Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 7 апреля 2012 г.

Gəl!!!


Sabah 8 apreldir. Sabah mitinqdir. Bu dəfə qarlı yox, günəşli gündür.  Yenə həmin yer, həmin sahə - 20ci sahə. Çox insan orda olacaq. Çoxumuzun isə xəbəri yoxdur. Olmalıyıq. Xəbəri olmayanları çağırmalıyıq. İstirahət günümüzü dörd divar arasında çürütməkdənsə, insan selinə qatılmalıyıq.

Bax, o zaman tək olmadığımızı dərk edəcəyik.
Bax, o zaman müqavimət üçün bir nəfərin yox, minlərin var olduğunu görəcəyik.
Təkcə dayanıb baxmayacayıq. Qəlbimizin səsini eşidəcəyik. Vicdanımızı titrədəcəyik.

 Çox insan deyir ki, mitinq orda olmamalıydı. Ola bilər. Bir qism deyir ki, icazəli aksiya keçirməklə hökümətin əlinə bəhanə verməməliydik. Ola bilər. Unutmayaq ki, 2003-cü ildə Azadlıq meydanına gedən yol 1998-də Matadromda başladı. Unutmayaq ki, mübarizə apardığımız güc Putin qədər intellekti olan tiran da deyil.
 Neandertallar, qalınqafalıların idarəçiliyin altında yaşayırıq. Belələri tək şeyin qarşısında qorxu hissi keçirir. – Kütlənin. Məhz kütlənin möhtəşəmliyi bunları qorxu altında saxlayır. Xalq naminə geri çəkilməyə məcbur edir. Ölkədən şikayət göndərməklə, Qərb qəzetlərində hər günü yazmaqla siyavuş novruzovlara təsir etmək yersiz görünür.

Mitinqə gəl!
İstirahətə gələn kimi gəl. Dostunu, sevgilini, uşağını gəzdirmək üçün gəl!
Liderlərə inanmırsansa, özünə inanıb gəl!
İnsanlarla danışmağa, gülməyə, vaxt keçirməyə gəl!
Tanış olmağa, sevgili tapmağa gəl, amma gəl!
Gündəlik problemlərdəm ayrılıb, müsbət ruh almağa gəl!
Gələcəyə ümidini itrməmisənsə, bir gün AZAD olacağının ümidi ilə gəl!

Комментариев нет:

Отправка комментария