Başlanğıc...

Paz-zollayaninin köşəsi

понедельник, 31 декабря 2012 г.

Keçid Yolkası


Mən və məndən aşağı yuxarı 3 yaş fərqi olanlar keçid dövrünün uşaqlarıdır. Biz Yeni il yaxud "Yolka bayramı" adlanan hadisəni bütün parıltısı və sönülklüyü ilə yaşamışıq. Məktəbə gedəndə meydan hərəkatı başladı. Əlifba bayramı qeyd edəndə "Qanlı yanvar".

Hacı şarlatanlar


Elşad Abdullayevin son videosu Parisi partladan bomba kimi düşdü. Ədalətin təminatçısı olacaq hakimin reyket-quldur rejimin bir zəngi ilə onlarla adamın taleyini məhv etdiyini öz ağzından eşitdik. Amma videoda bir məqam diqqət çəkdi. Elşadın hakimə tez-tez "Hacı, qardaşımı qaytar" deməsi. Cani hakim həm də hacı imiş.

"Spasibo İлХАМ"


Hər dəfə saxtakarın, rüşvətxorun bayraq sevgisini görəndə nədənsə yadıma "Spasibo" filmi düşür. Daha dəqiq filmdə çükünü sallaya-sallaya üçrəngli yorğan altından çıxan çılpaq uşaq. Aktyor Nicat Kazımovun baş rolda oynadığı "Spasibo" filmi 1998-ci ildə çəkilib. Zamanında film diqqət çəkməmişdi. Çünki bugünləri hələ yaşamamışdıq.

Pavlik Morozov bağışla bizi


İnqilab haradan başlayır? Üsyanlardan, aksiyadan, mitinqdən, ya bir nəfərin qətlindən. Bunların hamısı var. Ancaq inqilab öncə oğulların atalara üsyanından başlayır. Oğulun ataya "Sən getməlisən!", "Dəyişməlisən!" sualını vermədiyi evdə və minlərlə evdən ibarət o ölkədə inqilab olmaz, ola bilməz. Olsa-olsa inqilabın parodiyası olar.

пятница, 28 декабря 2012 г.

Nə günə Qaldın Tural

İnsanlar var ki, bir ömür yaşayır, özünü tapa bilmir. Nə istədiyi peşədə işləyir, nə bacardığı. Varlı olur, cəmiyyətdə siması olmur. Gənc vaxtlarının miskin xatirələrilə ömrünün sonun sayır.

суббота, 24 ноября 2012 г.

Rafiq Tağıdan sonra

Yazıçı, jurnalist Rafiq Tağının ölümündən 1 il keçir. Gecə qaranlığında bıçaqlanan, amma sağ qalan Rafiq Tağınının həyatı xəstəxanada bitirildi. Cinayətin üstü hələ də açılmamış qalır. Elmar Hüseynovun qətli kimi.

 Bəs bu 1 ildə nələr dəyişdi? Yadınızdadırsa jurnalist Elmar Hüseynovun qətli böyük şok yaratmışdı. Yerli və beynəlxalq ictimaiyyət hərəkətə gəlsə də, jurnalistikada əks-effekt yaratdı.

вторник, 30 октября 2012 г.

Bir yerdə durmamaq yaxşıdırsa...

Yenə ara qarışıb, məzhəb itib. Söhbət son günlər mətbuatda qızışan Fazil Mustafa cəbhəsinə qarşı Zamin Hacı, Şahvələd Çobanoğlu, Elnur Astanbəyli polemikasından gedir. Malı mala qatmanın səbəbini hələ də anlamış deyiləm. Vətəndaşın düşməni rejim, sistemdirsə, fərdlə niyə mübarizə aparılır?

пятница, 19 октября 2012 г.

Müstəqillik - dərk edilməmiş zərurət


18 oktyabr "Müstəqillik günü" facebookda bu mövzuda xeyli fikir, təbrik yazılsa da, bu günlə bağlı bir cümlə də yazmadım. Gün boyu aktiv olsam da. İlham Əliyevdən fərqli olaraq mən bu günə nifrət etmirəm. Tarixi atamın xidmətlərindən ibarət təqvim kimi görmürəm. Ancaq bir reallıq məni susmağa vadar etdi. Müstəqilliyi dərk etməyən beyinlərə onu xatırlatmağa nə lüzum?!

