Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 4 мая 2011 г.

Ben Ladenomika

Ben Laden öldürüldü. Nəhayətki. Əslində adi bir terrorist yox, 10 ildir dünyanın beynini dəng edən mif öldürüldü. Fiziki ölümündən daha çox, qurama videolarının bir daha məni əsəbləşdirməyəcəyinə sevindim. Ben Laden dünya mediasının Lotu Bəxtiyarı idi. Tutub oturmuşdu vor-zakon aləmində ad çıxarmaq istəyən bütün terroristlərin yerini. Etdiyi bir şey də yox idi, amma mifi göz çıxarırdı.
Onun ölümünə sevinən də oldu, kədərlənən də. Ancaq məni güldürən amerikalıların hərəkəti oldu.
Obama Osamanın ölümünü elan edən kimi minlərlə amerikalı əllərində bayraq sevinə-sevinə Ağ evin qarşısına yüyürdülər.Adətən ora anti-müharibə aksiyaları keçirməyə gedirdilər. Azərilərin Gül bayramına sevincək getməsindən daha ironik mənzərə idi bu. Ölən kim idi? Çoxdan bəri heç kəsə aidiyyatı olmayan bir mif. Komiks qəhrəmanı. Bəs meyit hanı? Pişik apardı. Yəqin ki, ABŞ dəniz pişikləri.
Təsəvvür edin ki, bir gün ABŞ prezidenti televiziyaya çıxaraq qəmli şəkildə elan edir:”Əziz amerikalılar, bu gecə ABŞ hava hücumundan müdafiə qüvvələri Vaşinqton səmasında uçan naməlum bir obyekti vurmuşdur. Anti-terror çərçivəsində edilən bu aktda kədərli hadisə qeydə alınmışdır. Hamımızın sevimlisi Santa Klaus həlak olub. Başın sağ olsun, Amerika”
Təsəvvür edirsinizmi bundan sonra nə olar. Minlərlə yox, yüz minlərlə amerikalı kilsələrə, Ağ evin qarşısına axışar, qara bağlayar, şam yandırar, qəmli-qəmli Noel mahnıları oxuyar. Bir ciddi siyasətçi də çıxıb deməzki, “Ale, nə danışırsız. Santa Klaus deyilən bir adam yoxdur. Reallıqla əlaqəsi olmayan nağıl qəhrəmanıdır, o.” Çünki Santa Klaus adi mif deyil, on milyardlarla dollarlıq gəlirin təmsilçisi olan bir markadır. ABŞ-da Santa Klausun varlığını sübut edən kinoindustriyaya SSRİ-də Allahın yoxluğunü sübut etmək üçün ayrılan büdcədən bəlkə  yüz dəfələrlə artıq xərc çəkilir. Əkiz qüllələrə dəyən təyyarələrin ABŞ iqtisadiyyatına vurduğu ziyan qat-qat az olar, nəinki Santa Klausun ölüm xəbəri.
Amerika ictimai fikri tam bir komiks janrıdır. Siyasətinin Super qəhrəmanı və Mr.Evil(mənfi presonaj)-ı vardır. Hekayə qurulur və döyüş başlayır. Təbii ki, komiks kitab kimi bir dəfə çıxıb qurtarmır. Təzə seriyalarla amerikalılara yeridilir. Amerikan komikslərində maraqlı bir cəhət var. Super qəhrəman hər dəfə Mr.Evilın qorxulu planlarının qarşısını alır, qalib gəlir, ancaq hər seriyanın sonunda Mr.Evil gizlənməyi bacarır. Növbəti seriyaya kimi. Ben Laden də komiks qəhrəmanı idi. Onu Buş yaratmışdı, Obama öldürdü. 2008 prezident seçkilərində Respublikaçı piar texnoloqların ağlı olsaydı Ben Ladeni Obamaya saxlamazdılar, mürdəşir rolunu Makkeynə verərdilər. Vyetnam veteranından super yox, super-super qəhrəman çıxardı. O zaman nə facebook, nə blackberry Obamanı xilas edə bilməzdi.
Ben Ladenin ölümündən ən çox  Amerika itirdi. Hellouində ən çox satılan Osamanın maskaları idi. Bu əldən çıxdı. Antiterror temalı sıxıcı Hollivud filmlərinə ciddilik qatan o idi, indi o da yoxdur. Oyun sektoru itirdi. Çünki geymer biməyəcək kimin anasını ağladır. Mətbuat, neçə-neçə siyasi analitik itirdi. İndi axı ciddi-ciddi danışıb bütün günahları kimin üstünə yıxsınlar. Google itirdi, bu adda keçiddən xeyli reklam pulu götürmək olardı. Siyahını uzatmaq olar.
Bax ha, Amerika bir də belə qələt eləyib, öz iqtisadi brendini öz əlinlə məhv etmə. Böhranın bu ağır vaxtında. Qazanan kim oldu? Bir nəfər. Super qəhrəman – Obama. Necə deyərlər “Kral öldü, yaşasın Kral”. Bu dəfə isə “Osama öldü, yaşasın Obama” 

Комментариев нет:

Отправка комментария