Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 3 марта 2012 г.

Sürüşən korrupsiya



Bugün Əhmədlidə, General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasında qalan ərazidə sürüşmə baş verib. Bugün deysək bir həftədir gedən prosesdir. Bu zona ikinci Bayıl kimi tanınır. Şəhərdən baxanda Bakı buxtasının o tayında Bayılla üzbəüz baxır. Sovet vaxtından sürüşmə zonası kimi tanınan bu ərazi sakit bir yer bilinsə də, Azərbaycan hökümətinin korrupsiya iştahı orada xariqələr yaratdı. Əvvəlcə satılmamış torpaq, sonra isə satılmamış hava məkanı qalmadı. Necə yəni hava məkanı? İzah edəcəm.


  Beləki sürüşmə zonasının ən hündür yerində yerləşən 57 və 59 saylı binaların qarşısından yol keçir. Yoldan dəniz tərəfə cəmi 3 metrlik torpaq sahəsi uzanır ki, orada da ancaq ağaclar əkilib. Düzdür, ağaclardan artıq bir şey qalmayıb. Ağaclıqdan aşağı azı 60 metr dik yoxuş uzanır. İkinci qatda yerləşən 9 mərtəbələr təpədə yerləşən binaların demək olar ayağındandır. Bax belə yerlərdir.


 İştah necə başladı? Heç bir tikinti getməyən ərazidə əvvəlcə General Şıxlinski və Əliağa Mehmandarov küçələrinin kəsişməsində olan geniş torpaq ərazisini satdılar. Həmin ərazidə Sovet vaxtı HHM bazası yerləşirdi. Sonra rus qoşunları bazanı yandırıb tərk etdilər. Abşeron hava məkanının ən strateji nöqtəsi sayıldığından toxunulmaz qalmalı idi. Altını üstünə çevirdilər. İndi orda elə imarətlər var ki, Quba icra başçısının villası müqayisdə tövləyə oxşayır.


 Bu torpaqlar satılıb qurtardıqdan sonra yolun dəniz tərəfə mənzərəsi olan yerini satmağa başladılar. Daha doğru dərənin üstündəki hava ərazisini. Yeri satın alanlar gətirib ora onlarla maşın torpaq tökdülər. Üstünə də 3-4 mərtəbəli evlər tikməyə.


  Gilin üstünə gil tökməklə etibarlı fundament düzəltmək olmaz. Buna baxmayaraq bir ayda təzə tikililərin gövdəsi qoyulub. Bu vaxtı qurulmuş bombanın üzərinə oturmaq kimidir. Bombanın partlayan vaxtı gəlib yetişdi. İş elə gətirdi ki, bombanın qəlpələri ətrafdakıları yaralayan kimi qanunsuz tikilmiş evlər də doqquz mərtəbələri batma riski altında qoydu. FHN-in verdiyi xəbərə görə artıq iki binanın sakinləri evakuasiya edilir.



Azərbaycanda hansı yerə baxsan korrupsiya baş alıb gedir. Əhmədlidə o təkcə getmir, həm də sürüşür. Özü də düz insanların başına. 



Комментариев нет:

Отправить комментарий