воскресенье, 16 сентября 2012 г.

Milli çuval

14 sentyabr tarixində YAP və müxalifət partiyaları arasında Avropa Parlamentinin mayor Ramil Səfərovla bağlı çıxardığı qətnaməyə qarşı etiraz bəyanatı imzalandı. Bəyanatın YAP qərargahında, Heydər Əliyev portreti altında, Əli Əhmədovun stol başında oturaraq imzalanması detallarını bir kənara qoyuram. İmzalar Müsavat qərargahında, Rəsulzadə portreti, İsa Qəmbərin spikerliyi altında da atıla bilərdi. Təbii bu zaman simvolların qıcıq yaratdığı söz sahiblərinin əks-arqumentləri maraqlı olacaqdı.

среда, 5 сентября 2012 г.

Qənirə - özünəqayıdış hekayəsi

Azərbaycan gəncliyinin beynində bir kabus dolaşır. Qənirə Paşayeva kabusu. Minlərlə qız ona heyran olur, həyat yolunu keçmək istəyir. Bir sözlə böyüyəndə Qənirə olmaq istəyir. Məktəb qurtarmamış qızların, oğlanların "Qənirə sevgisi" mənim üçün hər zaman sual olaraq qalıb.

воскресенье, 2 сентября 2012 г.

Sapı özümüzdən olan mayorlar

8 il Macarıstan əsirliyində olan baş leytenat (artıq mayor) Ramil Səfərov Azərbaycana qaytarıldı və təyyarədən düşən kimi əfv edildi. Səfərovu Rembo amerikan əsirlərini azad edən kimi azad etmədilər. Uzun sürən danışıqlar, müqavilə və nəticə. Macar mətbuatının yazdığına görə, Azərbaycan höküməti Macarıstan dövlətinin 3 milyard dollar dəyərində dövlət borcunu (istiqrazlarını) satın alıb.


вторник, 28 августа 2012 г.

Dözəcəksən bala



Tez-tez gənc "vıpendryoj"ların (ruscadır, azəri variantı biədəb səslənir) bu cür iradları ilə rastalaşırsan: "Bu müxalifət tənqidə dözümlü deyil", "tolerant deyillər", "bu müxalifət getməlidir, yerinə başqası gəlməlidir". 20 il iqtidarın hər cür təzyiqinə, alçaldıcı davranışına dözən müxalifətin sizlərə dözüm göstərə bilməməsi absurddur, nankorluqdur. Bu ölkə hələ də Türkmənbaşının tövləsinə, İslam Əkənin tarlasına çevrilməyibsə, səbrlə mübarizə aparıb, ayaqda qalan müxalifətə borcludur.

среда, 22 августа 2012 г.

Bəylər, diqqət!

Son günlər mətbuatın diqqətində olan bir mövzu var. Hakimiyyətin AXCP sədri Əli Kərimlini "zəhərləmək" istəyi. Qısacası "balıq hafiz" kimi tanınan Hafiz Hacıyevin prokurorluğa verdiyi iddia ərizəsi üzrə cinayət işi açılıb. Təbii ki, kimisə tutmurlar. Ancaq gözə kül üfürürlər.

воскресенье, 19 августа 2012 г.

Xalqımın Pussy dərdi

Bir neçə gündür facebookda ard-arda "Pusssy Riot" qrupunun həbs olunmuş üzvlərinin fotoları paylaşılır. Xüsusilə gənc aktivistlərin profillərində. Əvvəlcə "Pussy Riot" qrupu haqqında qısaca məlumat verim. Feminist pank-rok qrupudur. Siyasi mesaj daşıyan qeyri-adi aksiyalar keçirir, müxtəlif dövlət binalarının yaxınlığında çıxış edirlər.


суббота, 18 августа 2012 г.

Boş təşəbbüslər

İctimai sektor deyilən anlayışın 2009-ci ilin aprelindən var olduğunu saymaq olar. Bura təkcə QHT-lər yox, gənclər hərəkatı, siyasi partiya üzvü gənclik, hüquq müdafiəçiləri, jurnalistlər daxil etmək olar. Bir sözlə demokratik dəyişiklik tərəfində olan və qarşılıqlı münasibəti olan hər kəsi. Təşkilat sədrindən fotoqrafınacan.

