Elşad Abdullayevin son videosu Parisi partladan
bomba kimi düşdü. Ədalətin təminatçısı olacaq hakimin reyket-quldur
rejimin bir zəngi ilə onlarla adamın taleyini məhv etdiyini öz ağzından
eşitdik. Amma videoda bir məqam diqqət çəkdi. Elşadın hakimə tez-tez
"Hacı, qardaşımı qaytar" deməsi. Cani hakim həm də hacı imiş.
Azərbaycanlıların Həccə gedib, hacı olub
qayıtması kimi saxtakar təbiət hadisəsi yoxdur. Türkü, pakistanlısı yox,
məhz azərbaycanlı. Taliban talibanlığında mürtəcedir, ancaq mürtəce olduğu qədər
səmimidir. Bizimkilərin hacılığı isə ilahi komediyadır. Tırtıl da metamorfoz
keçirib kəpənəyə çevrilir, gözəlləşir. Dünən iyrəndiyimiz canlı, bugün arzuedilən
olur. Mahiyyət isə tırtıl olaraq qalır. Azərilər də belədir.
Türkiyədə, İndoneziyada o
adamlar Həccə gedib hacı olurlar ki, həyatını ibadətdə keçirir. Ahıl vaxtında
var dövlətindən artıq qalanına ziyarətə gedirlər. Bəs bizdə? Bizdə isə hacı
olma prosesi anekdotdur. Bir də baxırsan ki, ömrünü bazlıqda, fırıldaçılıqda
keçirən kimsə aldı əlinə təsbehi salavat çevirdi. Ertəsi il başında təsək Məkkədən
hacı kimi qayıtdı.
Adamlar xislətlərini dəyişmirlər.
Aktyor tək rollarını dəyişirlər. Bel azca əyilir. Baş aşağı, gözlər yuxarı
qalxır. Səs tonu düşür, müştəbehlik isə artır. Həccə gedib gəlmisənsə, mütləq
"həci stoykası" almalısan. Yoxsa kimə minnət qoya bilərsən. Kimin
gözünə kül üfürərsən.
Allahın hikmətindənmi, taleyin
ironiyasındanmı son ayı "həcilərin ifşası ayı" adlandırmaq olar. Öncə
deputat Gülər Əhmədovanın köməkçisi Əhməd Şahidov Məkkədən həci kimi qayıtdı.
Bu adam Ramiz Mehdiyevin dili ilə desək dələduz Gülərin düz iki il köməkçisi
olub. Kimə vəkillik etdiyini bilə-bilə susurdu. Hətta videonun çıxdığı gün
israrla Gülərin günahsızlığını sübut etməyə çalışırdı. Elə ki, deputat mandatı
getdi, Şahidov aradan itdi. Sual verəndə ki, "Niyə susurdun?" cavab
verib ki, "Deputat köməkçisi idim. Onun öz vəzifələri var". İstər
hacı hakim, istər bu hadisədə bir həqiqət məlum oldu. Vəzifə imandan güclüdür.
Yoxsa bu iman sahibi işlədiyi qəzetdə mitinqdə "Azadlıq!" qışqıran
qızın anası "bar qadını" adlandırıldığı zaman istefasını verərdi.
İkinci ifşa Hacı Allahşükür
Paşazadənin dilindən gəldi. "Mən 33 ildir şeyxülislamam, hələ vicdanın nə
olduğunu bilmirəm". Məncə artıq şərhə ehtiyac yoxdur. Və nəhayət işlədiyi
15 ildə yüzlərlə adamın həyatını məhv edən, sifarişli qərarla milyonları qarət
edən rejim nökəri, "Allaha and olsun" deyən hacı hakim.
Video çıxan axşam belə
fikir paylaşdım: "Elşad Abdullayevin videosuna baxdınızsa, bilin. Həccə
gedib hacı olan hər azərbaycanlının görmədiyimiz bir oğraş üzü vardır".
Ağır sözlərdir, ancaq həqiqətdir. Fikrimə mömin kimi tanıdığım gənclərdən də dəstək
gəldi. Ancaq qaramat "din keşikçiləri" üstümə tökülüşdülər. Özü də
söyüş və təhqirlə. Baxdım ki, əxlaqları küçə fahişəsinin sərhədlərini zorlayır,
söhbəti bitirdim.
