Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 26 февраля 2012 г.

El qızının Xocalı faciəsi

          Xocalı, 20 yanvar təkcə AZTV-nin təbliğat malı deyil, o həm də qızlarımızın ilham mənbəyidir. Belə gunlərdə susan ağızlar gül açar, avtoritarizm qarşısında qurumuş boğazlardan yağı düşmən üzərinə sel axar. Allı-güllü profilli qızlarımızın facebook avatarı qara geyinər, fotodakı qərənfillərdən qan damcılayar. 


          Bu dəfə xaricdə oxuyan qızlarımız və onların Xocalıya, 20 yanvar gününə munasibətindən yazmaq istədim. Yerli təhsil alan qızları da daxil etmək olar, amma effekt o effekt deyil. Xaricdə olan el qızlarımızın kompleksi kompleks ustunə gəlir, roldan rola elə girirlər ki, metamarfoz kecirən tırtıl belə həsəd aparır. Oğlanlara gəldikdə, burda necə xaricdə də elədirlər. Az dəyişirlər. Burda müxalif olan orda da müxalifətçilik edəcək, burda sukalıq edən orda da səfirliyə işləyəcək. O səbəbdən yazmaq maraqlı deyil.

             Bir neçə il əvvəl internetdə Yunanıstanda təhsil alan qızla tanış olmuşdum. Bir az danışdıqdan sonra dedim fotonu göndər görüm nəyə oxşayırsan? Göndərdiyi fotoda bir dəstə qara geyinən adam “Justice for Khojaly” plakatı ilə addımlayırdı. Fotoya baxıb heç nə başa duşmədim. Axı nə dəxli? Qara eynəkli, qara paltolu qızı göstərib dedi ki, “plakatı tutan mənəm”. Sonra bir kitab şablon söz danışdı. Söhbətlərdən aydın oldu ki, bu Tükəzban elə belə adam deyil. Qənirənin ta kendisi. Özünü millətçi kimi gözə soxan bu qız bir müddət sonra yunan mədəniyyətdən elə fəxrlə danışdı ki, paxlavanın belə yunan şirniyyatı olduğunu sübut etməyə hazırdı. Dərinə gedəndə oyrəndim ki, həvəs mədəniyyət həvəsi deyilmiş. Şəhər merinin oğlunun ona olan marağı imiş. 

          Nədir bu aktyorluğun səbəbi? “El qızı” kompleksi. Xaricdə oxumaq imkanı qazanmış, amma feodal təfəkkürü beynindən silməmiş belə qızlar beş-üç nəfər deyil, minlərlədir. Əksəriyyət. Olkədən ayrılanda xilaskarlıq missiyası ilə ayrılmırlar. “Xaricdə oxuyub gələn verib gəlir”, “ordakı qızlar min oyundan çıxır” düşüncəsi ilə ayrılırlar. Feodal beyin dəyişmədiyindən anadangəlmə aktrisalıq qabiliyyətləri üzə çıxır. Əllərində şəkərbura, paxlava dolu padnoslar, milli geyimlərdə fotolar çəkdirib facebooka qoyurlar. 20 yanvar, 26 fevral gələn kimi bir plakat goturub Azərbaycan adını it dəftərində tapmayan ölkələrin hökumət binalarının qarşısına cumurlar. Ordan da 5-10 foto “el qızı” imici hazırdır. Siz elə bilməyin ki, il boyu bununla məşğul olub, keflərindən qalırlar. Tükəzbanların hiyləsi, bir neçə oğlana birdən işlətdiyi “priyom”lar haqqında başqa bir yazıda təfsilatı ilə yazacam. 

           Yazını yazmazdan əvvəl facebookda status yazıb bu haqda fikirləri öyrənmək istədim. Aqresiv Qənirələr həmən ozunu gostərdi. Vəziyyəti ən yaxşı oğlanlar tutdu. “Mən nə muxalifətdənəm, nə iqtidardan. Amma erməni əclaflarını, cəlladlarını bütün bu faciələrə görə söyürəm.” kimi ironik şərhlər gəldi. İsa Yusifli: “Hollandiyadakıları mən deyim: “bilirsən, biz siyasətə qarışımırıq, şəhidlərimizi anırıq” Halbuki hamısı siyasi mühacir adı ilə gəliblər. Status alandan sonra da səfirliyin binasını karvansaray yoluna çevirənlərdir.”

