Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 18 мая 2011 г.

Aksesuar mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov prezidentə açıq məktub göndərib. Təbrik deyil, şikayətmiş. Əslində bu haqda yazmayacaqdım. Nə çoxdur şikayət edən. Təkcə müxalifət və sadə vətəndaş deyilki. Arada “İlxamla irəli” deyənlər də dilə gəlir, ədalətli şaha məmur özbaşnalığından şikayət edir. Amma “Eurovision” hadisəsi üst-üstə gəlincə yazmaq istədim.
Nədən şikayət edir Rüstəm İbrahimbəyov?  Bir vaxtlar möhtərəm cənablarının ona uyğun gördüyü şəraitin indi əlindən alınmasından. Alınan sosial güzəştlər deyil, Azərbaycan kino sənətinin özüdür.
Mətnin bir hissəi burda:
“ “Azərbaycan” kinoteatrının özəlləşdirilməsi adı altında Dövlət Əmlak Komitəsi bizi bu yeri icarəyə götürmək hüququndan məhrum etdi. Biz avtomatik olaraq əsas maliyyə mənbəyini itirdik.. Kinematoqrafçılar İttifaqına qarşı gizli iqtisadi müharibənin tərkib hissəsi olaraq Azərbaycan Dövlət Neft Şirkətinin özbaşınalığı bizim təşkilata dağıdıcı zərbə vurdu.
Tam oxusaz itirməzsiz. 17 ildir kinosunu reanimasiyada saxlayan, uşaqlarına bir cizgi filmi çəkməyən hakimiyyətdən yaxşı heç nə gözləməyin demişdim. Reanimasiyada olan xəstəni sağaltmaq bir yana, indi ölüsünü də çıxarıb atırlar.
Xatırladım ki, Azərbaycan avtoritar ölkə kimi tam bir quldarlıq təsərrüfatıdır. Qulun əməyi ona yox, yalnız və yalnız ağasına məxsus olur. Sadəcə quldan qula fərq olur. Kimisi ağasının sarayında onun süfrəsinin artıqları rahat həyat sürür, kimisi də boz torpaqda can verir. Qulun özünə edə biləcəyi ən böyük yaxşılıq isə üsyan etməkdir. Boyun əyib H.Ə dedinizsə, sizi qul aqibəti gözləyir. Lap familiyanız Bəy sonluğu ilə bitsin.
Amma Rüstəm bəy hələ də ümid yeri gözləyir. Günahkarın ancaq məmurlar olduğunu, ədalətin bərpa ediləcəyini sanır. Hansı ölkədə yaşadığını hələ dərk etməyibsə, ona ancaq gözləmək qalacaq. Azərbaycanı  Misirlə müqayisə etməyi sevirəm. İndiki yox, Qədim Misirlə. Azərbaycan kimi Qədim Misirdə bütün mədəniyyət, incəsənət ancaq tanrının bütünə və onun oğluna xidmət edirdi. Bizdə isə ən layiqli rejissor o sayılır ki, o Heydər Əliyev haqqında film çəkib. Xalq artisti adını o manıs alır ki, ona xalqın atası deyib mahnılarında hifz edir. Heykəllərin isə sayını itirmişik. Bircə multfilm çəkilməyib. Bəs, siz bu xidmətlərin hansındasa iştirak etmisiz? İştirak etməmisizsə, hələ üstəlik fəxrlə “Mən sovet dövründə kommunist olmamışam və heç zaman, nə o vaxt, nə də indi siyasi fəaliyyətlə məşğul olmamışam” deyirsinizsə axı nə gözləyirsiz? Əvvəl kommunist, sonra yapçı olmayıb, heykəl qarşısında səcdə edərkən başı ombasından aşağı əyilməyənə qayğı mı göstərilər?
Zamanında Azərbaycanda sizi kino çəkəsiniz deyə göylərə yüksəltəməmişdilər. Senarisini yazdığınız “Günəşdən usanmışlar” filmi Oskara layiq görüldüyündən bu diqqətə layiq görülmüşdünüz. Oskarı rus kinosu qazanmışdı, uğur isə Əliyevlər taxt-tacını parlatmalı idi. Bir sözlə yeni, parlaq aksesuar idiniz. Necəki dünya miqyasında azacıq uğur qazanmış hər bir azərbaycanlı bu aksesuar kolleksiyasında sıra ilə öz yerini tutur. Lakin yenicə bu hakimiyyət elə bir aksesuar qazandı ki, onun parıltısı yüzlərlə sizin kimi mədəniyyət adamını öz kölgəsində yox edəcək. Söhbət “Eurovision”da birincilik qazanan El və Nikidən gedir. Onlar hələ 1 il bərq vuracaqlar. Mirşahinin deyimi ilə Baş məşqçi İlham Əliyev onlara təlim keçəcək. Ulu öndəri necə mədh etməyi, heykəl qarşısında əyilib qalxmağı, YAP-a ərizə yazmağı öyrədəcək. Digərləri isə taxçada gözləməli olacaq.
Bundan sonra hələ də kino yaratmağı düşünürsüz? Necə olsa da Vandamdan daha yaxşı aktyor yetişdirə bilməyəcəksiniz. Yadıma düşmüşkən: senarisini yazdığınız “Günəşdən usanmışlar” filmini xatırladım. Filmdə onlarla Sovet mükafatı almış, Stalinin sevimlisi olan köhnə çekist Sergey Kotov kənd yerindəki villasında qayğısız, komunistik bir həyat tərzi keçirir. Lakin məqam yetişəndə NKVD onu həbs edir. Həbs edilib aparıldığı avtomobildə NKVD işçilərinə gülərək deyir: ”Bilirsiniz bu kimin nömrəsidir. Yoldaş Stalinin özünün. Zəng edəcəm. Bax onda gör sizlərə nə olacaq” Amma heç nə olmur. Stalinin sevimlisi Kotovu güllələyib, var-yoxunu əlindən alırlar. Tanış gəldimi? Əgər senari eynən sonacan yazılmayıbsa, gözləməyin. Məktuba cavab gözləyincə qul ağasına üsyan edin. 

Комментариев нет:

Отправить комментарий