Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 28 декабря 2014 г.

Bloq nə üçün lazım idi?


Azadlıq Radiosunun Bakı bürosunun qapadılması ilə çoxistiqamətli mətbuatın son işartısı da söndü. Azad mətbuat demirəm. Çünki azad mətbuat sözünün özü mifdir. Ölkədə azad mətbuat iddialı baş redaktorun da günün biri qatı senzor olduğu məqam ortaya çıxır. Hər redaksiyanın öz mövqeyi, öz standartları...

вторник, 23 декабря 2014 г.

Ədəbiyyatımızın "əclaf"ı Əli Əkbər

Əli Əkbər – bu adama ya nifrət edirlər, ya da pərəstişkarına çevrilirlər. Ya söyürlər, ya da həddən ziyadə tərif deyirlər. Özü isə... Bir yaxınının dediyi kimi, o hər iki tərəfi təhlükəli sayır. Bu adamı tanıdığım qədər o, hər iki tipə ikrah hissi ilə baxıb.

воскресенье, 30 ноября 2014 г.

Kimin şeyi kimin əlində


Son həftələr “Yeni Müsavat” qəzeti, Rauf Arifoğlu ətrafında olan hay-küyü anlamıram. Yazılanlardan, kimin kimlə atışdığından xəbərim var. Amma gündəmin nə üçün hələ də bu qəzet ətrafında cərəyan etdiyini başa düşmürəm.

пятница, 31 октября 2014 г.

Aldanmış kəvakiblər

18 oktyabr Müstəqillik günü münasibətilə əfv fərmanı imzaladı. Əfv üçün müraciət edən nidaçılar azadlıq gözləyirdi. Əslində isə gözlənilən oldu. Siyasətdə ən pessimist proqnoz ən real proqnozdur.

вторник, 28 октября 2014 г.

Azərbaycan kişisinin xilaskarı Nino


“Əli və Nino” – bu ad kimin üçün iki gəncin sevgisi, bir digəri üçün gürcü və azərbaycanlılar arasında ortaq dəyər deməkdir. Mən isə bu romanda bir millətin taleyini və Azərbaycan kişisinin xilasını gördüm. Əgər səlahiyyətimdə olsaydı, 11-ci sinif şagirdlərinə Azərbaycan tarixi kitabından öncə bu romanı oxutdurardım.

пятница, 17 октября 2014 г.

Seks-cihada uduzan azad seks maarifçiləri


Qərb-Şərq qarşıdurması Azərbaycan publisistikasının əbədi mövzusu olub. XIX əsr maarifçilərindən bu yana. Gəl ki, XXI əsrdə yazanlar bu mövzunu çevirmişdilər çeynənmiş saqqıza. Baş getmişdi 150 il əvvələ, bədən qalmışdı indiki zamanda. Yazdıqları yazılarda istiqamət bir idi. İdeal Qərb dəyərləri, nifrətəlayiq Şərq. Ancaq elə bir zaman yetişdi ki, Qərb illüziyası darmadağın oldu. Elə Qərbdən Şərqə döyüşməyə gələn avropalı cihadçılar tərəfindən.

понедельник, 13 октября 2014 г.

Nobelçi Məlalə və şpaqat açan Şəlalə


Cümə günü Nobel sülh mükafatının qalibləri elan edildi. 17 yaşlı pakistanlı qız Məlalə Yusufzay, hindistanlı hüquq müdafiəçisi Kaylaş Satyarti uşaqların təhsil hüququ uğrunda apardıqları mübarizəyə görə bu fəxri ada layiq görüldülər. Dünyanın diqqəti isə Məlalənin üzərindədir. Bu qəhrəman hər hansı məşhur siyasətçi yox, başı hicablı, bəstəboy, müsəlman qızdır. O, dünyanın ən gənc Nobel laureatıdır.

вторник, 7 октября 2014 г.

Qurbanı qınayıb, hinduşkaya susanlar

Müsəlman aləmi Qurban bayramını qeyd etdi. Müsəlmanlarla birgə azərbaycanlılar da. Bayramlardan, bəlkə də, ən yaxşısıdır. Azərbaycanlının qonşusuna real xeyri dəydiyi tək gündür. Bir aylıq Ramazan belə Azərbaycanda Qurban günləri  kimi özünü hiss etdirə bilmir. Havalar isti keçirsə, oruc tutmaq düşür təxirə.

