18 oktyabr
Müstəqillik günü münasibətilə əfv fərmanı imzaladı. Əfv üçün müraciət edən
nidaçılar azadlıq gözləyirdi. Əslində isə gözlənilən oldu. Siyasətdə ən pessimist proqnoz ən real proqnozdur.
Azərbaycan müxalifət düşərgəsində isə 25 ildir bunu dərk etməyiblər. Mətbuat isə mayak deyil, qazverən rolunu oynayır.
Bu əfv sərəncamı azadlıq müjdəsindən çox siyasəti əyləncəyə qarışdıranların, ildə iki-üç dəfə xaricdə yaxşıca istirahət etməklə müxalifətçilik etməyin mümkünlüyünə inananların dramatik sonu idi.
Azərbaycan müxalifət düşərgəsində isə 25 ildir bunu dərk etməyiblər. Mətbuat isə mayak deyil, qazverən rolunu oynayır.
Bu əfv sərəncamı azadlıq müjdəsindən çox siyasəti əyləncəyə qarışdıranların, ildə iki-üç dəfə xaricdə yaxşıca istirahət etməklə müxalifətçilik etməyin mümkünlüyünə inananların dramatik sonu idi.
Əfvdən öncə
bunu anlamışdılar. “Biz tarix yazırıq” pafosu tezliklə “biz əfv ərizəsi
yazırıq” reallığına çevrildi. İnqilab
ritorikası “optimal yanaşmaq”la əvəz olundu.
Əfv ərizəsi
yazmaqla yazmadan həbsdən çıxmağın elə bir fərqi yoxdur. Hər ikisi ömürdən
gedir. Sadəcə olaraq birinci addım siyasi karyeranın dəfnidir. Nidaçıların
siyasətçi olmaq kimi hədəfləri zatən bəri başdan yox idi. Nə bələdiyyə, nə
parlament seçkilərini düşünürdülər. İstər iqtidar, istər müxalifət partiyaları
tərəfindən qəbul olunan siyasi oyun qaydalarını onlar “party” əyləncəsi,
anarxist fəaliyyət kimi başa düşdülər.
Əfv ərizəsi
yazanları qınayıb, qınamağın da heç bir əhəmiyyəti yoxdur. Qınaqlar və təriflər
tez unudulacaq. Hər kəs çəkiləndən sonra vicdanları ilə baş-baş qalacaqlar. İçəridə
olanlar əlacsızdır. Amma çöldə gəzənlərdən bu dramatik sonun hesabı
soruşulmalıdır.
Böyük həbs
dalğası ilə müxalifət 2011-də də üzləşmişdi. Ancaq aparılan müdafiə kampaniyası
2013-dən sonrakı həbslərlə müqayisəyə gəlməyəcək dərəcə yüksək təşkil edilmişdi.
Siyasi fəalların demək olar əksəriyyəti əfv ərizəsi yazmadan il yarım ərzində
azadlığa çıxdı. Bəs necə oldu uğurlu müdafiə fiaskoya çevrildi?
Kimi bunu
tarixi şəraitə bağlaya bilər. Lakin əsas fərq fəallıqdadır. 2011-2012 müdafiəsi
sırf gənc nəslin əməyi idi. Qocalar həbsdə olduğundan qərarı gənclər verirdi.
Bu gənclik millətçi-qaragüruhçu kütlə deyildi. Yeni təbliğat, virtual müdafiə
metodlarından istifadə edən insanlar idi. Birbaşa hədəfə vururdular. Nəticə
özünü çox gözlətmədi.
Birdən elə
düşüncəyə qapılarsız ki, Leyla Yunusların da böyük rolu olub. Leyla Yunusların
yaxasındakı “Fəxri legion orden”ində 7 il həbs yatan Ruslan Bəşirli ləkəsi var.
Onu təmizləsinlər.
Gənclərin fəallığı
artdıqca qocalar şişdilər. Elə bildilər bu vaxtacan öz kölgələrində yatıblar. Gənc
nəsli isə uzunqulaq bilib sürmək olacaq. 2006-2009 arası şöbə sədrlərindən bir
iclas təşkil etməyi xahiş edə bilməyən partiya liderləri tribuna görüncə 1988-dəki
kimi reallıq hissini itirdilər. 2013-ün əvvəli nidaçıların kütləvi həbsində müəyyən
qədər öz səhvləri olsa da, müdafiə kampaniyasının iflasa uğramasının məsuliyyəti
birbaşa Milli Şuranı yaradan şəxslərin boynundadır.
Partiya
liderləri “həbslər də adiləşib, daha qorxmuruq” dediyi gün siyasi məhbus müdafiəsinin
məğlubiyyət aktı imzalandı. Necə yəni həbslər adiləşib? Həbs adiləşəndə məhkum
da adiləşir. Siyasi məhbus gözünüzdə adiləşibsə, onun küçədəki bomjdan nə fərqi
olacaq.
Arzu
olunmayan partiya üzvlərinə hansı reaksiyanı verirlərsə, eyni reaksiya siyasi məhbus
gənclərə göstərilir. Gənclərin müdafiə təcrübəsi zibil qutusuna atıldı. Məhkəmədən
məhkəməyə gəzinti təşkil etməkdən başqa davamlı heç nə olmadı.
Hakimiyyət
siyasi həbsləri çox zaman siyasi fəaliyyəti bloklamaq üçün həyata keçirir. Bu
zaman təşkilatlanma zəifləsə də, əsas güc məhbus müdafiəsinə verilirdi. 2013 həbslərindən
sonra da bu cür davam etmək olardı. Amma Milli Şura adlı elə bataqlığa gedib
girdilər ki, hər iki istiqamət iflic oldu.
