Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 9 октября 2011 г.

Əsrə bərabər Müsavat

7 oktyabrda Müsavat Partiyasının mərkəzi qərargahında Almaniyanın Fridrix Naumann Fondunun təşkilatçılığı ilə keçirilən "Müsavat Partiyası - 100 il azadlıq və istiqlal uğrunda mübarizədə" forumu keçirilib. Azərbaycanın milli məfkurəyə əsaslanan ilk partiyasının yaranmasının düz 100 ili tamam olur. Nə az, nə çox bir əsr. Təkcə qürur duyacağımız yox, müsəlman dünyasına lovğalıq edəcəyimiz bir tarixdir.
Ərəbin bədəvi çadırında, farsın qəlyan dəmdəsgahında yatdığı bir tarixdə yaratmışıq bu partiyanı. Öz ideologiyası, bayrağı, simvolikası, ən əsası şanlı tarixi olan partiya.

Ən avtoritar dövlət lideri belə bu tarixi gözdən qoymaz, onu özününküləşdirməyə çalışardı. Bizim hakimiyyət nə etdi? Xarici qonaqlarla görüş keçiriləcək “Ambassador” otelə təzyiq edib, görüş yerini ləğv etdirdi. Bununla yubileyin qarşısımı alındı? Əlbəttə ki, yox. Müsavatçılıq əqidəsi tolkuçka toçkası deyil ki, hakimiyyət öz beyni ilə orda monopoliya qursun.

 Əslində bu hərəkətlə daxildən çox xaricilərə ciddi mesaj verildi: ”Biz 100 illik tariximizi alçaldacaq qədər rəzilik, lazım gələrsə bütün dünyada özümüzü rüsvay edərik. Bir neçə saatlıq tədbiri gözümüz götürməyəcək qədər kölə xislətliyik” Xarici qonaqlar mesajı aldı və tüpürdülər.


Hadisəyə PA məmuru Əli Həsənovun münasibəti: ”Əvvəla, Müsavat Partiyasının 100 illik yubileyi böyük və ciddi hadisə deyil. Bu, adi bir partiyanın yaranma tarixi, yubileyidir. Partiyanın yubileyi isə dövlət səviyyəsində qeyd oluna bilməz."

Nə deyəsən. Əsl qapan çəkən təfəkkürü. Müsavatçılıq soğan kisəsi deyil ki, onu qapana qoyub çəkəsən və Əli Həsənov da ondan bildiyi kimi nəticə çıxarsın. Müsavatçılıq ideyası, dünənli-bugünlü minlərlə əqidəli müsavatçının şanlı mübarizə tarixi qapançı təfəkkürünə sığacaq bir dəyər deyil. O, yalnız ürəkdə yaşadılır, qanda cuşə gəlir.

Əli Həsənovu qınamıram. O, bir yapçı kimi maddi olmayan, pula satılmayan heç nəyə qiymət vermir. Xatirinizdədirsə, bir müsahibəsində interneti sərbəst gəzən pişiyə bənzətmişdi. Şəxsən deyim ki, məhləmizin heç bir pişiyi Əli Həsənovun qapanında çəkilməyi öz mənliyinə sığdırmaz. İnternet də varlığı olan, amma əllə tutula bilməyən məfhumdur. Çəkisi yox, qorxusu çox.

Fikir vermisizsə, yapçılar 1969-dan öncə mövcud olan Azərbaycan tarixinə nifrət edirlər. Cumhuriyyətin yaradılması qeyd edilir, ondan 5 il sonra doğulan adamdan danışılır. Cumhuriyyət ordusu yaranma günü bayram edilir, H.Əliyevin ordunu yaratması haqda mif uydurulur. Çünki 1969-dan sonra onların sima(vəzifə) qazanma tarixi başlayır. 1969-dan əvvəlki tarixdə onlar MK katibi, raykom sədri, deputat yox - dəri alverçisi, qapançı, anbar işçisidirlər. Bir sözlə indinin vəzifəli nökərləri.


Yaşa əziz “Müsavat”!!! Sən nəinki bir partiya, milyard yarım müsəlmanın içində azərbaycanlıların üzünü ağ edəcək şərəf tarixisən. Rəsulzadəmizin mirasısan. Yazını dili ancaq “pul, pul, pul” deyən rəzillərdən fərqli olaraq, müsəlman Şərqində ilk cumhuryyət qurmuş M.Ə.Rəsulzadənin sözləri ilə bitirmək istəyirəm:

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!..

Комментариев нет:

Отправка комментария