblənmədim çünkü mövcud diktator rejim bizi Qarabağ yox, ən yaxşı halda evrovijnda qələbəylə sevindirə bilərdi.

    ОтветитьУдалить