среда, 1 октября 2014 г.

Pompeyi meyxanaçıya çevirən ölkə


Bir müddət əvvəl “kulturoloq” kimi təqdim edilən Elmir Mirzoyev Azərbaycan və azərbaycanlıların maraqsız olması ilə bağlı yazı yazmışdı. Adətən, belə mövzularda yerli oxucu neqativə yüklənir. Özünütənqidlə barışır. “Əşşi, bizdən adam olmayıb, olmayacaq” – deyib keçir. Sadə vətəndaş pessimistliyə qapıla bilər. Amma yaradıcı adamın, xüsusilə, qələm sahibinin belə söz deməyə haqqı yoxdur. Azərbaycan nəinki maraqlı ölkə, şedevr əsərlər üçün ideya cənnətidir.

вторник, 30 сентября 2014 г.

"Nida"ya qoyulan tire

Həbsdəki son nidaçılar da əfv ərizəsi yazdı. Gözlənilən idi. Elçibəyin sözü olmasın, zamana ehtiyac vardı. Yazdıqları ərizəyə görə qınamıram. Reallıq hissini itirmiş adamlar sonunda bu hissi qaytarmış oldu. Onlar həqiqətən sübut etdilər ki, Elçibəy yolunun davamçılarıdır.

пятница, 26 сентября 2014 г.

Rafiq Tağı - İtirilmiş Çexov

İnsan var ki, yaşadığı müddətdə dahiyanə əsərlər yaradır, amma ölümü səssiz olur. İnsan da var ki, bütün ömrü bir qara qəpiyə dəymir, gedişi paradı xatırladır. Nadir şəxslər də var ki, yaratdığı əsərlərlə deyil, yalnız ölümü ilə yaddaşlarda qalır. Halbuki insanlıq üçün ən qiymətli xatirə əlyazmalardır. Rafiq Tağı sonunculardandır.

пятница, 19 сентября 2014 г.

Əlif Şəfəqlə əriyən qızlar

Bir müddət əvvəl “Facebook”da “#bookchallenge” haştaqı ilə aksiya keçirilirdi. İnsanlar publika üçün məsləhət bildiyi 10 kitabın siyahısını hazırlayır və yazdığı statusda bir yaxud bir neçə adamın adını işarələyərək bu aksiyaya dəvət edir. Və beləcə kitab, yazıçı adları internetdə sunami kimi yayılır. Mən o siyahılarda xeyli dahiyanə kitab adı gördüm, amma o kitabları qaldıracaq adamları görmədim.

понедельник, 15 сентября 2014 г.

Həmid Herişçinin anormallığı


Həmid Herişçi müasir Azərbaycan ədəbiyyatının ən ziddiyyətli simalarındandır. Ziddiyyəti fikirlərindədir. Yəni standartdan kənar adamdır. Başqasının ağlına gəlməyən onun ağlına gəlir. Onun ağlına gələn isə başqalarına ağılsızlıq kimi gəlir. Kimi Həmidin başının xarab olduğunu deyir. Bir digəri xurafata yuvarlandığını. Qalanları isə ümumiyyətlə, Həmidə baş qoşmamaq qərarına gəlib. Mənsə fərqli fikirdəyəm. Həmid hər şeydə normaldır, bir yerdə anormal.

среда, 10 сентября 2014 г.

Kitabsız siyasət aləmi

Kitab təqdimatlarına, endirimli kitab yarmarkasına yolunuz tez-tez düşür. Bu dəfə diqqətinizi diqqətdən kənar qalan kitab mağazasına yönəltmək istərdim. “Akadem Kitab” mağazasına. Baksovetdən Taqovıya düşərkən, yolun sağındakı zirzəmidə yerləşən mağazaya.

“Akadem kitab” bəlkə də Bakıda yerləşən ən zəngin kitab mağazasıdır. Təkcə say, dil çeşidinə görə yox. Həm də uzun illər əvvəl çap olunub indi tapılmayan kitablarına görə. “Əli və Nino”, “Qanun” nəşriyyatı onunla müqayisədə baqqal dükanıdır.

среда, 27 августа 2014 г.

Şiə atanın vəhhabi oğlu

Yazıçı Etel Lilian Voyniçin “Ovod” romanını oxuyanda bir o qədər təsirlənməmişdim. Əsərin gerçək gücünü SSRİ istehsalı, eyniadlı “Ovod” (1980) filminə baxarkən anladım. “Ovod” əbədi atalar və oğullar dilemmasını canlandıran ən güclü romanlardan biridir.