Bəs niyə 4 il fəaliyyəti olan orqanizm ölkədə hələ də demokratik dəyişikliyə nail ola bilməyib?

вторник, 14 августа 2012 г.

Müxalif qənirələr


Facebook bir neçə gündür Qənirə Paşayevanın Somaliyə yardımsevərlik səfərini müzakirə edir. Somali səfərində Qənirəni dolayanlar ona uğur ilahəsi kimi baxanlardan qat-qat çox oldu. Bütün bu məzhəkəni izləyib "Axır ki, bu saxta vətənpərvərin maskası yırtıldı" - dedim. Əvvəllər Qənirəyə şəkk gətirməyə cəsarət edənlər çətin tapılırdı. Necə olmasa da, Qarabağ, "erməni genosidi", türk dünyası mövzuları tabudur. Hər oğulun işi deyil, qalxıb ifşa etsin və minlərlə adamı öz düşməninə çevirsin.

понедельник, 13 августа 2012 г.

Sevinəkmi, sevinməyəkmi?

Olimpiada boyu bir polemika dildən düşmür. Qazanılan medallara sevinəkmi, sevinməyəkmi? Vətənşüvənlərin yaxud ölkəsinin siyasi həyatı ilə qətiyyən maraqlanmayanların mövqeyi belədir ki, istənilən qələbəyə sevinməliyik. Lap ekranın küncündə Azərbaycan bayrağının görünməsinə də. Əks tərəf, xüsusilə köşə yazarları düşünür ki, korrupsiya pullarına qazanılan qələbəyə sevinmək lazım deyil.

четверг, 2 августа 2012 г.

Demokratik mədhnamə

Dünən Milli Kino Günü münasibətilə rejissor Rüstəm İbarəhimbəyova ünvanlanan təbrik məktubunu oxuyanda donub qaldım. Bir an "Ya Rəbb, bunu demokratik düşərgədə yaşayan insanlarmı yazıb?" - dedim.

вторник, 31 июля 2012 г.

Ay da, Eynulla, ay da...

Son günlər Eynulla Fətullayev və anti-eynullaçılar arasında gedən münaqişəni ironiya hissi ilə izləyirəm. Təkcə Eynulla ifşa olunmur, ittiham edənlərin də maskası düşür. Bir zamanlar onu  müdafiə edənlərin onun haqqında yazdığı yazıları oxuyanda üzümdə istezalı gülüş yarandı. Uşaqlıqda çox baxdığım "Günahsız Abdulla" teletamaşasını xatırladım. Abdulla adlı gənc  şərlənərək 10 il həbsə məhkum olunur. O,  həbsdə olarkən malı, şəxsiyyəti ilə başqaları qidalanır. Həbsdən çıxanda sakit yaşamaq əvəzinə qatil olur, faciəvi insana çevrilir. Tək insanın deyil, cəmiyyətin faciəsi yaşanır.

воскресенье, 29 июля 2012 г.

Müsəlman və idman

Yenə də Olimpiada mövzusuna qayıdacam. Açılış mərasiminə. Səhnələrdən sonra komandaların keçidini həvəslə izlədim. Dünya nəhənglərindən cırtdan ada ölkələrinə kimi yer kürəsi arenada idi. Hər bir ölkə fərqli geyimdə, fərqli dəri rəngində.

суббота, 28 июля 2012 г.

Olimpiada insan deməkdir

Dünən London Olimpiadasının açılışını izlədim. Pekin Olimpiadasının açılış mərasimi ilə London arasında böyük fərq vardı. Fərq təkcə senaridə, dekorasiyada deyildi. İnsan təfəkküründə, dövlətin insanı necə görməsində idi.

пятница, 13 июля 2012 г.

Susmaq məhvə bərabər

Təxminən bir ay əvvəl iki şəxsin həbsinə şahid olduq. Biri jurnalist Mehman Hüseynov, digəri Müsavat partiyasının üzvü Sakit Əmirəliyev. Hər ikisi gənc, hər ikisi insan haqları tərəfdarı. Biri fotoları, digəri cismi ilə mübarizə aparırdı. Hər ikisinin arzusu demokratik Azərbaycandır.

суббота, 23 июня 2012 г.

İlham Əliyevdən tvit”quş”lar

Twitterdə günümü keçirməsəm də, informasiya ötürmək, hərdən oxumaq üçün sıx-sıx istifadə edirəm. Bu dəfə də daxil oldum. Gözümə İlham Əliyevin adına yaradılmış twitter profili (@azpresident) dəydi. Maraq üçün profilə tıkladım.

пятница, 15 июня 2012 г.

среда, 6 июня 2012 г.

Siyasi Y(L)oxluq


Hillari Klinton bu həftə Qafqaza səfər etdi. Ermənistana, Gürcüstana getdi. Gürcüstanda müxalifətlə də görüşdü. Ya bizdə? İki il əvvəl də burda idi. İki il sonrakı səfəri ilə indikinin arasında zərrə qədər fərq yoxdur. Daha bərbad desək yanılmarıq. Keçən səfər heç olmasa bir dəstə gənci adam yerinə qoymuşdu.

вторник, 29 мая 2012 г.

Loren olmaq...

Keçən həftənin müzakirə edilən ən böyük mövzusu “Eurovision” oldu. Azərbaycanlılar üçün isə Loren. Loren təkcə final gecəsi qalib olmadı. Qələbəni öncə bizlərin ürəyində qazandı. O kəslərin ki, qəlbləri saxtalaşmayıb, beyinləri manqurtlaşmayıb.

четверг, 10 мая 2012 г.

Heydər Əliyev olmasaydı...


Heydər Əliyev olmasaydı... Məktəb vaxtı, Əliyevin hakimiyyətə  gəldiyi ilk illərdə tez-tez bu arqumentlə qarşılaşırdım. “Heydər Əliyev olmasaydı, biz olmazdıq. Hamımızı dənizə tökərdilər”. Nə bilim, qiyamət vaxtından əvvəl qopardı. Uşaq olsam da, bu deyilənlər mənə acizlik kimi gəlirdi. Necə yəni Heydər Əliyev olmasaydı biz olmazdıq? Fiziki olaraq bizi dünyaya gətirən ata-anamız var. Kökümüzü qoyan əcdadlarımız var. Düzdür, Heydərin heykəllərini nəvəsinə göstərib “bu babadır” deyən nənələrin cavanlığına indi də bir qədər şübhə ilə baxıram.

пятница, 4 мая 2012 г.

Yazzıq Əmrah

Son zamanlar Türkiyədən gələn mədəniyyətin azərbaycanlıların zövqünü korladığı, təhsilini əlindən aldığı, kitab oxumağı tərkitdiyi haqda geniş müzakirə gedir. Bu mövzuda yazılan yazılar, şərhlər birinci deyil, uzun illərin söhbətidir. Nəticə də belədir: “Biz Türkiyənin yaxşı tərəflərini götürüb, pis tərəflərini kənara atmalıyıq” Doğrusu, bu fikir “Avropanın yaxşı cəhətlərini götürüb, pis cəhətlərindən imtina etməliyik” devizi kimi söz çərənçiliyidir.

вторник, 1 мая 2012 г.

Unudulan fəhlə


1 May - Türkiyə

Bugün 1 maydır. Sovet tərzi ilə desək “Dünya zəhməkeşlərinin günü”. Həqiqətdə fəhlənin günüdür. Qara fəhlənin. Hansı ölkə olur-olsun onun rəngi qaradır. Azərbaycanda isə fəhlə tamamən rəngsizdir. Bir ruh kimi. Sanki yoxdur. Onu birləşdirən, müdafiə edən heç nə yoxdur.

вторник, 24 апреля 2012 г.

Sadə oğlanam, sadə saat taxıram mən

Sadə saatlı sadə oğlan İlham Əliyev



Bloqqer Vəfa Cəfərovanın hazırladığı və “Azadlıq” qəzetinin tirajladığı “İlham Əliyevin saatı neçə(yə)dir?” məqaləsinə bugün Prezident Aparatının mətbuat xidmətindən reaksiya gəlib: “Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab Prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir”

Açıqlamada təkcə İlham Əliyevin sadə oğlan olmasına işarə etmirlər, həm də “Azadlıq” qəzetini 3 gün içində təkzib verməsələr, məhkəməyə verməklə hədələyirlər. Hədələnən ancaq “Azadlıq” qəzetidir. Çünki bu ölkədə “İlham Əliyevin pulunu saymağa cəsarət edən” tək qəzet də elə “Azadlıq”dır.

пятница, 13 апреля 2012 г.

