Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 30 октября 2011 г.

Kimdir Spartak?!


Oktyabrın 28-də “Xural” qəzetinin baş redaktoru  Əvəz Zeynallı həbs olundu. Əslində gözlənilən hadisə idi. 3 ay ərzində gedən bir döyüşün, iradələr mübarizəsinin sonu idi bu. Son da demək olmaz. Bir sonun başlanğıcı. Bizlər yox, kölə ağalarının sonu.

Amma necə başladı bu son? Sonuncu rəzilliyi nümayiş etdirməklə. Əvəz Zeynallı Ramiz Mehdiyevlərin, İlham Əliyevlərin qarşısında Qoliaf qarşısında duran David kimi mübarizə aparırdı. Kiçik də olsa sınmadan, bir şəxsiyyət nümunəsi verərək.

среда, 26 октября 2011 г.

Qəddafilə sevişənlər

Qəddafi ölsə də, ölüm səhnələri yayılsa da, ətrafında gedən polemika hələ bitməyib. Bitməməlidir. Qəddafi dünən öldü, amma belə ölümü öz diktatoruna arzulayan neçə-neçə xalq yaşayır. Neçə tiranı parça-parça edilmək aqibəti gözləyir.

суббота, 22 октября 2011 г.

Bu da son

Bu da son. Yaxın Şərqin və bütün Ərəb dünyasının ən eksravaqant diktatoru gəbərdi. Qəddafi üçün gəbərdi deyirəm, çünki Allah ona nə öz əcəli vəfat verdi, nə də bir gülləlik ölüm. Səddam kimi məhkəmədə müdafiə haqqı da olmadı.

Çoxları onu sevirdi. Qul itaətilə. Nökərin ağasını sevdiyi kimi, fahişənin ilk sevgilisini xatırladığı kimi. Dərk etmədən, içində gizlənən heyvanı fərq etmədən yüz minlər rok ulduz kimi sitayiş edirdi ona.

воскресенье, 9 октября 2011 г.

Əsrə bərabər Müsavat

7 oktyabrda Müsavat Partiyasının mərkəzi qərargahında Almaniyanın Fridrix Naumann Fondunun təşkilatçılığı ilə keçirilən "Müsavat Partiyası - 100 il azadlıq və istiqlal uğrunda mübarizədə" forumu keçirilib. Azərbaycanın milli məfkurəyə əsaslanan ilk partiyasının yaranmasının düz 100 ili tamam olur. Nə az, nə çox bir əsr. Təkcə qürur duyacağımız yox, müsəlman dünyasına lovğalıq edəcəyimiz bir tarixdir.