понедельник, 25 августа 2014 г.

Seymur Baycana AÇIQ MƏKTUB

Ola bilsin, kütlə şüurunda stereotip yarada biliblər ki, Azərbaycanda “azad yazarlar” deyəndə Ayo-çular yada düşür.  Reallıq isə fərqlidir. AYO-nu tanıyandan siyasətçi diqqətsizliyindən şikayət etdiklərini görmüşəm. Xeyli yazılar yazıblar, çayxana müzakirələri olub. Ancaq siyasi təhsil alan adam kimi istəklərini anlamamışam. Məgər başa düşmürlər ki, siyasətçi yazıçıdan ədəbiyyat yox, siyasi sifariş tələb edəcək.

вторник, 19 августа 2014 г.

Roman, ya ucuz seks-triller?

“İçən yazıçılar avara romanlar yazırlar”. Amerika yazıçısı Con İrvinqin bu fikrinə, bəlkə də, önəm verməzdim. Əgər Cəlil Cavanşirin son romanı “Qadın corabları”nı oxumasaydım. Doğrudan da, yazıçının içki aludəçiliyi maraqlı mövzunu sıxıcı və işlənməmiş süjetə çevirib məhv edə bilər.

четверг, 14 августа 2014 г.

Gülməli karyerist qızlar


Siz onları ağ dişləri parlayan fotolarından, havalı yerişlərindən, kamera üçün hesablanmış saxta gülüşlərindən tanıyırsınız. Onlar daima xoşbəxt, özünə inamlı görünməyə çalışırlar. Hərəkətlərindən sünilik yağsa da, eqosuna aldanan adam üçün paxıllıq mənbəyidirlər. Əsas mənəvi qidaları da elə budur. Onlar gülməli karyerist qızlardır.

понедельник, 11 августа 2014 г.

Seksin teatra qayğısı

“Seks və aclıq dünyanı idarə edir” deyəndə Ziqmund Freyd, bəlkə də, kainatın idarəetmə düsturunu tapmışdı.  Pul, müharibələr yox, məhz seks! Müasir kino, incəsənət, əyləncə biznesində dönən yüz milyardlarla dolları nəzərə alsaq, seksə olan aclıq dünyanı idarə edən qüvvəyə çevrilib.

пятница, 1 августа 2014 г.

"Qanun"un dərdinin dərmanı

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu oxucuların kitaba münasibətindən məyus olduğunu, bir daha kitab yarmarkası keçirməyəcəyini bildirib...

Azərbaycan adambaşına düşən kitab satışına görə siyahının dibində olan ölkələrdən biridir. Amma vəziyyət bu qədər ümidsizdirmi?

пятница, 25 июля 2014 г.

Acından ölən ingilis yazıçıları

Bu yaxınlarda oxudum ki, Britaniyanın ən az qazanan təbəqəsi yazıçılarmış. Orta statistik peşəkar Britaniya yazıçısı bir ilə 11 000  funt-sterlinq (ayda təxminən 1000 manat) qazanır. Söhbət “full time” yazıçılardan gedir. Yəni roman yazmaqdan başqa heç nə ilə məşğul olmayan, çörəyi qələmdən çıxan adamlar. Ayda 1000 manat sizə çox görünə bilər. Londonda bu pula yaşamaq bizim dildə acından ölmək deməkdir.

понедельник, 21 июля 2014 г.

"Qazaxşina" söhbətinə bir balaca İZAHAT

1937.az saytında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının həmin saytda gedən “Eybəcər “qazaxşina” və şəhər nəsri” məqaləmə münasibətini oxudum. Təəssüf ki, yazının məzmunundan ancaq başlığa və bir-iki abzasa reaksiya verilib. Akif Aşırlını ədəbi mühitdən tanımasam da, məqalə ilə bağlı aydınlıq gətirməyə ehtiyac duyuram.

четверг, 17 июля 2014 г.

Eybəcər "qazaxşina" və şəhər nəsri

Şəhər nəsri-kənd nəsri polemikası qızışmışkən, bu mövzunun üzərindən ötüb-keçə bilməzdim. Şəhər-kənd mədəniyyəti qarşıdurması haqda xeyli yazı yazmışam. Yazılı ədəbiyyat mövzusunda fikrim birmənalıdır.  Nəsr şəhər hadisəsidir.