суббота, 7 апреля 2012 г.

Gəl!!!


Sabah 8 apreldir. Sabah mitinqdir. Bu dəfə qarlı yox, günəşli gündür.  Yenə həmin yer, həmin sahə - 20ci sahə. Çox insan orda olacaq. Çoxumuzun isə xəbəri yoxdur. Olmalıyıq. Xəbəri olmayanları çağırmalıyıq. İstirahət günümüzü dörd divar arasında çürütməkdənsə, insan selinə qatılmalıyıq.

Bax, o zaman tək olmadığımızı dərk edəcəyik.
Bax, o zaman müqavimət üçün bir nəfərin yox, minlərin var olduğunu görəcəyik.
Təkcə dayanıb baxmayacayıq. Qəlbimizin səsini eşidəcəyik. Vicdanımızı titrədəcəyik.

четверг, 5 апреля 2012 г.

Ölən insan deyil, insanlıqdır

Bugün İsrail mətbuatından bir xəbər oxudum. Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru fələstinlilərin 2009-da İsrailin keçirdiyi “Ərimiş qurğuşun” hərbi əməliyyat ilə bağlı şikayətini rədd edib. Şikayət insanlığa qarşı cinayətin araşdırılması xahişi idi. Baş prokuror: “Hal-hazırda Fələstin ancaq müşahidəçidir. BMT-in tam hüquqlu üzvü olan dövlət deyil.” 

Bu cümlələri oxuyanda “insanlıq öldümü?” sualını vermədim. İnsanlıq ölmüşdür! qərarını verdim. Kimin əlində can vermişdir?

суббота, 31 марта 2012 г.

Miskin Kral


 

     DIN Quba hadisələri ilə bağlı məlumatını yaydı. Nazirliyin mətbuat katibi köşə yazarı olsaydı, başlığı belə qoyardı: “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı”. Yenə də günahkar xalq, cinayətkar jurnalistlərdir. Keçmiş icra başçısı Rauf Həbibov isə qanun qarşısında İlham Əliyevin neft sürtdüyü yanağından daha təmizdir. “Hakimiyyətdən ədalət gözləməyin” – deyənlərə bu hakimiyyətin öz ədaləti var demək lazım. Quldur ədaləti, quldur əxlaqı. Quldur əxlaqında onun taladığı halal, bu işi rahat icra etməkdə mane olan cinayət sahibidir.

четверг, 22 марта 2012 г.

Qaçqın Budda

Bayramda dost, tanışı yada salarlar. Mən heç vaxt dostum olmayan, ancaq ictimai sektorun yaxşı tanıdığı birisini yad edəcəm. Ağalar Məmmədovu. Bəzilərinin Budda kimi sitayiş etdiyi, digərlərinin nifrət etdiyi, mənim isə “nə ət, nə balıq” saydığım məhsullardan biri idi, Ağalar. Bu adam təxminən iki ay qeybə çəkildi. Nə eşidən vardı, nə müzakirə edən. Taleh Məmmədov demişkən “ictimai seks-tor” onda ayıldı ki, bəs Ağalar sərhədi keçib nəfəsi İsveçdə alıb.

вторник, 20 марта 2012 г.

Danışır gənclik!

17 mart tarixdə adi bir gün idi. Amma Azərbaycan gəncliyinin öz sözünü dediyi gün oldu. Bu günə qədər gənclik çox aksiyalar keçirib. Çox polislə üz-üzə gəlib, şüar səsləndirib. Həbsi gözə alıb, ancaq sınmayıb. “SUS” siqnalı veriblər, amma susmayıb.

четверг, 8 марта 2012 г.

Müqəddəs sabun

Vaxt vardı sabun da dəyərli idi. O da müqəddəs idi. Təhqir üçün deyil, təbrik üçün hədiyyə edilərdi. Ətri gül tək qoxlanardı. Üz qabığı qadın dərisi kimi əzizlənərdi. SSRİ-nin “defisit erası”nı yaşayanlar, məktəb illərini meydan hərəkatında yaşayanlar, ekranda cizgi filmini müharibə səhnələrinə çevirənlər bilərlər. Sabunun 8 mart günü necə qiymətli hədiyyə olduğunu. Sovetlər məkanında yaxşı ətir tapılmaz lüks idi. Pul vardı, mal yox. Bu səbəbdən qadınlarımıza ətirli sabunlar bağışlardıq. Analarımıza, qonşularımıza, ən əsası qadın müəllimələrimizə. Gül də bağışlardıq. Ən çox qərənfil. Birinci sinfə getdiyim ilin 8 martı qərənfil artıq matəm gülünə çevrilmişdi. Yerini nərgizə, mixəkgülünə vermişdi.

