Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 25 сентября 2011 г.

Bəxtiyarın cavab məktubu

Bloq yazıma gələn bu cavab məktubunu gec də olsa yayımlamağa qərar verdim. Təvəzökarlıq kimi ictimaiyyətdən gizli saxlasam da düşündüm ki, gənc siyasi məhbusların aksiyadan-aksiyaya yox, hər gün xatırlanmğa haqqı var. Bəxtiyarın Hacıyevin cavab məktubunu oxuyun.

Salam Ramil,
Məktubunu – yazını bir neçə dəfə diqqətlə oxudum. Çox sağol ki, yazmısan. Bir çox məsələdə sanki ürəyimi oxumusan və ən çox narahat olduğum məsələləri vurğulamısan.
Mən çox riskli bir addım atmışdım. Hakimiyyət həbsimə sifariş üçün məhz hərbi xidmət məsələsini seçəndə bəlkə də düşünürdü ki, mən bu riskin altına girməyəcəm. Çünki, əhalisinin çoxunda həqiqi və vəya yalançı vətənpərvərliyin olduğu bir ölkədə ictimai-siyasi prosseslərə qoşulan heç kim hərbi xidmət məsələsi ilə həbsdə olmaq istəməzdi. Mövcud reallığı dəyişmək, insanların baxışlarını, yanaşmalarını dəyişmək, orduda olan problemlər haqqında açıq danışmaq, ordudan siyasi cəza aparatı kimi istifadə olunmasına etiraz etmək, müqavimət göstərmək çətin idi, riskli idi və cəsarət tələb  edirdi.


Mən bu riskli addımı atanda fikirləşdim ki, cəmiyyət (xüsusi ilə də gənclər) məni anlasalar - lap yaxşı. Bu zaman bu cəmiyyət üçün mübarizə aparmağa dəyər. Yox, anlamasa, o zaman həbsdən çıxanda vicdan rahatlığı ilə “mən əlimdən gələni etdim, ABŞ-dan Azərbaycana qayıtdım, həbs riski olduğu anlarda belə bir addım geri atmadım, gəncliyimin müəyyən hissəsini dörd divar arasında keçirdim” deyə biləcəyimi düşünürəm.
Şadam ki, həbsim bahasına olsa, suallara bir nöqtə qoydum. Ümid edirəm ki, bu həbs bahasına qoyulmuş nöqtə böyük nöqtədir.
“Dostlar, gənc qızların prestijli ər və s.” hissəsinə xeyli gülmüşəm. Amma dediyində həqiqət də var. “Dost dar gündə tanınar” Aydın məsələdir ki, mən həbsdən çıxanda bir cümlə ilə də olsa (tweet, status, məktub və s) dəstək verməyənlərlə, gecəsini-gündüzünü yollarda, müxtəlif görüşlərdə keçirən, yorulmadan, usanmadan mənim azadlığa çıxmağım üçün çalışan şəxsləri eyni tuta bilmərəm.
Məhkum həbsdə olduğu vaxt çox düşünür, çox suallar verir. Şadam ki, mənim dostlarım həmin məhbus jurnalistin (qeyd: Eynulla Fətullayev) verdiyi sual üzərində düşünməyə imkan vermirlər. Öz əməlləri ilə o sualın cavabının “çox yaxında” olacağını deyirlər.

Bir daha sağol hər şeyə görə!
Tezliklə görüşmək ümidi ilə,
məhkum Hacıyev Bəxtiyar.
                         19.08.2011

Комментариев нет:

Отправка комментария