Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 1 марта 2012 г.

Nə üçün Quba?


Bugün neçə insan bu sualı özünə verib. Regionlarda məmur özbaşnalığına qarşı mütəmadi aksiyalar olur. Bu aksiyalar əks-səda gətirsə də, heç vaxt 1 mart-Quba üsyanı səviyyəsinə gəlib çata bilməyib. Təkrarlansa da polis müqavimətini qıra bilməyib. Quba tək rayondur ki, bunu bacardı. Müxalifətn 2003 16 oktyabr aksiyasını geridə qoyacaq bir addım atıldı. İcra başçısını evi oda verildi. Polis müqavimət qarşısında həbs etdiklərini də buraxdı.

Qubanın uğurunun sirri onun gənc simasındadır. Fotolarda diqqətlə baxın. Ön planda ancaq gənclərdir. Başqa rayonlardakı aksiyalarda qoca kütlədən burda tək-tük görərsiniz. Qubanı digər rayonlardan fərqləndirən mühüm  cəhət var. Nügədi və bir neçə kənd istisna olmaqla, Quba gəncləri ailələrini atıb Rusiyaya, Türkiyəyə iş dalınca getmirlər. Əksər əhali kasıb yaşasa da, torpağa bağlıdır. “Hər aul bir dövlətdir” - dağıstanlılara xas təfəkkür tərzinin nəticəsidir. Kim necə təhlil aparır, aparsın, amma nəticəsini bugün gördük.


İnkar edilməz bir həqiqət var ki, inqilabı gənclər edəcək. Bugün evində kişi tapılmayın rayonların nəinki belə üsyan, polis rəisinə qarşı alababat aksiya keçirmək çətin məsələdir. Qocaların müqavimətini qırmaq isə saman çöpünü qırmaq tək asandır.  


İşin internet tərəfi. Bugünədək regional bloqqerlik qeyri-ciddi iş sayılırdı. Rayon bloggerləri adətən “Kurtlar Vadisi”ndən copy-paste edən təbəqə kimi tanınırdı. Qubanın internet gəncliyi bu sindromu qırdı. Rusiya bloqqerləri səviyyəsində keyfiyyətli iş gördülər. Rayonda gənclərin çoxluğu və internetə bağlı gəncliyi olması öz effektini verdi. Aksiya təyin edildi və partladı. İnternet Bakıda belə uğura imza atmamışdı.


Quba nəyi sübut etdi? Evini, obanı atıb ölkə xaricinə iş tapmaq üçün getmək tək çıxış yolu deyil. Yerlərdə toplanan gənc enerji ilə icranı yollamaq da olar, lap atasına od vurmaq da. Qocaların ümidinə qalan yurdda ancaq bayquşlar ulayar. Bugün  artıq hakimiyyətin icra başçıları təkcə bayquş deyil, həm də leş dimdikləyən quzğunlardır. Məncə düşünməyə dəyər. Ən azı qubalılar düşündüklərini artıq etdilər.




4 комментария:

  1. https://www.facebook.com/groups/qubalilar/

    AKTIVLIK BURDAN BASHLADI

    ОтветитьУдалить
  2. quba hadisələri bir daha göstərdi ki, azərbaycanlılar (başda mənim qohumlarım olmaqla) nəcə məxluqlardı.onlara ciddi yanaşmaq səfehlik olar

    ОтветитьУдалить
  3. Sonda yenə nə oldu? Yenə öz adamları əyləşib başda və yenə onlar deyəni edəcək. Düzdür, belə etirazlarla müəyyən dəyişikliklər etmək olur. Amma sistemi içəridən dağıtmasan xeyri yoxdur. Olduğu kimi də işləməyə davam edəcəkdir. Ona görə də tək ümidimiz yenə də, ətrafımızdakı insanların gözünü açmaq, onlara dünyanın həqiqətini danışmaq və beləliklə, insanlığı təhlükədən xilas etməkdir. Demokratiya dediyiniz də bir dəccal oyunudur. Artıq inanacaq bir sistemimiz qalmayıb, amma səbrimiz də qalmayıb. Heç kimin haqqının tapdalanmayacağı, insanları azğınlaşmağa sürükləməyəcək yeni bir düzən qurmaq lazımdır.

    ОтветитьУдалить
  4. Camaat Qubalilari Sade Insan Sayir.Qubalilarin Internet Haqqinda Bildiklerini Bakidakilarin Cuzi Hissesi Bilir

    ОтветитьУдалить