Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 19 августа 2012 г.

Xalqımın Pussy dərdi

Bir neçə gündür facebookda ard-arda "Pusssy Riot" qrupunun həbs olunmuş üzvlərinin fotoları paylaşılır. Xüsusilə gənc aktivistlərin profillərində. Əvvəlcə "Pussy Riot" qrupu haqqında qısaca məlumat verim. Feminist pank-rok qrupudur. Siyasi mesaj daşıyan qeyri-adi aksiyalar keçirir, müxtəlif dövlət binalarının yaxınlığında çıxış edirlər.


3 martda qrupun 3 qadın üzvü həbs olunub. Həbsin səbəbi qrup üzvlərinin 26 fevralda Moskvanın İsa Xilaskar kilsəsində keçirdiyi "İlahi ana, Putini qov" teatral aksiyası olub. Xırda xuliqanlıq hadisəsi olsa da, qızlar axtarışa verilib. Həbs olunub. 6 ay davam edən məhkəmə prosesindən sonra hər üç qadın 2 il məhkumiyyət alıb.

Sözüm "Pussy Riot"un fəaliyyəti və etdikləri aksiyanın mənəvi tərəfində deyil. İstənilən siyasi həbs qınanmalıdır. Hətta uzaq Peruda belə bir insan siyasi məhkum olursa, ona reaksiya vermək insanlıq borcu sayılmalıdır.

Feminist qrupun həbsinə etiraz edənlər kimlərdir? İctimai sektorun gəncləri. Amma aralarında elələri də var ki, cəmi 1 il öncə "2 aprel" məhbuslarına iş verilərkən veclərinə də deyildi. Prosesin özü bir yana, məhkəmə binasının həndəvərində də görünməyiblər. Məhkəmə hökmü elan olunan gün profilləri hər zamankindən daha məsum, daha təmiz idi. Sanki siyasətlə məşğul olan insanın həbsə göndərilməsindən daha təbii hadisə yoxdur. Elə belə  də olmalıymış.

Ah, Pussy, ictimai sektor üçün sən necə də şirinsən. Elə sənin üçün gəlmirlərmi bura. Müxalifətdən enerji almayanlar, onları qaragüruh, intellektsiz kütlə sayanlar profilinizdə 1 il əvvələ səyahət edin və düşünün. Azadlığınız uğrunda 20 il mübarizə aparmış insanlar vacibdir, yoxsa 3 nəfər rus "pussy"si?!


Комментариев нет:

Отправить комментарий