Nədir bu əməli saleh əclafları
pozğunluğa vadar edən? Dinmi, imanmı? Xeyr. Gözlərinin qarşısına iman yox,
saqqallı qohumları, təsbeh çevirən ataları gəlir. Onların "qeyrət"ini
çəkirlər. Əclaflıqlarını özləri də yaxşı bilirlər. Əxlaqsız, kafir gördükləri
Əli Əkbər, Seymur Baycanla müqayisədə qat-qat əclafdırlar. Buna görə
"yaxşı hacı, pis hacı" oyunu oynayırlar.
Din qardaşlıqlarını, icmaları elə
də yaxşı tanımıram. Amma siyasətdə, mətbuatda tanıdığım hacılar haqqında deyə
bilərəm ki, yuxarıda yazdığım fikir hamısı üçün məqbuldur. Həci təsəyi altında
hərəsi bir eybini gizlədir. Kimi pozğun həyatını, o biri hakimiyyətdən aldığı
aylıq "haqqı", kimi də KQB keçmişini. İfşa olunandan, xislətlərini
üzlərinə vuranda tək arqumentləri qarşısındakını "kafir",
"imansız" adlandırmaq olur. Bu söz də ancaq özləri kimilərə təsir
edir.
Hacıların bəşər tarixinin qazandığı
ali dəyərlərə xüsusi nifrəti var. Biri vicdan azadlığına nifrət edir, digəri
sekulyarizmə, o biri humanizmə. Çünki bu dəyərlərin hər biri inanclı insanı belə
azad edir. Özü edir. O, imanına, statusuna görə heç kəsin kölgəsində qalmır. Azərbaycanda
hacı statusu olub, camaat arasında avtoriteti, hegemonluğu olmayan isə hacı
deyil. Bu halda azadlığı təcəssüm edən bəşəri dəyərlərə niyə nifrət etməsinlər
ki.
Azərbaycanlılar üçün Kəbə ziyarətgah
deyil, "paltaryuyan maşın"dır. Ömürləri boyu çirkabda üzənlər gedirlər
ora. Yeddi dəfə fırlanıb, tərtəmiz olub çıxırlar. Günah hissi onları təqib
etmirsə, nə üçün belə tələsirlər hacı olmağa? Ömründə bir yetimin başına
dolanmayanlar yeddi dəfə Kəbənin başına dolanmasını cümlə Azərbaycana haray çəkir.
Dünən rahatlıqla üzünə tüpürəcəyimiz adamlar hacı adı ilə nur maskası taxırlar.
Hətta bəziləri qayıdandan sonra daha da azğınlaşır. Rüşvəti könül rahatlığı ilə
alır. Yalanı hədislə, imanla satır.
Toyda içki içməsin deyə qonağının
başı üstünü kəsdirən, "çayı tünd elə" parolu ilə çaynik lüləyindən
çaxır içənlər. İşçisinin maaşını kəsib, yeddi dəfə hacı olanlar. Camaata
"qul haqqını yemə!" ayələri oxuyub, illərlə seçici haqqı üzərində
oturan hacı madərlər deyilmi bunların sifəti?!
Çarələri olsa biznes kimi həyatımızı
da monopoliyaya alarlar bu hacı şarlatanlar. Hətta BDU da belə dövlət puluna
hacıturlar təşkil edilir. Bir də görürdün il boyu rüşvət yığan, YAP üzvlüyü
planı dolduran həmkarlar üzvü gedib olub həci. Bu da həci komediya. Qiyamət
günü Hacı Möhsün də qurtramayacaq bunların abrını. Zülmə susmadığı üçün ancaq
öz üzü ağ olacaq.
Hələ ki, bu hacıların cəmiyyət
içində azmaz ağırlığı var. Amma duman dağılır. İnsanlar təsəyin altında kimlərin
gizləndiyini görür. 5 il sonra ən hörmətli siyasətçi Həccə getməyən, ən
etibarlı jurnalist hacı olmayan bəndə olacaq. Hə, yaddan çıxmamışkən "Ziyarətin
qəbul olsun, Hacı Şarlatan".
Kultura.az 24.11.1012

Комментариев нет:
Отправить комментарий