           Belələrini tanımaq çətin deyil. Üzv olduğu qrup və səhifələrə baxsaq yetər. “Justice for Khojaly”, “Ramil Safarova azadlıq”, “20 yanvar”, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” tipində quruplar xarici təhsilli tükəzbanların əsl orgiya məkanıdır. Qruplara təkcə vətənpərvərlik arzusu ilə üzv olmurlar. Bu qruplar həm də siyasi cəhətdən təhlükəsiz limandır. 10 000 km uzaqlıqda belə oxuyan bu el qızları müxalifətin ən qəddar tənqidçiləridir. Bahar Muradova sifəti almasalar da, eşşəyin bütün yükünü burada meydanlarda can qoyan qız və oğlanların üstünə yuklərlər. Elə ki, vətəndaş movqeyini qoyması tələb olundu, arxivində saxladığı həmin o səfirlik önü fotoları gözünə soxarlar. Başqa günlər şərhlərində “cicişim, bebişim”, “darling, loool” kimi şit sozlərdən istifadə edənlər qara günlərdə Zəlimxan Yaqubun yaradıcılığından sitat gətirirlər. Vətənə qayıtdıqdan sonra isə ən yaxşı halda BP tipli ofislərdə gözdən itirlər.

         Yeri gəlmişkən, daha bir xatirə. 3 il əvvəl iş məqsədilə bir xanımla görüşmüşdüm. Söhbət dolaşdı gəldi müxalifətin, etiraz edən gəncliyin üstünə. Elə bu anda qız necə həvəsə gəldisə, notbukundakı videonu mənə gostərdi. Səhv etmirəmsə, Vaşinqtonda Ermənistan səfirliyi onundə  Emin Millinin təşkil etdiyi aksiya idi. Boyundan böyuk bir plakat tutması, Emini tanıması  haqda danışdı. Amerikada olduğu müddət qatılmışdı. Evə gəlib facebook profilinə baxdım. Son statusu belə idi: “Xahiş edirəm mənim profilimdə siyasi məzmunlu sohbətlər etməyəsiniz. Mən siyasətdən uzaq biriyəm. Siyasətə nifrət edirəm.” Bu o zaman idi ki, Eminin həbs edilməsinin iki ayı tamam olurdu.

            Şəxsən mən daxil yüzlərlə oğlan tüpürrmək istərdi sizin milliliyinizə, xaricdə hansı aksiyalarda iştirak etmənizə. Bizim üçün bu teatrın zərrə qədər əhəmiyyəti yoxdur. Sosial-siyasi məzmunda 5-10 kitab oxuyan istənilən adam bilir ki, “patriotluq alçaqların son sığınacaq yeridir.” Əgər  milli kamuflyajı ərə getməyin mümkün vasitəsi hesab edirsinizsə, əzab çəkməyin. Özünüzə yazzıqdır. Yeri gəlmişkən xaricdə vətən dərdi çəkən el qızlarının həvəsi ər tapanacandır. Neçə Qərb təhsilli Qənirə gormuşəm ki, ərə gedəndən sonra sakit axan bulağa çevrilib. Öz razılığı ilə “qənirə olmaq” arzusunu boğub. Bəlkə Qənirəyə də bu kömək oldu?!

          Vətəndaş movqeyini bildirən qız nə qədər qürurverici görünürsə, milli don arxasında gizlənmiş qız o dərəcə iyrənc görünür. Sizdən istədiyimiz vətənpərvər olmağınız deyil, adamlığınızın olmasıdır. Vətəndaş olun, daha İlham Əliyevin göstərdiyi saxta Koroğlu yox.

Комментариев нет:

Отправить комментарий