Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 22 августа 2012 г.

Bəylər, diqqət!

Son günlər mətbuatın diqqətində olan bir mövzu var. Hakimiyyətin AXCP sədri Əli Kərimlini "zəhərləmək" istəyi. Qısacası "balıq hafiz" kimi tanınan Hafiz Hacıyevin prokurorluğa verdiyi iddia ərizəsi üzrə cinayət işi açılıb. Təbii ki, kimisə tutmurlar. Ancaq gözə kül üfürürlər.


"Balıq Hafiz"in Azərbaycan siyasətinin mundarlıq nümunəsi olduğunu ən qatı yapçı da qəbul edir. Müqayisədə işlənmiş prezervativ daha təmiz təəsürat bağışlayır. Elçibəy dövründə yaltaqlıq etdiyinə görə cinayət işi açılmış bu adam yaxın qohumu Bəxtiyar Hacıyev həbs ediləndə "imana gəlmiş", hətta ermənistanlıları hakimiyyətlə mübarizəyə çağırmışdı. Yəni bu dərəcə "maçalka". Yapçılar onu azacıq layiqli adam bilsəydilər, deputat mandatı verib parlamentdə oturtmuşdular. Bəs biz niyə məsələni bu qədər ciddiyə alırıq?

Əgər AXCP sədri Əli Kərimlinin həbs ediləcəyi təşvişi içindəsinizsə, bilin, buna nəinki Hafizin, hətta İlham Əliyevin də cəsarəti çatmaz. Belə addım atdığı halda Qərbdəki milyardlarını bir anda dondurub, özünü payaya oturdarlar. Pulu və gücü itirilmiş mafiya başçısı "qurdlar süfrəsi"ndə ağa yox, yemdir. Onu elə öz ətrafı məhv edər.

Ukraynaya baxın. Əllərini Avropa Birliyinə taybatay açmış Yanukoviçin başına nə oyunlar açırlar. Adam diktator kimi də tanınmır. Ailəsinin adı xarici korrupsiya maxinasiyalarında keçmir. Ancaq AÇ-2012i izləməyə gələn Avropa ölkələrinin liderləri öz ölkəsində ona it hörməti qoymurlar. Baxmayaraq ki, həbsdə olan Timoşenko az aşın duzu deyil.

Həbs qərarı real deyilsə, hədəf kimdir? Hakimiyyətin real qorxu mənbəyi Əli Kərimli deyil, heç bir qrup müxalifətçi də deyil. Say bəlli, imkanlar bəlli. Əsl qorxu tərəddüt edən, seçim qərarı verməmiş on minlər, yüz minlərdir. Bizim tanımadığımız vətəndaşlar. Müxalifət insanlar arasında tam etibar qazanınca, iqtidar o yüzminləri qarşısında görəcək.

Əli Kərimli şübhəsiz liderdir. 24 il ərzində mübarizə aparıb, heç bir təzyiqlə sınmayan tək siyasətçidir. Onu qohumunun həbsi, məhrumiyyətlərlə sındırmaq olmayıb, olmayacaq da. İqtidarın illər boyu müxalifət əzmək səyi ona rəqib alternativlər də qoymayıb. Siyasi seçimin tək olması isə rejim üçün ən böyük qorxudur. Xalqın qorxusu inamla əvəzlənərsə, necə olar?!

Ortada bir zəhərlənmə faktı var. O da insanların şüurunu yalanla zəhərləmək cəhdidir. Yalansa çox müzakirə olunanda həqiqət statusu qazanır. Qısa vaxt ərzində Əli Kərimlinin müdafiəsinə xeyli yazılar yazılıb. Aralarında köşə yazısına layiq nümunələr də var. Əmma, ağıl qırtlaqdan yuxarı qalxmayanda xeyirlə birgə ziyan da gətirir. Bir şeyi yaddan çıxarmayın. İnternet xaric bütün KİV hakimiyyət monopoliyasındadır. Təbii ki, bu iddialar orda səslənəcək. Ancaq televiziyaların sözünə etibar etməyən insanlar deyilənləri ciddiyə almayacaq. Hələ-hələ bunu "balıq Hafiz" iddia edirsə, gülüb keçəcəklər.

