Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 31 января 2012 г.

Yaltaqliq edebiyyati


Yenə günlərdən qiymətlisi. M.Ə.Rəsulzadənin doğum günü. Qiymətli olan odur ki, bu günlərdə bir araya gəlirik. Millət olduğumuzu, mənən məhv edilmədiyimizi anlayırıq. Başı qapazlı bir heç olduğumuz halda Şərqdə ilk demokratik respublikanın yaradıcı olan bir şəxsə sahib olduğumuzun fərqinə varırıq. Belə günlər 28 mayda, Elçibəyin doğum günündə təkrarlanır.


Nə yazıq ki, tariximiz məhv edilir. Unutdurulur. Rəsulzadənin xatırladığı hər gün Heydər bütünün acizləşdiyi gündür. Heydər Əliyevdən fərqli olaraq Rəsulzadə boş adam deyildi, ideya mənbəyi idi. Mübarizə adamı idi. Özündən sonra ədəbi miras qoyub gedən bir dahi idi. Bürokrat kimi fürsətdən istifadə vəzifəyə qonmamışdı. Hələ 19 yaşı olarkən “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi” yaradıb inqilabi gəncliyin ilk qığılcımı olmuşdu.

Ona savadsızcasına dil uzadan solçulardan fərqli olaraq, Rəsulzadə Azərbaycanda ilk sosialist partiyası olan “Hümmət”in yaradıcılarından biridir. A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır?” kitabını Azərbaycan dilinə tərcümə edib bu dildə ilk sosialist ədəbiyyatını çap etdirmişdi.

Bunlar bir yana. Bəs biz Rəsulzadəni necə yad edirik? Nə hikmət ki, il boyu beynimizi dəng edən H.Əliyev yatltaqlarının “ulu öndər”, “dahi rəhbər”, “ümumilli lider” və s. kimi ibarələr demokrat gənclərin statuslarında peyda olur. Bir-iki yox, yüzlərlə statusda.

Əzizlərim, hakimiyyət təkcə təriflər yağdırmır, öz ədəbiyyatını yaradır – “yaltaqlıq ədəbiyyatını”. Fərq etmədən bu ədəbiyyat qanımıza işləyir. Sanki yapçıların Heydər bütünə qarşı öz bütümüzü qoyuruq. Facebookda “kimin bütü daha güclüdür?” deyə rəqabət aparırıq. Düşünmürük ki, telekanaların zombiləşmə siyasəti artıq bizi də ovsunlayır.

Səbəb nədir? Gənclərin tənbəlliyi, informasiya azlığı. Oxumuruq, araşdırmırıq. Saatlarla facebook qarşısında keçirdiyimiz vaxtın bir neçəsini vikipediyaya sərf etmirik. Kitabxanalarda Rəsulzadə irsini araşdırmırıq. Çox təəsüf ki, bu mövzuda ən bisavad statuslar millətçi gənclərə xasdır. Əsas yük onların üstünə düşsə də.

Tarixi araşdırmaya, arxivlərə əsaslanmayan millətçilik şüarçılıq olaraq qalacaqdır. Əsla və əsla şovinizmdən başqa heç nə ilə qidalanmyacaq. Bugün Rəsulzadəni yad etmək istəyirsinizsə, ən azı adını internetdə axtarışa verin. Vikipediyaya baxın. Ora da azlıq edəcəksə, kitabxanalardan kitablarını tapın. Orda yoxdursa, dostlarınızdan istəyin. Amma AZTV məhsulu şit ifadələrlə statuslarınızı kirlətməyin. Tapacağınız faktları status, bloq, tvit şəklində paylaşın. “Rəsulzadə dahi şəxsiyyətdir” yazanda, bu Dahinin hansı miras qoyub getdiyi anlaşılsın.

Bax o zaman görəcəksiz ki, “ulu öndər” deyib qarşısında ikiqat əyilən manqurtların ümumilli bütü daş parçasından başqa bir şey deyil.
                      http://www.kkoworld.com/?p=1077

Комментариев нет:

Отправка комментария