вторник, 15 июля 2014 г.

Lənət bombası

İsrail növbəti dəfə Fələstini bombalamaqda davam edir. Amma bu düşən bombalar o qədər əsəb yaratmır, nəinki “facebook” mərsiyəxanlarının paylaşdığı vəhşət fotoları, ah-vaylı statuslar. Bütün bu virtual Kərbala müsibətinə baxıb deyirsən: nə olardı, Nuru paşa Bakıda olardı. Yığardı bu zəncirvuranları zirehli vaqona. Göndərərdi Fələstinə, İraqa. Əsl cihada.

воскресенье, 6 июля 2014 г.

Başkəsən yumoristlər

Son ay mətbuata ən çox xəbər mövzusu olan hadisə İŞİD təşkilatıdır desəm, yəqin yanılmaram. Yeni adı ilə İslam Xilafəti. Bu dəqiqə İraqda əsl vətəndaş müharibəsi gedir. Sünni və şiə cəbhəsinə ayrılan ideoloji müharibə. Eynən bir əsr əvvəl Rusiya bolşeviklər və monarxistlər arasında bölünən kimi.

Rəsulzadə-Stalin qardaşlığı


Dövrünün siyasi nəhəngi olmuş bu iki şəxsi müqayisə edəndə adətən, hərə öz arşını ilə ölçür. Millətçilər Rəsulzadəni öndər, kommunizm düşməni, solçu-kommunistlər “ingilis agenti”, millətçi sayır. Eynilə Stalin bir tərəf üçün cinayətkar, digər tərəf üçün dahi rəhbər kimi görünür.

воскресенье, 29 июня 2014 г.

Publisistikanın kənd arvadı

Son günlər internetdə ən çox müzakirəyə səbəb olmuş yazılardan biri də Günel Mövludun "Futbol düşüklüyü" yazısıdır. Adətən, müzakirə obyekti olan məqalələr şok faktlara, fərqli baxış bucağına görə səs salır. Gəl ki, başın çıxmadığı şeydən yazasan və dilə düşəsən. Bax, bu, əsl məzhəkədir.

вторник, 24 июня 2014 г.

Nə üçün İŞİD inqilabı?


Bir əvvəlki yazımda İŞİD-i silahlı inqilab gerçəkləşdirən  ideoloji dövlət kimi tərif etmişdim. Onları "Yaxın Şərqin bolşevikləri" adlandırmışdım.  Düşünürəm ki, mövzunu bir qədər açmaq lazımdır.

суббота, 21 июня 2014 г.

Dəccal, Mehdi və ilaxır cəfəngiyat

Bir çox sadəlövh müsəlmanın inandığı Mehdi, on ikinci imam söhbətlərinin uydurma olduğunu hər zaman bilirdim. Bu yaxınlarda öyrəndim ki, qiyamət öncəsi gəlişi vəd edilən Dəccal da uydurma imiş. Quranda nə Dəccal, nə də Mehdinin adı yoxdur.

вторник, 27 мая 2014 г.

Şalvarınızı dəyişin, yoldaşlar


24 may günü "Real Madrid" azarkeşləri çempionluğu qeyd edərkən, mənim sevincim üçün daha vacib səbəb vardı. Türk rejissor Nuri Bilge Ceylan Kann kinofestivalının baş mükafatını – "Qızıl palma budağı"nı qazanmışdı.

пятница, 23 мая 2014 г.

Fəxrlə gələn riyakarlıq

"Allah fəxr etmək hissindən bizi uzaq tutsun. Gördüyün işdən razı qalmaq olar. Fəxr etmək isə yox. Nobel mükafatı alarkən belə fəxr etmədim. Getdim, aldım" - Aleksandr Soljenitsın 

Tez-tez işlədirik bu sözü. Hansısa azərbaycanlı bizə aidiyyəti olmayan futbol oyununda bayraq sallayır, fəxr edirik. Şit dediyimiz müğənni mahnısının sonunda "I love you Azerbaijan" deyir, yenə fəxr edirik. Və ilaxır, ilaxır.

среда, 14 мая 2014 г.

