Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 23 июня 2012 г.

İlham Əliyevdən tvit”quş”lar

Twitterdə günümü keçirməsəm də, informasiya ötürmək, hərdən oxumaq üçün sıx-sıx istifadə edirəm. Bu dəfə də daxil oldum. Gözümə İlham Əliyevin adına yaradılmış twitter profili (@azpresident) dəydi. Maraq üçün profilə tıkladım.

 Əvvala deyim ki, bu profilin izləyicisi deyiləm. Özündən başqa heç kəsi izləməyən (follow) bir profilin davranışı vətəndaşına olan münasibətdir. Vətəndaşa hörmət yoxdursa, virtual hörmət belə göstərməyə dəyməz.

31 may tvitlərinə gözüm ilişincə donub qaldım. Bir an “Aman tanrım, bu səfeh cümlələri yazan doğrudan da hansısa ölkənin prezidentidirmi?” dedim. Keçək məğzə.

Tvit nömrə 1: “Biz xarici siyasətimizi artıq daha da genişləndirəcəyik, iqtisadi terminlə ifadə etsək şaxələndirəcəyik” – Xarici siyasət sahəsində təcrübəsi olan və azərbaycan dilinə sahib olan adam bu cür yazmalı idi: “Biz xarici siyasətimizin əhatə dairəsini, lap bədii şəkildə desə, “üfüqlərini” genişləndirəcəyik”. Nəzərə alsaq ki, İlham Əliyev ixtisasca diplomatdır və Moskvanın Beynəlxalq Münasibətlər Universitetini bitirib, təcrübə  yoxluğundan danışmağa dəyməz. Cümlədə “daha da”dan əvvəl işlənən “artıq” sözü həqiqətən artıqdır.

Xarici siyasəti iqisadi terminlə ifadə etmək nə deməkdir? Bilən varsa, anlatsın? bu pul deyil, mal sövdələşməsi deyil. Hər sahə öz terminləri ilə ifadə olunanda düzgün məna qazanır. Həqiqətən, ancaq Azərbaycanda xarici siyasət “şaxələnir”. Korrupsiya ağacının Avropa siyasi kuluarlarına uzanan qolları kimi.
 

Tvit nömrə 2: “Meksika, Kolumbiya və Pakistan bizim qardaş ölkələrimizdir” - Burda Ahmetin, Mustafanın ağzı əyilir və deyir: “Abi, peki biz?” Sovet vaxtından iti, pişiyi qardaşlaşdıra-qardaşlaşdıra gəldik. Öncə rusu, sonra ermənini, monqolu, vyetnamlını. SSRİ dağılanda ağlımız yerinə gəldi ki, ancaq öz qanımızdan olan qardaş ola bilər. Türk, türkmən uzağı yakut.

Bəs bu nədir, nə işdir? Xarici siyasətimiz kimi “qardaş xalqlar”ı da genişləndirib şaxələndiririk? Türk milləti bəs eləmir, ispan, puştun, keçua xalqı da qardaşımıza çevrilir.

Bu fikir 3 ölkənin  Xocalı haqda qətnamə qəbul etməsinə minnətdarlıqdırsa, gör digər Mərkəzi Amerika və Karib ölkələri bunu qəbul etsə bizi hansı gülünc tvitlər gözləyir. “Antiqua və Barbuda, Trinidad və Tabaqo və Sent Lusiya bizim qardaş ölkələrimizdir”. Türk demiş: “Abilər, yapmayın”

Ən maraqlısı isə bu tviti retweet (təkrar paylaş) edənlərin sayıdır. 31 retweet, 9 seçilmiş tvit. Azərbaycanda məntiqsiz vətənpərvərliyi qəbul edən vətənşüvənliyin sübutu. Kim bilir, ola bilsin aralarında dolamaq üçün yayanlar da olub.

Rusiyanın eks-prezidenti Dmitriy Medvedevdən fərqli olaraq, İlham Əliyevin əlində nə telefon görmüşəm, nə İPad. Nə də orada nəsə yazmağın. Son tvitlər 31 may tarixinə aiddir. Bir günə 15 tvit. Ondan əvvəlki tarix isə 16 may. Bugünədək yenilənmə yoxdur.

İlham Əliyevin (@azpresident) profilini kimin işlətdiyinə dair heç bir dəqiq rəsmi məlumat yoxdur. Amma kimdirsə, dolamağı bacarır. Deyim ki, pis də alınmır.

1 комментарий:

  1. O ikinci tweetin cavabını yerində vermişdim mən :) http://prntscr.com/b0isj

    ОтветитьУдалить