Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 28 мая 2011 г.

Rəsulzadə ruhu


Nə gözəl ki, 28 mayımız var. Nə gözəl ki, bu günə görə indiki hakimiyyətə minnətli deyilik. Hər il bu gün qarşısında Heydər bütü cılızlaşır, aciz görünür. Efir məddahları nə qədər calaq vurmağa çalışsa da, 28 may onların rəzil olduğu günə çevrilir. Çünki bu gün Cumhuriyyətin, Şərqdə ilk respublikanın yarandığı gündür və bu günə əliyevlərin zərrə qədər dəxli yoxdur.
Ən ifrat və zəhlətökən təbliğat da Cumhuriyyəti və onun yaradıcısı Rəsulzadəni yaddaşlardan silə bilmir. Əsgərlikdə idik.

        Hərbi hissədə Tərbiyə İşləri üzrə müavinin (Zampolit) köməkçisi bizi akt zalına yığıb siyasi dərs keçməyə başladı. Bir az danışıb əsgərlərə sual verdi: “Müstəqil Azərbaycanın banisi kimdir?” Sualın cavabının hara aparacağını anlayan ali təhsilli əsgərlər laqeydcəsinə üzlərini yana çevirdilər. Ancaq elə də savadı olmayan bir əsgər şəstlə qalxaraq dedi: “Əlbəttə ki, M.Ə.Rəsulzadə” Zabit duruxdu. Çərənləməyə başladı: “Hə orası elədir. O 1918-də idi. İndi H.Əliyevdir”
Bax bu zaman ən maraqlı hissə başladı. Yerbə-yerdən əsgərlər: ”Bəs o 93-də gəlməyib? Biz ki, müstəqilliyi 1991-də qazanmışıq” deyə replika atdılar. Verdiyi suala peşman olan zabit mövzunu dəyişdi. Hərbidən sonra həmin əsgər Bakı tikintilərinin birində fəhləlik etdi. Ancaq o qürurlu jestinə görə ANS-də, AZTV-də işləyən qalstuklu qrup yoldaşlarımdan qat-qat dəyərli oldu.
70 ildə Rəsulzadəni Şura höküməti də unutdura bilmədi. Azadlıq hərəkatı onu bizə qaytardı, H.Əliyev isə silməyə çalışdı. Əliyevin istədiyi tək şey vardı. İlklərin sahibi olmaq. Amma tarix bunu ona yaşatmadı. O, müstəqil Azərbaycanı belə İslam Kərimov kimi hazır ovcunda ala bilmədi. Cumhuriyyəti Rəsulzadə yaratdı, ilkləri(islahatları) Elçibəy həyata keçirdi. Yaratmağa gecikənlər isə məhv etməyə tələsir.
İndi Rəsulzadə könüllərdə yaşayır. H.Əliyevə isə bütlərdə, ehramlarda can verməyə cəhd edirlər. Tarix daim bütpərəstliyi ilahi dinlərə uduzdurmuşdur. Çünki məntiq və iradəsi olan insan övladı dərk edir ki, yaşayan bütlər deyil, dəyərlərdir. Bugün Abellər, Ağamalılar bütlərin xidmətçisi ola bilər. Dəyərləri isə biz-azad düşüncəli gənclik yaşadırıq.  Həqiqətən dahi saya biləcəyimiz Rəsulzadə bu günləri 58 il əvvəl görərək demişdir.
Əlavə üçün tək kəlməyə belə ehtiyac yox. Sən bizə büt deyil, Cumhuriyyət ruhu qoyub getdin. O ruhu heç bir avtoritarizm öldürə bilməyəcək. Amma o ruh onlarla nəsli daim mübarizəyə səsləyəcək. 

Комментариев нет:

Отправить комментарий