Öz geyimiz, öz zurnamız

Avroviziya müsabiqəsi son on ilinin, bəlkə də, ən qəribə finalını yaşadı. Saqqallı qadın, yaxud uzunsaç kişi Konçita Vurst qalib oldu. Hitlerdən bəri Avstriya dünyaya bu cür şok yaşatmamışdı. Konçitanın fonunda təmsilçimiz Dilarə Kazımova 22-ci yerlə kifayətlənməli oldu. Bu mənzərənin qarşısında belə bir sual yaranır. Bundan sonra nə etməli?

понедельник, 21 апреля 2014 г.

Qaqa, sən Markesi tanıyırsan?

Bir neçə gün öncə Kolumbiya yazıçısı Qabriel Qarsia Markes vəfat etdi. Bizim jurnalistlər də düşdülər şou-biznes nümayəndələrinin canına ki, bəs sən Markesi tanıyırsanmı? Cavablar mənfi olunca, "Facebook"da gənc aktivist qalmadı ki, onları ittiham etməsin.

четверг, 10 апреля 2014 г.

Yazarkən azad olmaq

Yazıram. Özümü azad hiss etmək üçün yazıram. Beynimdə yığılıb qalmış fikirlərdən azad olmaq üçün yazıram. Yazıramsa, deməli, cəmiyyət üçün varam. Peşə deyil, hobbi kimi yazıram. Heç bir əyləncə yazmaq qədər məni xoşbəxt etmir. Yazı yazdığım günü ömürdən qazanc sayıram.

пятница, 4 апреля 2014 г.

Çöl itləri

Böyük insanlar haqda qalın romanlar yazmadan da dahi əsərlər yaratmaq mümkündür. Əgər əsər gerçək insan hekayələrindən danışacaqsa. Amerika yazıçısı Con Steynbekin "Siçanlar və adamlar" povesti də bu qəbildəndir.

четверг, 3 апреля 2014 г.

Etibar Hüseynovun səhvi


Bir neçə gün öncə "facebook"da Etibar Hüseynovun qarabağlılar haqda nəsə deməsi ilə bağlı statuslar gördüm. Məsələ ilə bağlı video süjetə baxdım. Deputat Qarabağ qaçqınlarının Bakıda şəhər mədəniyyətini korladığı haqda fikirlər söyləyib. Bir çox qiryətti qaçqınlar bu çıxışa hiddətlənmiş, digərləri şiddətlənmişdi. Bu adam haqda bircə tərif deyə bilməsəm də, Etibar Hüseynov nəyi səhv deyib ki?!

понедельник, 31 марта 2014 г.

Erdoğanın salamı

Azeri qardaşlarıma salam! Dünən böyük bir qələbəyə imza atdıq. Bütün iftiralara, paralel dövlət oyunlarına rəğmən Türk millətinin səsini qazandıq. Türkiyə ilə bərabər bu uğurumuza sevinən milyonlarla azeri qardaşımız var. Hamınızın alnından öpürəm. Bu sevinc təkcə Ankarada, İstanbulda qələbəni bayram edən insanların sevinci deyil. Bakı vətəndaşlarının da ortaq sevincidir.

"Kruq" müharibələri: AYO

Fikir vermisinizsə, Azərbaycanda yaranan əksər müstəqil ictimai birliklərin, gənclər təşkilatlarının sonu fiasko ilə bitir. İnqilabi hədəflər elə öz üzvləri tərəfindən avantüraya çevrilir. Səbəb çox olsa da, hamısını bənzər virus məhv edir - "kruq". AzTV dili ilə desək, şəxsi ambisiyalar uğrunda mübarizə.

четверг, 27 марта 2014 г.

Quşbeyinli Türkiyə

Bir neçə gün əvvəl Türkiyədə “Twitter” sosial şəbəkəsinə giriş məhkəmə qərarı ilə bağlanmışdı. Bənzər qərarla “Twitter” yenidən açıldı. İnternet qadağası olsa da, insanlar alternativ yollarla yenə daxil olurdular. Hətta bu müddətdə şəbəkənin Türkiyə üzrə fəallığı 3 dəfə artdı.

понедельник, 10 марта 2014 г.

İlk Azərbaycan antiutopiyası

"Lətifə" - ilk Azərbaycan antiutopiyası

Bilmirəm, "Lətifə"nin rejissorları bu filmi çəkəndə Corc Oruellin "1984" romanını oxumuşdular, ya yox. Amma günümüzün prizmasından baxanda film sanki peyğəmbərlik missiyası daşıyır. 1989-cu ildə film ekranlara çıxanda SSRİ dağılmamışdı, Qarabağ müharibəsi başlamamışdı. Üfüqdə hakimiyyət dəyişiklikləri, siyasi faciələr görünmürdü.

