Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 28 августа 2012 г.

Dözəcəksən bala



Tez-tez gənc "vıpendryoj"ların (ruscadır, azəri variantı biədəb səslənir) bu cür iradları ilə rastalaşırsan: "Bu müxalifət tənqidə dözümlü deyil", "tolerant deyillər", "bu müxalifət getməlidir, yerinə başqası gəlməlidir". 20 il iqtidarın hər cür təzyiqinə, alçaldıcı davranışına dözən müxalifətin sizlərə dözüm göstərə bilməməsi absurddur, nankorluqdur. Bu ölkə hələ də Türkmənbaşının tövləsinə, İslam Əkənin tarlasına çevrilməyibsə, səbrlə mübarizə aparıb, ayaqda qalan müxalifətə borcludur.

İntellektinizə, təhsilinizə, imicinizə güvənib özünüzü bir zad hesab edə bilərsiniz. Amma etdiyiniz tənqidə əks-reaksiya verilməsi sizdə məyusluq yaradacaqsa, o zaman siyasətlə şou biznesi səhv salmısız. Siyasət səbr, buz kimi əsəblər istər. Sentimentallığa qapılıb, küsənləri əzib keçər. Oxuduğunuz kitablar sizə  nəsə deyə bilər. Ancaq on illər boyu siyasi mübarizə aparan insanların da şübhəsiz öyrədəcəyi bir şeylər var. Siyasi tənqidə başlayacaqsansa, ard-arda zərbələrə hazır ol. Bu yolda uduzanlar - tənqid edənlər yox, əsəbləri çöküb, arqumentləri boşa çıxanlar olur. Sokratın deyimi ilə: "Həqiqət mübahisə zamanı ortaya çıxır".

Kimsə kütləvi hücumlar qarşısında tab gətirə bilmirsə, komanda oyununa keçsin. Yox, öz profilində "Aman tanrım, necə də gözəl yazmısan" şərhlərindən rahatlanıb, ictimai müzakirədə "tupik"ə düşürsənsə, get aşığını başqa yerdə at. Müzakirədən sarsılıb küskün qız kimi "bunlar tolerant deyillər" statusu yazmaq acınılacaq görüntü yaradır.

Siyasətə gəlirəm! deyən oğlan arxasında ən azı 500 prinsipal adam toplamağa borcludur. Facebook "likevuranlar"ı yox, real üzv. Statuslarında intellektual "pokazuxa" artıq özünü tükədib. Rejim də, xalq da arxasında kütlə olanla hesablaşır. Yığın o komandanı, görün sizinlə hesablaşacaqlar ya hesablaşmayacaqlar?

Şəxsi fəaliyyətimdən bir nümunə gətirim. Təxminən ay yarım əvvəl profilimdə Hafiz Hacıyevlə bağlı xəbər paylaşmışdım. O zaman indiki hay-küy də yox idi. Xəbərin altından Bəxtiyar Hacıyevin əsəbi şərhləri gəldi. Ultimativ şəkildə tələb etdi ki, paylaşdığımı silim. Nə var ki, xəbərdə gedən şərh onun imicinə kölgə salır. İki-üç kommentlə başa saldım ki, mövzu ifadə azadlığıdırsa, partiya sədri belə xahiş etsə, silmərəm. "İmic heç nədir, azadlıq hər şeydir" prinsipinə sadiq olduğumu görüb, çarəni dostluqdan silməkdə tapdı.

Siyasət nə alovlu çıxışlar məkanıdır, nə də imic ekranı. Polad sinirlərin mübarizə meydanıdır. Arqumentlərinin vurulduğunu görürsənsə, geriyə çəkil, toparlan. Təkrar zərbə endirəcəyin məqamı gözlə. Tənqidə dözümlülük məsələsi bir yana, adamlar var ki, yazılan tənqidi zatına təhqir sayır. Yazıda özünü görüb, şərhi bu olur: "İlk cümlələrdən o qədər təhqir gördüm ki, arxasını oxuya bilmədim". Bir yazıya baxırsan, bir buna. Adama deyərlər ki, o boyda yazıdan bircə söyüş çıxar. Əli Əkbərin üç sözündən biri vulqarizm olan hekayəsini oxuyub, "eşq olsun, bəy" deyə bilirsən. Bunda nə yer eləyir? Yox, səni narahat edən pazbloqun effektidirsə, səbr elə. Növbəti zərbələr daha şiddətli, daha ehtiraslı olacaq.

Siyasi tənqidin əsla əleyhinə olmamışam. Yüz adamdan biri haqq deyib, doxsan doqquzu "nə şiş yansın, nə kabab" prinsipi ilə susubsa, o bir nəfərin yanında olmuşam. Kimlərsə məndən siyasi maşa etmək xəyalına qapılınca, işimi atıb getmişəm, söz azadlığımın ayaqlar altına atılmasına izn verməmişəm.

Bugün siyasi tənqidə gedib, açıq diskusiyalara hazır olan şəxslərin hərəkəti təqdirə layiqdir. İnteligent donunda  bağlı qapılar arxasında kafe "razborka"larına çağıranların hərəkətindən qat-qat yaxşıdır. Ta ki, iddiaları bezginlik və məyusluqla əvəzlənməyəcək. Rejimin iki şapalağından Avropaya qaçanlar tək, "bu müxalifət tənqidə dözümlü deyil" deyib qaçacaqsınızsa, arxanızca bircə cümləni eşidəcəksiniz. "Gəda, tı kto takoy? Davay do svidaniya!"

Комментариев нет:

Отправка комментария