суббота, 3 марта 2012 г.

Sürüşən korrupsiya



Bugün Əhmədlidə, General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasında qalan ərazidə sürüşmə baş verib. Bugün deysək bir həftədir gedən prosesdir. Bu zona ikinci Bayıl kimi tanınır. Şəhərdən baxanda Bakı buxtasının o tayında Bayılla üzbəüz baxır. Sovet vaxtından sürüşmə zonası kimi tanınan bu ərazi sakit bir yer bilinsə də, Azərbaycan hökümətinin korrupsiya iştahı orada xariqələr yaratdı. Əvvəlcə satılmamış torpaq, sonra isə satılmamış hava məkanı qalmadı. Necə yəni hava məkanı? İzah edəcəm.

четверг, 1 марта 2012 г.

Nə üçün Quba?


Bugün neçə insan bu sualı özünə verib. Regionlarda məmur özbaşnalığına qarşı mütəmadi aksiyalar olur. Bu aksiyalar əks-səda gətirsə də, heç vaxt 1 mart-Quba üsyanı səviyyəsinə gəlib çata bilməyib. Təkrarlansa da polis müqavimətini qıra bilməyib. Quba tək rayondur ki, bunu bacardı. Müxalifətn 2003 16 oktyabr aksiyasını geridə qoyacaq bir addım atıldı. İcra başçısını evi oda verildi. Polis müqavimət qarşısında həbs etdiklərini də buraxdı.

среда, 29 февраля 2012 г.

Ya şəbəkləşəcəksən, ya da...


İnternetdə xəbər yayıldı ki, Bakcell YAP-a üzvlərinə korporativ danışıq paketi təklif edib. Bu xəbər xeyli çaxnaşma yaratdı. Doğrusu, təşkilatın adı yap deyil, başqa bir şey olsaydı, xəbər heç kəsin kefinə dəyməzdi. Standart reklam paketi kimi qəbul olunardı. Mənim münasibətim necədir? Gözəl təklifdir. Elə fürsət oldu ki, sözlə dosta, partiyadaşa sözdə dediyimi burda yazım.

Hər zaman deyirəm. Şəbəkələşmək lazımdır. Təkcə internetdə yox, həm də iqtisadi tellərlə şəbəkələşmək. Kapitalistin ancaq maddi marağı var. Siyasətçinin, aktivisitin idealist arzuları. Siyasətdə bu ikisi birləşmədisə, heç vaxt praqmatik siyasətdən və real nəticədən danışmağa dəyməz. Problem təkcə rejim basqısı deyil axı. İş problemi var, jurnalistin buraxdığı qəzetin az tirajla satılması problemi var. Bir gündə hərəkat üzvü olan, partiya vəsiqəsi alan adamların illər boyu bir-birini itirməsi reallığı var. Nədən belə olsun? Niyə bu qədər çətinliklə qazandığımız adamları bu qədər asan itirək?

понедельник, 27 февраля 2012 г.

Kimdir Vətəndaş? Kimdir Koroğlu?

Koroğlunun heykəlinin açılışında İlham Əliyevin etdiyi çıxışdan yəqin ki, xəbərdarsınız. Sıradan çıxışlar seriyasından olan bu nitq “Koroğlu gözəl vətəndaş olub” cümləsilə gündəmin mövzusuna çevrildi. Hadisənin ironiyası heç də Koroğlu dövründə “vətəndaş” anlayışının olub-olmamasında deyil. Məsələ “vətəndaş” adına kimin nümunə göstərilməsində idi…

воскресенье, 26 февраля 2012 г.

El qızının Xocalı faciəsi

          Xocalı, 20 yanvar təkcə AZTV-nin təbliğat malı deyil, o həm də qızlarımızın ilham mənbəyidir. Belə gunlərdə susan ağızlar gül açar, avtoritarizm qarşısında qurumuş boğazlardan yağı düşmən üzərinə sel axar. Allı-güllü profilli qızlarımızın facebook avatarı qara geyinər, fotodakı qərənfillərdən qan damcılayar. 