четверг, 27 февраля 2014 г.

Yalansız yaşayan dahi


Dünya ədəbiyyatında xeyli dahiyanə yazıçı sadalamaq olar ki, qələmə aldığı ideal obrazlarla şəxsi həyatı ziddiyyət təşkil etsin. Lakin içlərində çox az adama rastlanar ki, yazdığı kimi yaşasın. Aleksandr Soljenitsın bu qəbildən tanıdığım tək dahidir. Yalansız yaşayan, yaşadığı kimi yazan.

среда, 26 февраля 2014 г.

Bizi zorlayan Xocalı


Deyilənə görə 22 il öncə, 26 fevral gecəsi bizi zorlayıblar. Sonra öldürüblər. Müasir dildə desək, genosid ediblər. Bütün bunlar Xocalı şəhərində baş verib. Şəxsən şahidi olmamışam. 

четверг, 20 февраля 2014 г.

Sən nə yamansan, a film!


"İncəsənətlərdən bizim üçün ən vacibi kinodur". Düz 92 il öncə fevral ayında V.İ.Leninin Maarif Naziri Lunaçarskiyə dediyi bu sözlər, hələ də, aktuallığını saxlayır. Bəlkə də, film haqda deyilmiş ən dəqiq aforizmdir.

четверг, 13 февраля 2014 г.

Türkə virtual nifrət

Mövzu heç də erməni-türk münaqişəsi, internetdə dolma davası deyil. Bir neçə gün öncə bir-birinə qardaş deyən iki xalq - azərilər və türklər “Twitter”də haştaq müharibəsinə başladılar. #köylütürkler haştaqı altında yazan azərilər əks tərəfi alçaldır, türklər öz üstünlüyünü göstərməyə çalışırdılar.

среда, 29 января 2014 г.

Meşşanbaycan


Yazıya verdiyim başlıq sizə Azərbaycanı, yaxud yazıçı Seymur Baycanı xatırladacaq. Hər ikisinə aidiyyəti var. Amma bu haqda bir qədər sonra.
 
Azərbaycan informasiya məkanı böyük bir meşşanlıq şəbəkəsini xatırladır. Televiziya meşşan, publisistika meşşan, ədəbiyyat meşşan. Meşşan - böyük çoxluğun həyat tərzinə uyğunlaşaraq, gündəlik qayğıları ilə yaşayan, kiçik hesabları əsas tutan insan tipinə deyilir. Ölkədə yaradıcılığını məişət problemləri üzərində quran yazıçılar təbəqəsi, ədəbi meşşanizm formalaşıb.

Nəyi və necə oxumaq

Mütaliəyə həvəsi olanlar tez-tez bu sualla qarşılaşırlar. Hər hansı bədii əsərin məzmununu filmə baxmaqla da bilmək olar. Amma film sizə yazmağı öyrətməz. Yazmaq istəyən mütləq oxumalıdır. Məktub, roman, inşa, yaxud status yaz, mütaliən mütləq yazdığında özünü göstərəcək.

воскресенье, 26 января 2014 г.

Türk köşəsindəki təhlükə



Türk köşə yazarlarının zərərli olması barədə bir neçə dəfə müzakirə açılıb. Azsaylı tərəfdarları ilə yanaşı bu fikrin əleyhinə çıxan xeyli adama rastlamışam. Türkiyə mətbuatını oxumadığım üçün mövzunun üstünə getmirdim. Həqiqətin belə olub-olmadığını yoxlamaq üçün müxalifətə yaxın "Cumhuriyet" qəzetinin saytına girdim və heyrətdən ağzım açıq qaldı.

четверг, 23 января 2014 г.

Gey ləyaqəti

2014-ün ilk bloqpostunu bir intihara həsr edəcəyimi düşünməmişdim. Cinsi mənsubiyyəti gey olan vətəndaşımız haqda yazacağımı isə heç təhmin etməzdim. İndiyədək rəhmətə getmiş heç kəs haqda yazı yazmamışam. İnandığım 2 həqiqətə görə:

1. Ölüm haqdır.
2. Ölənlə ölünməz.