Başlanğıc...

Paz-zollayaninin köşəsi

пятница, 15 июня 2012 г.

Ax, nə gözəl gün bu gün


15 iyunu “Qurtuluş” yaxud xalq deyimi ilə “Dürtülüş” gününü çox adam bədbəxtliyimizin başlanğıcı sayır. Mən isə bu günü ibrətamiz tarix sayıram. Niyə? izah edirəm.

Nə yaxşı ki, 15 iyun var. İnsanlarımız siyasətin mənəviyyatla, el adəti ilə yox, hiylə ilə ilə aparıldığını dərk etdilər.
Nə yaxşı ki, bu gün var. Siyasətçilərimiz “Hinə tülkü buraxmamağın lazım olduğunu” analadılar. Anladılarmı?

Nə gözəl “Qurtulmuşuq” 6 rayondan, demokratiyadan, Qarabağdakı köhnə daxmalardan, cındır corabda çıxdığımız çoban həyatından. Allah Heydər babanın bazarlığını əbədi eləsin! (götürənin payına)

Nə rahat dombalmışıq ulu bütün önündə, bu “Qurtuluş” günündə. Bel ağrısı, revmatizm, təzyiqimiz yoxa çıxıb dombalıb durmaqdan.

Nə çox qazanmışıq bu “Dürtülüş” günündə. Kimi YAP-a, kimi “İrəli”yə, kimi də elə birbaşa Güneyə dürtüb özünü bu “Qurtuluş” günündə. Allah Heydər babaya qəni-qəni rəhmət eləsin! ( bu da gənc heydərist millətçi və liberalların payına)

Ax, nə gözəl gündür bu gün. 19 il öncə başı daşa dəyənlərin başına köhnə xatirə, təzə qan gətirir. Səhvlərini düzəldir. Düzəldirmi?

Nə yaxşı ki, 15 iyun var. Məhlədə lotu-lotu danışan qonşumuzun müdir qarşısında  burulan, heykəl qarşısında dombalan bir yaltaq olduğunu ANS ekranında canlı-canlı görürük, ürəkdən gülürük. Ömrümüz artır, Heydər ömrü qədər uzanır.

Eh, bu gün olmasaydı, necə ayırd edərdik insanlığını itirmiş kütlə ilə onu saxlamış bir ovuc insanı.

Комментариев нет:

Отправка комментария