![]() | |||
| Sadə saatlı sadə oğlan İlham Əliyev |
Bloqqer
Vəfa Cəfərovanın hazırladığı və “Azadlıq” qəzetinin tirajladığı “İlham Əliyevin saatı neçə(yə)dir?” məqaləsinə bugün Prezident Aparatının mətbuat xidmətindən
reaksiya gəlib: “Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən,
adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab Prezident
təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə
üstünlük verir”
Açıqlamada
təkcə İlham Əliyevin sadə oğlan olmasına işarə etmirlər, həm də “Azadlıq” qəzetini
3 gün içində təkzib verməsələr, məhkəməyə verməklə hədələyirlər. Hədələnən
ancaq “Azadlıq” qəzetidir. Çünki bu ölkədə “İlham Əliyevin pulunu saymağa cəsarət
edən” tək qəzet də elə “Azadlıq”dır.
İlham
Əliyevin sadə oğlan olduğunu çox görmüşdük. Amma bunun rəsmi açıqlama ilə təsdiqləndiyini
görməmişdik. Sadə oğlan İlham sadə kostyum geyinir, sadə maşın olan minik
avtobusu sürür, sadə idman növü turnikdə dartınır və nəhayət oğluna Dubayda çox
sadə bir villa alıb. Ən nəhayət sadə(yəni yağsız) xörək yediyini xalqına açıqlayıb.
Çox
gözəl. Yaxşı 800 minlik saat yox, “sadə saat” taxırsa bunu da xalqına
açıqlasın. Fotosunu və saatın xarakteristikalarını yaysınlar. Biz də bilək sadə
oğlanın sadə saatının necə və neçəyə olduğunu?
800 000
dollarlıq saat haqqında təkzib verən PA mətbuat xidməti bir şeydə yanılmayıb.
Saat doğurdan da “sadə konstruksiyalı”dır. 6 parçadan ibarət sadə
konstruksiyalı saatı yığmaq üçün 10 ay vaxt lazım olur. Yəqin bu səbəbdən PA
açıqlamasında saat ancaq “sadə” kimi göstərilib. Açıqlamada nə qiymət var, nə
marka adı.
Bu
arada AZTV də prezidentin saatına sadəlik donu geydirib. Buna fotoşop demirəm.
Xalqa verilən “sadəlik nümunəsi” deyirəm.
Sadə
saat əhvalatından sonra ağla ilk gələn Mübariz Mustafayevin bir zaman oxuduğu
xit - “Sadə qız axtarıram” mahnısı yada düşür. “El oğlu” keçmişdə qaldı.
Sadə oğlanın şərəfinə sadə mahnı dinlənilməli.
Yazı
bəlkə zarafatdır, amma ortada bir ciddi məqamın olduğunu ortaya çıxardı. Bu məlumat
düz 3 gündür internetdə fırlanır. PA-dan
reaksiya verən yox idi. Amma aprelin 24-ü, bugün “Azadlıq” qəzetində çap olunan
kimi münasibət bildirildi.
Artıq
ortada inkar edilməz fakt var. Bir zamanlar Heydər Əliyevin hər gün
“Azadlıq” qəzeti oxuduğu kimi İlham Əliyev də “Azadlıq” oxuyur. Müxalifəti nə qədər
alçaltsa da, rusdilli, ingilisdilli olsa da, o, “Azadlıq” oxuyur.


Комментариев нет:
Отправить комментарий