Bir də işin məğzini öyrənmək üçün internetə və bir-iki müxalifət qəzetinə üz tutacaqlar. Ordakı hay-küyü görüb çaşacaqlar və istər-istəməz bu sualı verəcəklər: "Ortada ciddi bir şey yoxdursa, nədən bu qədər narahatdırlar?" Bax, burda ilk şübhə toxumlari səpiləcək. İnsanların son etibar ocağı gözlərində sönməyə başlayacaq. Tərəddütlər şübhəyə, şübhələr isə ağ yalanı həqiqətə çevirəcək. Bax, burda hakimiyyətin "zəhərləmə planı" uğur qazanacaq. Seçki zamanı ayağına getdiyiniz insanlar sizi suallarla qarşılayacaq. Bir də o sualları cavablandırıb, insanları agah edəcək qədər vaxtınız qalmayacaq.

Artıq Xilas qrupunda müzakirələrin mənfi təsirlərini görürəm. 1993-dən sonra doğulmuş uşaqlar ciddi-ciddi mübahisəyə girib, özlərinin həqiqət axtarışına çıxdığını sanırlar. Böyüklər də arqument verib gülünc iddianı səylə yumaq fədəkarlığı göstərirlər. Yapmayın bəylər! Özünüzə gəlin. Gülüb keçəcəyiniz yerdə nə özünüzə əl qatmısız. Kənardan bu müzakirələri izləyən nə düşünəcək?

İstər mif, istər reallıqda böyük qəhrəmanlar təkcə öz şücaətlərinin böyüklüyünə görə yox, həm də rəqiblərinin böyüklüyünə görə məşhur olurlar. Nağıllarda məlikməmədlərin rəqibinin hər zaman özündən yekə div olması səbəbsiz deyil. Cinayətkar aləmin ən məhşur vor-zakonunun məhz "Lotu Bəxtiyar" olması özünün deyil, rəqibinin H.Əliyev olması ilə bağlıdır. Hakimiyyət isə bizlə döyüşə öz sıralarından olan adamlarla çıxmır. Hafiz kimi "tryapka"ları önə verir. Biz isə emosiyalarımıza sahib çıxmayıb, işi ciddiyə alırıq. Olmaz belə! 


Eynulla yad meydanlarda top qovsa da, hərdən müxalifətə yaxşı paslar ötürür. Baxın nə deyir:
Bu məsələyə ciddi yanaşmağın tərfdarı deyiləm. Bir balaca da gülmək lazımdır. Biz ciddi münasibət bəsləyəndə, sanki onu ciddiləşdiririk. Ona görə bu iddiaya ironiya və sarkazımla münasibət bəsləmək gərəkdir. Çünki birincisi Hafiz Hacıyev ciddi bir insan deyil. Ciddi olmayan bir adamın fikirlərinə də ciddi yanaşmaq olmaz... Bundan başqa bu anti-elmi bir ittihamdır. Çünki heç bir zəhərlənmə onkoloji xəstələnməyə gətirib çıxara bilməzdi.
Bəylər yaddan çıxarmayın! Siz qanunu, həkim rəyini, müqaviləni fakt kimi qəbul edən alman cəmiyyətində yaşamırsız. Qeybətə, şaiyəyə faktdan daha çox etibar edən xəstə cəmiyyətdə yaşayırsız. Hər bir şərhinizlə bu gülünc iddiaya ciddilik donu geydirirsiz. İlllərlə içində kin yığıb durmuş, nifrətini boşaltmağa fürsət axtaran uğursuz müxalifləri də unutmayın.

Hakimiyyət təkərləri paslanmış arabanı təpə başından üzü aşağı buraxıb. Çax-çuxu çoxdur, sürəti az. Bu mövzuda yazdığınız hər yazı ilə o çarxlara yağ tökmüş olursuz. Sürət yğan araba isə üstünüzə gəlir. Hələ sinənizi bu arbanın qarşısına verməklə əziləcəyinizdən xəbərsizsiz.

Şəkililərin meymunu yaddan çıxarması mümkün olmadığı kimi, bu mövzuda da müzakirələrin bitməsi real deyil. İşin ciddiyə alınması təhlükədirsə, onu məzhəkəyə çevirin. Ciddi şübhə edənləri belə lağa qoyun. Dolayın bəylər, dolayın!

Комментариев нет:

Отправить комментарий