Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 1 января 2012 г.

Ordensiz etiraz

Psevdo millətçilərimiz haqqında sizə bir əhvalat danışım. 26 dekabrda Malakan bağı ilə ilə Sahil bağına tərəf gedirdik. Müsavat qərargahında gənc siyasi məhbus Rüfət Hacıbəylinin ad gününü qeyd etməyə. Bir də gördük bir dəstə qoca əlində bayraqlar harasa tələsir. Baxanda anladıq ki, aksiyaya gedirlər. Sarkozinin Bakıdakı “iqamətgahı”na. 



 İçlərində tək-tük gənc olan bu dəstənin Azərbaycan siyasi mühitində çoxdanın siyasi meyiti olan “amip” olduğu anlaşıldı. Vəziyyət aksiyanı edən qocalardan bəlli idi. Həm aksiya havası, həm də gülmək həvəsi bizi saxlaya bilmədik. Arxalarınca şüar səsləndirərək Fransa səfirliyinə tərəf. Bura çatdıqda bayaqdan gözə dəyməyən, indi quzuya dönmüş polisləri gördük. O polislər ki, “Azad Gənclik” təşkilatının “Kitab oxuma aksiyası”nda hər cür kobudluğu etmişdilər.

Aksiyaçıların “Fransa səfirliyi rədd ol”, “Sarkozi-erməni” şüarları ləzzət eləmədiyindən öz original şüarlarımızı qışqırmağa başladıq. “A uyruğu, uyruğu, erməninin quyruğu”, “Sarkozi-sünnətsiz erməni köpəy uşağı”, “Vatan, millet, Sakarya - Sena, Luar, Akvitanya”, “Sarkozi – rulu döndər geri”


Aksiyaçılar yazdığı şüarlardan biri də bu idi:“SARKOZİ TÜRKÜN DÜŞ MƏNİ”. Aksiyanın bir Avropa səfirliyi qarşısında keçirildiyini və İlham Əliyevin deyişi ilə “sürətlə avrointeqrasiya etdiyimizi” nəzərə alsaq, bu cür avromilli şüarlar təklif edərdim: “SARKOZİ GECƏLƏR DÜŞÜN MƏNİ”, “SARKOZİ BİŞİR MƏNƏ DÜŞ PƏRƏ”, “BİZ YEMƏRİK KROSAN, ÜRƏK İSTƏR TÜRKÜN DÖNƏRİ”, “SENATA AR OLSUN! SÜFRƏMİZDƏ AYRAN OLSUN”

“Əlcəzair, Ruanda – Fransa əlin qanda”, “Sarkozi türkün düş məni” qışqırığı kəsildikdən sonra aksiya başçısı ləhcə ilə tələbləri oxumağa başladı. Bax burda psevdo-millətçilərin, yalançı güneyçilərin iç üzü ortaya çıxdı. Saydıqlarını Azərbaycan vətəndaşları bəlkə birinci dəfə eşidirdi. Amma bir tələb var ki, onu hər kəs bilir və istəyir. Onlar deməyəni biz dedik. Ətraflı videoda:



Комментариев нет:

Отправить комментарий