Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 10 мая 2012 г.

Heydər Əliyev olmasaydı...


Heydər Əliyev olmasaydı... Məktəb vaxtı, Əliyevin hakimiyyətə  gəldiyi ilk illərdə tez-tez bu arqumentlə qarşılaşırdım. “Heydər Əliyev olmasaydı, biz olmazdıq. Hamımızı dənizə tökərdilər”. Nə bilim, qiyamət vaxtından əvvəl qopardı. Uşaq olsam da, bu deyilənlər mənə acizlik kimi gəlirdi. Necə yəni Heydər Əliyev olmasaydı biz olmazdıq? Fiziki olaraq bizi dünyaya gətirən ata-anamız var. Kökümüzü qoyan əcdadlarımız var. Düzdür, Heydərin heykəllərini nəvəsinə göstərib “bu babadır” deyən nənələrin cavanlığına indi də bir qədər şübhə ilə baxıram.

 Heydər Əliyev Con Rembo deyildi ki, erməni ordusunun qarşısına çıxıb hər kəsi biçsin. Heydər Əliyev gəlməmiş 6 rayon bizdə idi. İndi böyümüşük, o rayonlar Heydər gələndə erməniyə keçdiyi kimi, indi də ermənidədir.

Böyüdükcə özümə “Axı, kimdir Heydər?” sualını vermişəm. Mənim də bir babam var idi. Təxminən Heydər Əliyevlə eyni yaşda idilər. Müharibə başlayan kimi, 1941-ci ilin iyulunda cəbhəyə getmişdi. Döyüşlərdə yaralanıb. Xidmət etdiyi alay tamam məhv edilib. Mühasirədən çıxa bilən 4 nəfərdən biri olub. Budapeştin, Berlinin qanlı şəhər döyüşlərini keçib. Evinə ancaq 1947-də qayıda bilib. Atamın dediyinə görə, qayıdanda trofey kimi cəmi 1 gümüş qaşıq gətirmişdi. Gülməli deyilmi?!

Müharibə təkcə böyük faciələr gətirmir. O, böyük ürək sahibləri yetişdirir. Müharibə təmizləyir. Ondan sağ çıxan insanları bir ömrə yetəcək qədər mənəvi sərvətlə təmin edir. İndi bizi idarə edənlərə baxaq. Kimlərdir onlar? Gəncliyində müti qul olan, cəmiyyətin dibində sürünən heçliklər. Bu səbəbdən milyardlarla dollarlıq sərvət, nəhəng proyektlər onları doydurmur. Çünki keçmişləri onlara daim bir heç olduğunu xatırladır.

Mən və mənim babam kimi yüz minlərlə ata, baba Avropada can qoyanda harda idi o ulu öndər? Gözəgörünməz  xilaskar? Bəli, indi yaltaqların öz varlığını bağladığı o xilaskar NKVD koridorlarında uğurlar qazanırdı. 37-ci il represiyasından anlayışı olan hər kəs bilir ki, bir NKVD işçisinin uğurları neçə ailənin faciəsi hesabına başa gələ bilərdi. Kişi SSRİ-nin çöküşünü, xilaskarın qayıtdığını görmədi. Görsəydi belə gəncliyini xatırlayıb gülərdi.

9 may Sovet əsgərinin qələbə günü olsa da, qarşı cəbhədə döyüşən Azərbaycan legionerləri ruhən mənə daha yaxın olub. Bu insanların hələ də haqqı verilməyib. SSRİ vaxtı mükafatları ölüm düşərgələri, təqiblər olub. Müstəqillik gələndən sonra da soyuq müansibət dəyişmədi. Bu yaxınlarda müxalifət Hitlerlə bir kollajda verilməsini təhqir saymışdı. Minnətiniz olsun. Niyə və nəyə görə utanırsız? Ona görəmi ki, Qərb standartları Hitleri pis nümunə hesab edir? O Qərb ki, artıq məğlub olmuş ölkəyə atom bombası atmaqda, 80 min insanı bir saniyə içində dir-diri yandırmaqda tərəddüt etmədi.

O, utandığınız dəyərlər altında döyüşən insanların isə bir arzusu vardı. Azərbaycanın azadlığı. Arxalarında heç nə yox idi. Nə sahib çıxacaq dövlət, nə onları gözləyən doğma insanlar. Sadəcə ölüm və sonu bilinməyən azadlıq xəyalı vardı. Demokratiya dəyərlərini nümaunə kimi göstərdiyiniz Pribaltika, Ukrayna, Gürcüstan öz legionerlərini baş tacı edir.

Baxın, sizin o “utanılacaq” dəyərləri daşıyan insanlar haqqında 5-ci sovet ordusunun generalı Fedor Bokov nə yazır: “Батальон полковника Гюльмамедова уже прорвался по улице значительно дальше, до самой Паризерплац, и приступил к атаке Бранденбургских ворот. У их защитников, среди которых были и добровольцы из Азербайджанского подразделения СС, в свою очередь, за спиной стоял уже взятый З-й армией генерала Кузнецова Рейхстаг. Тем не менее они сражались до последнего, и все погибли.” Berlinin Branderburq darvazasında qardaş qardaşla süngü döyüşünə girmişdi. Amma onlar Surətin qarşısında “qardaş qanı axmasın” deyib təslim olmadılar. Öz cəsarəti ilə ari irqin nümayəndələrini SS elit hissələrindən sıxışdırıb çıxaran bu insanlarımız tariximizin şanlı nümunələridir. O, insanlardan kimlərsə sağ qaldı, kimlərsə “SMERŞ”-in terroru ilə öldürüldü.

Yeri gəlmişkən, Heydər Əliyevin bioqrafiyasındakı aşkar faktlardan biri də “SMERŞ”in (smert şpionam) kadrlarından olmasıdır. Müharibə zamanı güllə atmağa yayındığı insanları müharibədən sonra terror yolu ilə məhv elədi. Belə xidmətləri ilə KQB generalı məqamınacan ucaldı.

Müstəqillik gəldi, yeni müharibə başladı. Amma bu müharibədə nə Heydər Əliyev vardı, nə oğlu İlham Əliyev. Əmim də cəbhəyə yollandı. Ona görə yox ki, vətən çağırırdı. O qədər vətən çağıran gənc vardı ki, Rusiyada, Türkiyədə alver edirdi. Çünki o atanın oğlu idi.

İlham Əliyev adından  bir şəxsi isə nə cəbhədə nə də siyasət səhnəsində tanıyan vardı. Əmim isə döyüşürdü. Hələ zabit ola-ola Surətə qoşula bilərdi, Bakıda vəzifə savaşı verərdi. O, isə ölümə doğru gedirdi. Böyüdükcə əmin oldum ki, nə heydərlər, nə ilhamlar olmasaydı, bizə kül qədər təsiri olmazdı. Yaşayardıq, həm də azad. İndi də azadıq, baxmayaraq ki, azad ölkədə deyilik.

Özünə “ulu öndər”lər, möhtərəmlər seçənlər isə ancaq müharibə vaxtı gizlənən, Rusiya bazarlarında sürünən, dədə-babası satqınlıqla, nadanlıqla məşğul olub Sibirə adam göndərə bilənlər ola bilərdi. Necəki vəzifə görən nəvələri indi hər alçaqlığa gedir. Mübarizə aparanlar isə eyni qalır. 

Комментариев нет:

Отправка комментария