Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 29 февраля 2012 г.

Ya şəbəkləşəcəksən, ya da...


İnternetdə xəbər yayıldı ki, Bakcell YAP-a üzvlərinə korporativ danışıq paketi təklif edib. Bu xəbər xeyli çaxnaşma yaratdı. Doğrusu, təşkilatın adı yap deyil, başqa bir şey olsaydı, xəbər heç kəsin kefinə dəyməzdi. Standart reklam paketi kimi qəbul olunardı. Mənim münasibətim necədir? Gözəl təklifdir. Elə fürsət oldu ki, sözlə dosta, partiyadaşa sözdə dediyimi burda yazım.

Hər zaman deyirəm. Şəbəkələşmək lazımdır. Təkcə internetdə yox, həm də iqtisadi tellərlə şəbəkələşmək. Kapitalistin ancaq maddi marağı var. Siyasətçinin, aktivisitin idealist arzuları. Siyasətdə bu ikisi birləşmədisə, heç vaxt praqmatik siyasətdən və real nəticədən danışmağa dəyməz. Problem təkcə rejim basqısı deyil axı. İş problemi var, jurnalistin buraxdığı qəzetin az tirajla satılması problemi var. Bir gündə hərəkat üzvü olan, partiya vəsiqəsi alan adamların illər boyu bir-birini itirməsi reallığı var. Nədən belə olsun? Niyə bu qədər çətinliklə qazandığımız adamları bu qədər asan itirək?

понедельник, 27 февраля 2012 г.

Kimdir Vətəndaş? Kimdir Koroğlu?

Koroğlunun heykəlinin açılışında İlham Əliyevin etdiyi çıxışdan yəqin ki, xəbərdarsınız. Sıradan çıxışlar seriyasından olan bu nitq “Koroğlu gözəl vətəndaş olub” cümləsilə gündəmin mövzusuna çevrildi. Hadisənin ironiyası heç də Koroğlu dövründə “vətəndaş” anlayışının olub-olmamasında deyil. Məsələ “vətəndaş” adına kimin nümunə göstərilməsində idi…

воскресенье, 26 февраля 2012 г.

El qızının Xocalı faciəsi

          Xocalı, 20 yanvar təkcə AZTV-nin təbliğat malı deyil, o həm də qızlarımızın ilham mənbəyidir. Belə gunlərdə susan ağızlar gül açar, avtoritarizm qarşısında qurumuş boğazlardan yağı düşmən üzərinə sel axar. Allı-güllü profilli qızlarımızın facebook avatarı qara geyinər, fotodakı qərənfillərdən qan damcılayar. 


вторник, 7 февраля 2012 г.

Əsrimizin Neandertalı

“Əsrimizin Neandertal”ı Siyavuş Novruzov Ziyalılar Forumuna münasibət bildirib. Münasibət desək mədəni çıxar, ağzının suyunu axıdıb. İttihamlar edib, bir sözlə məntiq qanunlarını alt-üst edib. Əgər öz gözündə tir görməyib, başqasını gözündə çöp axtaran birisi sual ünvanlayırsa, ona ən yaxşı cavab elə veriləcək sualdır.