Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 29 мая 2012 г.

Loren olmaq...

Keçən həftənin müzakirə edilən ən böyük mövzusu “Eurovision” oldu. Azərbaycanlılar üçün isə Loren. Loren təkcə final gecəsi qalib olmadı. Qələbəni öncə bizlərin ürəyində qazandı. O kəslərin ki, qəlbləri saxtalaşmayıb, beyinləri manqurtlaşmayıb.

 Loren “Gəldi, Gördü, Qalib gəldi”. Fövqalədə bir şey etmədi. Oxuduğu mahnı və səhnə performansı fantastik olsa da. İnsanlığını göstərdi. Bizlərin çox təkrarladığı ortaya vətəndaş mövqeyi qoymağın nə olduğunu göstərdi. Evi başına uçurulan vətəndaşlarla maraqlandı, jurnalistlərin döyülməsinə etiraz etdi, başa düşdü ki, Azərbaycan reallığı təkcə İlham Əliyevin “Crystal Hall”unun qübbəsi altında gizlədilməyib.

Bəs bizim qızlar onun nəyini müzakirə edir? “Ay o, elə də gözəl deyil. Dişləri nəyə oxşayır. Rəngi qaradır” daha nələr... Tükəzbanın ağlı bundan artıq olan deyil ki. Savadı da, dünyagörüşü də ancaq bunu müzakirə etməyə çatacaq. Burda uzağı qeyrət davası edəcək, xaricə çıxmağa imkan tapsa hansısa səfirliyin önündə “Justice for Khojaly” deyib bir-iki ağız anqıracaq.

Adama deyərlər qadın gözəlliyi haqqında qərar verirsənsə, birinci get kişinin fikrini öyrən. Sən əyninə “Mango”dan, “Romantic”dən bir-iki cır-cındır alıb geyməklə özünü dünya gözəlimi sayırsan? Lap dünya gözəli ol, boş beyninlə yarımçıq təfəkkürünlə, zombi sürüsündən fərqlənməməklə kimin rəğbətini qazanacaqsan?

Loren nə müxalifətçi idi, nə də hüquq müdafiəçisi. Vətəndaş idi. Dünyanın ən rahat ölkəsi İsveçin yox, əsl dünya vətəndaşı. Bizdən biri olsaydı belə deyərdi: “Əşşi, nə işinə qalıb bu yetim-yesirə baş qoşursan. Get Mehriban Əliyevanı bir az təriflə, 200 min avronu qoy cibinə, qayıt ölkənə. İstəsən dalı gələcək”. Amma o nə etdi? Təkcə hakimiyyət yox, həm də zombi gənclik tərəfindən xor görülən insanların ayağına getdi. 42 iştirakçıdan biri idi. Amma o bir mininə dəydi.

İsveç kanalının jurnalisti: Loren sən niyə başqa iştirakçılar, turistlər kimi şəhəri gəzmirsən, amma bura gəlmisən?
Loren: Bu dəhşətlər haqda eşidib mən başqa cür edə bilməzdim. Mən heç nəyi görməmiş kimi İçəri şəhəri gəzə bilmərəm. Azərbaycanda insan haqları, qadın haqları hər gün pozulur. Belə şeylərə qarşı susmaq olmaz.
Bunu deyən Əli Kərimli, İsa Qəmbər deyildi, bəyənmədiyiniz bir vətəndaş idi.

İsveç jurnalisti: Deyilənə görə müsabiqə iştirakçılarından sən yeganə adamsan ki, müxalif düşüncəli insanlarla görüşməyə cəhd göstərmisən. Başqaları belə bir təşəbbüs göstərməyiblər. Buna münasibətin necədir?
Loren: Çox pis. Anlamıram niyə başqaları bu vaxta qədər bu məsələlərə münasibət bildirməyiblər. Bəlkə ona görə ki, İsveçdə yaşayan insanlar daha yaxşı yaşayır?

Loren Azərbaycan vətəndaşı deyil, ancaq İsveç vətəndaşlarından haqsızlığa görə məsuliyyət tələb edir. İndi bu sualda digər müğənniləri, isveçliləri deyil də, bizim Tükəzbanlara nəzərdə tutaq. Lorenin cavabı “çox pis” olmazdı, “dəhşət, axı bu bədbəxtlər necə susurlar?” olardı. 

Loren buna görə ürəyində azacıq azadlıq hissi olan insanların ürəyini fəth etdi. Ya sizlər? 300-700 manat alıb bütün həyatını həbsxanada tutmağa hazır olan, əvəzində müdriyyəti tərəfindən eşşək kimi işlədilən qlamur tükəzbanlar sizin yeriniz haradır?

Sizi Loren qarşısında əzən, əzdirən təkcə onun səsi deyil, gözəlliyi deyil, insanlığıdır. O insanlıq ki, onu çoxdan itirmisiz. Bu gün əziləni müdafiə edənlərin üstünə gedəcəksiniz, sabah isə min variantla xaricə qaçacaqsınız. Əlinizə bir transparant alıb xarici səfirliklərdən insanlıq tələb edəcəksəniz. Və hər dəfəsində saxtakarlığınızla daha çox iyrəndirəcəksiniz. Ta ki, Loren olanadək....

2 комментария:

  1. Beli duzgun sheyler qeyd olunub... Ama bunu yazan jurnalist sen Azerbaycanli deyilsenmi? BU qeder olkeni pislemek olmaz.... Loren-e bunlari deyen beli Eli Kerimli, Isa Qember olub.... Dunya olkelerinde de var bunlar ama onlarin jurnalistleri sizin kimi chixib olkesini pislemir ve sizde ele bilirsiz ki, beli xaricde insanlar full yashayir... Nece ki, deyirsizee Azerbaycan milleti beledir eledir, bax Azerbaycan jurnalistleri de beledir.....

    ОтветитьУдалить
  2. Loren bir Isvecli, yeni Avropali.Eslinde Onun meqsedi vetendas movqeyi numayis etdirmek deyil. Bir Avropali kimi oz missiyasini yerine yetirir, yeni nuselmanlarin inkisafini istemir, nece ki Misiri, Liviyani, Suriyani "Ereb Bahari" adi altinda dagitdilar. Bu cur yazilar, musahibeler neye xidmet edir? Evvelce onu dusunmek lazimdir.
    Eger evler ucurulubsa, jurnalistler doyulubse, insan haqlari pozulursa tenqid etmek, duzeltmeye calismaq gozeldir. Bunu avropalinin dili ile demek, isiqlandirmaq ise mence gereksizdir.

    ОтветитьУдалить