Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 7 февраля 2012 г.

Əsrimizin Neandertalı

“Əsrimizin Neandertal”ı Siyavuş Novruzov Ziyalılar Forumuna münasibət bildirib. Münasibət desək mədəni çıxar, ağzının suyunu axıdıb. İttihamlar edib, bir sözlə məntiq qanunlarını alt-üst edib. Əgər öz gözündə tir görməyib, başqasını gözündə çöp axtaran birisi sual ünvanlayırsa, ona ən yaxşı cavab elə veriləcək sualdır.

“Ziyalılar Forumu qeyri-qanuni bir qurumdur.” – Qurum qeyri-qanunidir baş prokuror Zakir Qaralov niyə boş oturub? Niyə tədbir görmür? Rafiq Tağının qətli ilə bağlı işi bir kənara atıb əl qatsın bu mürtədlərə.

“Onların əksəriyyəti Azərbaycanın qlobal problemləri dövründə ölkəni qoyub qaçıblar.” – Azərbaycanda azərbaycanlılara aidiyyatı olan tək qlobal problem Qarabağ məsələsidir. Neft sizlərin qarnına axır. Qarabağda AXC üzvləri can verərəkən siz yapçılar harda idiniz? Hara qaçmışdınız?

“Azərbaycan ziyalısı xalqının problemlərinin həlli ilə, ölkədə islahatların keçirilməsi ilə məşğul olmalıdır.” – Çox gözəl. Xalqın islahatatı tələb olunan ən böyük problemi korrupsiyadır. Korrupsiya ilə mübarizə qurumunun başında Ramiz Mehdiyev durarkən bu insanlar niyə onu korrupsionerlikdə ittiham edirlər? İslahat keçirməyi kimə verdiniz ki, kimdən də istəyirsiniz?!

“Erməni ziyalılar Dağlıq Qarabağla bağlı mübarizə aparanda, həmin ziyalılar Moskva restoranlarında yeyib-içirdilər, indi də özlərini ziyalı kimi təqdim edirlər.” – Ola bilsin elədir. Yeyib-içiblərsə də o zaman Moskvada olan İlham Əliyevlə yeyib-içiblər. Lap elə deyilsə, niyə bu “yeyib-içən oğlanlar” hər zaman H.Əliyevin ətrafında görünürdü? Ölçülərinə baxsaq Siyavuş Novruzov da günorta acından duran azərbaycanlıya heç oxşamır.

“Onlar bir dənə yazı göstərsinlər ki, orada ermənilərə qarşı mübarizə aparıblar. Forumda olan digər ziyalılar isə öz uşaqlarını ABŞ-a və Türkiyəyə qaçırdıdılar. Bunlar  fərari ziyalılardırlar.” – Bir ölkənin fərari prezidenti olur, fərari ziyalısı ola bilməz? Müharibə dövründə Siyavuş Novruzovun da çağırış üçün yaşı düşürdü. O harda idi? Ziyalı silah adamı deyil. ABŞ-a, Türkiyəyə, Rusiyaya qaça bilər. Minlərlə Azərbaycan gənci Qarabağda döyüşərkən İlham Əliyev harda idi? Bildiyimiz qədər Rusiya-Türkiyə arası dəri alverində. Düzdür, o bunu azəri diasporuna maddi dəstək fəaliyyəti kimi təqdim edir. Ancaq o maddi dəstəkdən Azərbaycan uğrunda döyüşənlər bir qəpik də görməyib. Nəsə görübsə indi nifrət etdiyiniz ziyalılar görüb.

Siyasətdə fürsət düşən kimi ağı qara kimi yozan adamın gözündə tir olması kifayət deyil. O tir arxada olsun ki, nəticəsi olsun.

Комментариев нет:

Отправить комментарий