вторник, 7 февраля 2012 г.

Əsrimizin Neandertalı

“Əsrimizin Neandertal”ı Siyavuş Novruzov Ziyalılar Forumuna münasibət bildirib. Münasibət desək mədəni çıxar, ağzının suyunu axıdıb. İttihamlar edib, bir sözlə məntiq qanunlarını alt-üst edib. Əgər öz gözündə tir görməyib, başqasını gözündə çöp axtaran birisi sual ünvanlayırsa, ona ən yaxşı cavab elə veriləcək sualdır.

вторник, 31 января 2012 г.

Yaltaqliq edebiyyati


Yenə günlərdən qiymətlisi. M.Ə.Rəsulzadənin doğum günü. Qiymətli olan odur ki, bu günlərdə bir araya gəlirik. Millət olduğumuzu, mənən məhv edilmədiyimizi anlayırıq. Başı qapazlı bir heç olduğumuz halda Şərqdə ilk demokratik respublikanın yaradıcı olan bir şəxsə sahib olduğumuzun fərqinə varırıq. Belə günlər 28 mayda, Elçibəyin doğum günündə təkrarlanır.

четверг, 19 января 2012 г.

Yeni dünyanın qızıl faktoru

Bir neçə gün əvvəl  ABŞ Dövlət Departamenti Myanma (Birma) ilə diplomatik münasibətlərin bərpasına qərar verdi. Yeni təyinən olunan səfir ABŞ-ın 1990-cı ildən bu tərəfə Myanmada ilk fövqalədə və səlahiyyətli səfiri olacaq. Myanma höküməti isə əks addım olaraq demokratikləşmə cəhdləri edib. Beləki, son ayda 230 siyasi məhbus azad olunub. Bu siyahıya müxalifət liderləri və “88 nəsli” kimi tanına dissidentlər daxildir. Bundan başqa minlərlə məhbus azad edilib.

Myanma 25 ilə yaxın hərbi xunta tərəfindən idarə olunan, dünyanın ən kasıb ölkələrindən biridir. Cənubi-Şərqi Asiyada yerləşən bu ölkədə hərbçilər cəmi iki il əvvəl siyasi hakimiyyətdən çəkilməyə razılıq veriblər. Ölkədə hələ də onların təsiri qalmaqda davam edir. Sual yarana bilər ki,  nə üçün 22 il dünyanın diqqətindən kənar qalan ölkəyə indi bu cür diqqət yaranıb?

воскресенье, 8 января 2012 г.

"Eurovision" Azərbaycana nə verəcək?

2012-ci ilin Azərbaycanına ilk addımları atdıq. Bu il Azərbaycanı gözləyən ən maraqlı hadisənin “Eurovision-2012” musiqi yarışması olacağını söyləyə bilərik. Ancaq baxaq Avropada populyar olan bu yarışma harada keçirilir?

вторник, 3 января 2012 г.

Cəllada jest

Ziya Bünyadov
Vərdiş etmişik hakimiyyətin bizə hər gün şok yaşatmasına. Bu dəfə demokratik düşərgənin üzvləri bizə şok yaşatdı. Belə deyim ki, hakimiyyət də şokdadır. Sevincindən bəlkə də frustrasiyadadır. Aparatdakı killərlər heç  zaman olmadığı kimi rahatlamışlar. Bəyanata imza atan intelligentlərin şərəfinə badə qaldırırlar.

Söhbət Rafiq Tağının ölümü ilə bağlı qafqazinfoda dərc edilən bəyanatdan gedir. Bəyanatın başlığının kompleksdən gələn bir nifrət şüarı olması bir yana, mövzu  ictimai fikri sapdırmağa kifayət edir. 

воскресенье, 1 января 2012 г.

Ordensiz etiraz

Psevdo millətçilərimiz haqqında sizə bir əhvalat danışım. 26 dekabrda Malakan bağı ilə ilə Sahil bağına tərəf gedirdik. Müsavat qərargahında gənc siyasi məhbus Rüfət Hacıbəylinin ad gününü qeyd etməyə. Bir də gördük bir dəstə qoca əlində bayraqlar harasa tələsir. Baxanda anladıq ki, aksiyaya gedirlər. Sarkozinin Bakıdakı “iqamətgahı”na.