Eldar Namazov
və Rüstəm İbrahimbəyov adlı iki şarlatan bunları istədiyi kimi oyuna saldı.
Ssenari yazıb massovka kimi oynatdılar. Mənasız danışıqlar, “Rüstəm bu gün gələr,
sabah gələr” nağılı ilə aylarla vaxt boşa xərcləndi. Əvəzində kimləri yanlarına
yığdılar? Arxasında onca nəfər apara bilməyən qoca mumiyaları. Həbsdəki gənclər
üzv etməklə aksesura çevirdilər. Əlbəttə Milli Şuranın parçalanmasının, itirilə
boş zamanın hesabını vermək kimi bir istəkləri heç vaxt olmadı. Pozulan
nikahdan sonra olan-qalan ümid də alt-üst oldu.
“88 nəsli”nin
necə idbar bir nəsil olduğunu Müsavatın son başqanlıq seçkisi göstərdi. Nəinki
liderlər, 88-də Azadlıq meydanında dayanan son nəfər siyasətdən təmizlənməyənədək
müxalif siyasətin gələcəyi yoxdur. Özlərindən sonra gələn neçə nəsli siyasi cəhətdən
şikəst etdilər. Ağılları, bacarıqları olmadıqları halda başqalarını “agent”,
“xain” çıxarmaqla su üzündə qaldılar. Nə gözəl ki, gənclik onları dinləmir.
Tüpürüb gedirlər. Halbuki bir loğma tüpürüyünüzə də layiq deyillər.
İçəridə bu qədər
gənc məhbus var ikən, bir də Xədicə müdafiə kultu yaratdılar. Xədicəyə biət edən
müxalifət oldu, tanımayan münafiq. Xədicəyə dayday lazımdırsa, Dövlət
Departamentinə, MKİ-ə nə gəlib. Siz o gəncləri əfv yazmamış içəridən çıxarın.
İşgəncədən yox, laqeydliyinizdən bezib yazırlar o ərizələri.
Müxalifət mətbuatın
verdiyi siyasi ümid isə kor adama işıq vədi kimi bir şeydir. Qəzet redaktorları
bütün günü “Google” başında oturublar ki, hansısa xarici QHT birdən bəyanat verər.
Bunlar da onun Obamanın mövqeyi kimi sırıyarlar.
Pişik balasının əlinə ip yumağı verən kimi
müxalifətin əlinə də Devid Krameri veriblər. Hər çərənləməsini “Vaşinqtondan
hakimiyyətə sanksiya hədəsi” manşeti verməklə siz hər şeydən öncə həbsdə
olanların ümidini məhv etdiniz. Vikipediyada açın baxın, bu “Freedom House” nə olan şeydir. Adi bir
QHT. Hansı ağlı başında hökumət xarici QHT-in bəyanatı ilə siyasətini dəyişər?
Qəzet istədiyini
çap edə bilər. Amma bizdə qəzet mətbuat yox, partiya bülletenidir. Liderlərin
ritorikasına diqqət edin. “Freedom House” belə dedi, “Amnesty İntenational” o
boyda bəyanat verdi. Yaxşı bəs siz nə etmisiz? – sualına tək cavabları var: həbslər
adiləşib, biz daha qorxmuruq.
İlham Əliyev
sübut etdi ki, onun üçün atasından böyük avtoritet yoxdur. Qərbin hakimiyyətə
qorxunc təzyiqləri haqda mətbuatda yazılanlar cəfəngiyatdır. İstədiyi şəxsi,
istədiyi vaxt azadlığa buraxmaq onun müstəsna səlahiyyətidir.
Əliyev bir
çıxışında onunla görüşən xarici diplomatların siyasi həbs məsələsinə ümumiyyətlə
toxunmadığını deyərək, müxalifətin gözünü açmağa çalışdı. Ancaq Hillari xalanın
uşaqları başa düşmək istəmədilər. Qərbin siması ölümünə döyülmüş jurnalist
İdrak Abbasovu ələ salan Hillari xalanın simasıdır. 2 il öncə bu hadisə baş verəndə
Qərbə həddini bildirmək əvəzinə tənqid yazan köşə yazarının yazısını senzuraladılar.
Bu qafaya sahib olan adamlar siyasi məhbus müdafiəsi təşkil edə bilərmi?!
Ağzını Qərbə,
dalını Rusiyaya tutub “Rusiya dağılacaq!” röyası ilə yaşayan şəxslər başa düşməlidir
ki, Qərbdən siyasi məhbusların azadlığını gözləmək üçün ən uyğunsuz vaxtdır.
İrana, Rusiyaya sanksiyalar tətbiq etməklə Qərb öz əl-qolunı bağladı. Dəyərlərini
sataraq riyakarlığa yuvarlandı. Şimal buzlu okeanından Fars körfəzinəcən daş
divar uzanır. O divarda pəncərə boyda Azərbaycan adlı yer qalıb. Asiyaya keçmək
istəyən oradan keçməlidir. Qərb bu dəfə İlham Əliyevə möhtacdır.
Əfv yazıb,
Ərafda növbəsini gözləyən gənclər isə aldanmış kəvakiblər oldular. Onların
siyasətdə iştirakı ulduzların hərəkətini nəzərə almadan Şah Abbasın xalqını dəyişməyə
çalışan Yusif Sərracın sonu kimi oldu.

Комментариев нет:
Отправить комментарий