Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 3 января 2012 г.

Cəllada jest

Ziya Bünyadov
Vərdiş etmişik hakimiyyətin bizə hər gün şok yaşatmasına. Bu dəfə demokratik düşərgənin üzvləri bizə şok yaşatdı. Belə deyim ki, hakimiyyət də şokdadır. Sevincindən bəlkə də frustrasiyadadır. Aparatdakı killərlər heç  zaman olmadığı kimi rahatlamışlar. Bəyanata imza atan intelligentlərin şərəfinə badə qaldırırlar.

Söhbət Rafiq Tağının ölümü ilə bağlı qafqazinfoda dərc edilən bəyanatdan gedir. Bəyanatın başlığının kompleksdən gələn bir nifrət şüarı olması bir yana, mövzu  ictimai fikri sapdırmağa kifayət edir. 

Bəyanatdan nəinki cinayətin motivi, hətta cinayətin sifarişçiləri belə göstərilib. Bunu elan edən nə Zakir Qaralovdur, nə də Ramil Usubov. Hamıya tanış olan ictimai simalarımızdır. Qatil İslamdır – sifarişçiləri İran ayətullahları.

Əvvala hüquqdan anlayan bir şəxs bilməlidir ki, şübhəli qismində saxlanan cinayətkar belə günahı sübut olunmayınca cinayətkar sayıla bilməz. Rafiq Tağının ölümündə nəinki kimsə saxlanılıb, hətta bu işin motivi məlum deyil. O zaman sizə nə haqq verir ki, qətlin günahını islamçılarda axtarasınız.

Əzizlərim, bu ölkədə alimin də, jurnalistin də, yazıçının da tək qatili olub – Əliyevlər hakimiyyəti. Törətdikləri qətlləri də heç vaxt sonacan açmayıblar. 1997-də akademik Ziya Bünyadovun ağzından vurulmasını tezmi unutdunuz? Ziya Bünyadovun qətlində ictimaiyyətdə tək fikir hakim idi: “Heydər Əliyevin işidir. Çünki sözünü ona keçirə bilən və hamı arasında hörməti olan tək ziyalı o idi. Onu da öldürtdü”. Bu işin açılması çox uzandı. İctimai fikirdən ləkəni götürmək üçün iki saqqallı gənci tutub mühakimə etdilər. Heç kəs inanmadı. Ancaq 14 il keçəndən sonra öz adamları həqiqəti  deməyə başladı. 

Çünki o zaman ən avam adam da İran faktorunu bu qədər ciddiyə almırdı. Bekara söhbət sayırdı. Hakimiyyət də bunu başa düşürdü. 1999-cu ildən başlayaraq “vəhhabi qorxusu”, “İran agenti” propaqandası tam gücü ilə bütün kanallarda işə düşdü. Hakimiyyəti propaqandanın qələbəsi ilə səmimi qəlbdən təbrik edə bilərəm. Çünki bugün o, özünü antirejim intellektualı sayanların da beynində qələbə çalıb.

Hələ də anlamamısız ki, hakimiyyət ziyalıya “SUS!” deyəndə Ziyanı öldürdü, jurnalistə növbə çatanda Elmarı. Artıq yazıçılar da kitabları ilə müxalif dildə danışmağa başlayıb. Sizlərə də “SUS!” demək vaxtı çatanda Rafiq Tağını. Əlbəttə, bu qədər beynəlxalq təzyiqdə dişləri iri qoz sındırmağa yetməzdi. Çaqqal kimi zəif halqadan yapışdılar. Bəs sizlər cinayətkarı harada axtarırsınız?!

Gerçəkdən İran ayətullahlarının bəyanatlarını bu qədər ciddiyə alırsınız? Ölüm hökmü üçün əsas sayırsınız? İra mollaları verdikləri hər fətvanın üzərində bu qədər ciddi dayansalar idi nə baş verərdi: İsrail yer üzündən silinərdi, Amerika viran qalardı, Avropada insanlar lüt gəzdiyindən zəlzələdən dağılmamış bina qalmazdı. Salman Rüşdi isə dərisi soyulmuş şəkildə ayağından asılardı. Əgər işi bu qədər ciddiyə alıb Salman Rüşdini öldürmək istəsəydilər nə vardı ki, buna. London metrosunu partlatan İngiltərədə doğumlu gənclər bu işi bir saata görərdilər.

Deyirsiz 30 milyon soydaşımızı zülm altında saxlayan İran. Bunun Xomeynisi türk, Musəvisi türk. Cənubdakı əba geyərək avtoritarizm qurub, Şimaldakı Versaçidən 5000 avroluq kostyum geyərək. İrandakı ayətullahların verdiyi bəyanatlara baxmayın. Cahil xalqı  fantastik cəfəngiyyatlarla əla almaq daha asan olur. Əliyevlərin məhv etdiyi təhsil və manqurtlaşan gənclik sayəsində artıq bu haldayıq. Yoxsa qənirələr, tənzilələr bir bəyanatla yüzminlərlə vətənşüvənin beynini yumazdı. Üstümüzə qısqırtmazdı.

Bəyanatın analoqunu axtarsaq yadıma Arif Rəhimzadənin “Xocalı cinayəti” sənədini hazırlayıb beynəlxalq təşkilatlara göndərmək istəməsi düşür. Hansına ki, 14 azərbaycanlının adı daxil edilmişdi. Gerçək qatilləri bir kənara qoyub, cinayəti şəxsi eqonun nifrət mərkəzi olan şəxslərdə axtarmaq. Bəyanata imza atanlara gəldikdə; güneyliləri çıxsaq, cəmi 6-7 nəfər kəskin vətəndaş mövqeyi olan şəxsə rast gəldim. Qalanları “Prezident yaxşıdır, ətrafı pis” ideyasını təbliğ edənlər, Rafiq Əliyev işdən çıxarılanda susub, Rafiq Tağı ilə əjdahaya dönənlər ya da gündə 10 kərə Allahı söyüb, bir kərə prezidentə “uf” deməyə qorxub üyüdənlərdir.

İçində olduğunuz qəflətdən bacardıqca tez oyanın. Elmarın qətlində bir olduq, qatili tək hədəf saydıq. Cinayətkarlar tapılmasa da, hər kəs bilir qatil kimdir. Rafiq Tağının dosyesini isə öz əlinizlə cəlladların ovcuna qoymayın.

2 комментария: