Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 29 февраля 2012 г.

Ya şəbəkləşəcəksən, ya da...


İnternetdə xəbər yayıldı ki, Bakcell YAP-a üzvlərinə korporativ danışıq paketi təklif edib. Bu xəbər xeyli çaxnaşma yaratdı. Doğrusu, təşkilatın adı yap deyil, başqa bir şey olsaydı, xəbər heç kəsin kefinə dəyməzdi. Standart reklam paketi kimi qəbul olunardı. Mənim münasibətim necədir? Gözəl təklifdir. Elə fürsət oldu ki, sözlə dosta, partiyadaşa sözdə dediyimi burda yazım.

Hər zaman deyirəm. Şəbəkələşmək lazımdır. Təkcə internetdə yox, həm də iqtisadi tellərlə şəbəkələşmək. Kapitalistin ancaq maddi marağı var. Siyasətçinin, aktivisitin idealist arzuları. Siyasətdə bu ikisi birləşmədisə, heç vaxt praqmatik siyasətdən və real nəticədən danışmağa dəyməz. Problem təkcə rejim basqısı deyil axı. İş problemi var, jurnalistin buraxdığı qəzetin az tirajla satılması problemi var. Bir gündə hərəkat üzvü olan, partiya vəsiqəsi alan adamların illər boyu bir-birini itirməsi reallığı var. Nədən belə olsun? Niyə bu qədər çətinliklə qazandığımız adamları bu qədər asan itirək?
 
Birdəfəlik bir şeyi yadda saxlamaq lazımdır. İnsanların birləşməsi üçün əqidə yetərli deyil, yaşam tərzləri birləşməlidir. Qazancları, xərcləri birləşməlidir. İqtisadi şəbəkləşmənin ən mükəmməl nümunəsini nurçular yaradıb. Həm də Avropa normalarına zidd getməyərək. Yüz minlərlə adam öz qəzetini (Zaman) oxuyur, öz restoranında (Anadolu) nahar edir, öz universitetlərində (Fatih, Qafqaz) pul verib təhsil alırlar. Bir sözlə, xərclədikləri öz cibində qalır. Belə bir iqtisadi şəbəkələşmədə işsizlik problemimi olar?! Pulsuzluq, ya da hansısa qranta ümid olmaq ehtiyacımı yaranar?!

Bugün müxalifətin ən böyük problemi sərbəst toplaşmaq azadlığı deyil, informasiya azadlığı da deyil. Məhz iqtisadi şəbəkələşmənin məhrumluğudur. Gənclər təşkilatları da o cümlədən. Mən heç vaxt pul, ehtiyac ucbatından qəzetdən gedən jurnalisti qınamamışam. Qələt edib dil uzadırsan əgər həftədə bir dəfə onun yazdığı qəzeti alıb oxumursansa. Parti sevən gənclər bardan pivə aldıqları həvəslə, Şirzad sevənlər arağa verdikləri pul sevgisi ilə gündəlik qəzet alıb oxusaydılar inanınki, bu ölkədə çoxdan qəzet oxuyan gənclik formalaşardı.

Təşkilatalardan şəbəkələşmə ənənəsini bir ara “Dalğa” yarada bilmişdi. Öz qəzetləri, öz xəbər saytları vardı. Aldıqları layihələrdə təşkilat üzvlərini işlə təmin edə bilirdilər. Müsbət şəbəkələmə prossesi gedirdi. Necə oldusa, “Alma”nı içindəki qurtlar yedi, qaynar.info da Fərid Şahbazlının güdazına verildi. Şəbəkə çökdü.

Bakcell üzvlərinin sayı 10000-i keçən təşkilatlar üçün Gold Dövlət adlı xüsusi tarif paketi hazırlayıb. Mən bilən bu ölkədə heç bir partiya 10000 nəfərdən az üzvünün olduğunu qəbul etməz. Hər hansı bir təşkilat bu qədər adamı cəmləyib şəbəkələşdirə bilsə, təkcə şirkət yox, öz təşkilatı adına böyük iş görmüş olar. Daha kiçik korporativ paketlər də var. 10000 şərt deyil. Qərargahsız partiyalar, təşkilatlar üçün çətin olsa da, mükündür. YAP hələki bu işi şəbəkələşmə ilə yox, inzibati siyahıalma ilə bacarıb.

İqtisadi şəbəkələşmə həm geniş mövzudur, həm ağır. 10000 çətindirsə, 10 nəfərdən başlayın. 10 nəfərin yaşam tərzini birləşdirin ki, on minləri itirməyəsiniz. Böyük mövzudur, danışmaqla bitməz. Amma kiçik cəhdlər böyük uğurlar vəd edir.

Комментариев нет:

Отправка комментария