Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 29 января 2014 г.

Meşşanbaycan


Yazıya verdiyim başlıq sizə Azərbaycanı, yaxud yazıçı Seymur Baycanı xatırladacaq. Hər ikisinə aidiyyəti var. Amma bu haqda bir qədər sonra.
 
Azərbaycan informasiya məkanı böyük bir meşşanlıq şəbəkəsini xatırladır. Televiziya meşşan, publisistika meşşan, ədəbiyyat meşşan. Meşşan - böyük çoxluğun həyat tərzinə uyğunlaşaraq, gündəlik qayğıları ilə yaşayan, kiçik hesabları əsas tutan insan tipinə deyilir. Ölkədə yaradıcılığını məişət problemləri üzərində quran yazıçılar təbəqəsi, ədəbi meşşanizm formalaşıb.

Nəyi və necə oxumaq

Mütaliəyə həvəsi olanlar tez-tez bu sualla qarşılaşırlar. Hər hansı bədii əsərin məzmununu filmə baxmaqla da bilmək olar. Amma film sizə yazmağı öyrətməz. Yazmaq istəyən mütləq oxumalıdır. Məktub, roman, inşa, yaxud status yaz, mütaliən mütləq yazdığında özünü göstərəcək.

воскресенье, 26 января 2014 г.

Türk köşəsindəki təhlükə



Türk köşə yazarlarının zərərli olması barədə bir neçə dəfə müzakirə açılıb. Azsaylı tərəfdarları ilə yanaşı bu fikrin əleyhinə çıxan xeyli adama rastlamışam. Türkiyə mətbuatını oxumadığım üçün mövzunun üstünə getmirdim. Həqiqətin belə olub-olmadığını yoxlamaq üçün müxalifətə yaxın "Cumhuriyet" qəzetinin saytına girdim və heyrətdən ağzım açıq qaldı.

четверг, 23 января 2014 г.

Gey ləyaqəti

2014-ün ilk bloqpostunu bir intihara həsr edəcəyimi düşünməmişdim. Cinsi mənsubiyyəti gey olan vətəndaşımız haqda yazacağımı isə heç təhmin etməzdim. İndiyədək rəhmətə getmiş heç kəs haqda yazı yazmamışam. İnandığım 2 həqiqətə görə:

1. Ölüm haqdır.
2. Ölənlə ölünməz.

среда, 15 января 2014 г.

Rus kinosunun manifesti - "Stilyaqi"



Rejissor Vasiliy Todorovskinin çəkdiyi "Stilyaqi" filminə ilk dəfə baxanda, rusların belə film çəkə bilməsi inanılmaz gəlmişdi mənə. Müzikl janrında çəkilən film parlaq səhnələri, rəngli geyimləri, musiqi nömrələri ilə adamı heyran edir. Hollivudun ən yaxşı ənənələrini özündə əks etdirən "Stilyaqi"nin adi müzikllərdən üstün cəhəti var – ideoloji mübarizə və mövcud cəmiyyətə üsyan.