Yazıçı,
jurnalist Rafiq Tağının ölümündən 1 il keçir. Gecə qaranlığında bıçaqlanan,
amma sağ qalan Rafiq Tağınının həyatı xəstəxanada bitirildi. Cinayətin üstü hələ
də açılmamış qalır. Elmar Hüseynovun qətli kimi.
Bəs
bu 1 ildə nələr dəyişdi? Yadınızdadırsa jurnalist Elmar Hüseynovun qətli böyük şok
yaratmışdı. Yerli və beynəlxalq ictimaiyyət hərəkətə gəlsə də, jurnalistikada əks-effekt
yaratdı.
Qeyri-rəsmi senzura ilə yanaşı daha təhlükəli virus - özünüsenzura yayıldı. Rauf cinsindən olanlar üçün satılmağa fürsət oldu. Hələ həbsdən buraxılmamış qətldə İlham Əliyevin günahsız olduğunu iddia edən yazı yazdı.
Qeyri-rəsmi senzura ilə yanaşı daha təhlükəli virus - özünüsenzura yayıldı. Rauf cinsindən olanlar üçün satılmağa fürsət oldu. Hələ həbsdən buraxılmamış qətldə İlham Əliyevin günahsız olduğunu iddia edən yazı yazdı.
Pula
getməyənlər isə küyə getdi. Yazılarının itiliyində xeyli dəyişiklik etdilər.
Zamin Hacı, Aynur Camalqızı və s. Saymadıqlarımı jurnalist dostlar desin. 1998-ci
ildə "Ac generallar və tox əsgərlər" adlı yazısına görə dağ postuna əsgər
göndərilən Zamin Hacı Elmar Hüseynovun ölümündən sonra "blokuma təhlükəsiz
girmək istəyirəm" deyə açıqlama verdi. Məhz bundan sonra ciddi
siyasi-satirik qələm "itoynadan"lığa çevrildi. Tənqid mırt tutmaqdan
o yana keçmədi.
Elmar
Hüseynova dəyən güllə necə susqunluq yaratdısa, Rafiq Tağıya dəyən bıçaq da ədəbiyyat
aləminin gölünə o şəkildə daş atdı. Hadisə baş verən gecə azad yazarlar cinayətkar
axtarışına çıxdılar. Müsəlmanların simasında qatil, qatilin gizləndiyi məkan
kimi İran "ifşa" edildi. Motiv kimi 5 il əvvəl baş verən dindarlarla
məhkəmə çəkişməsi göstərilirdi.
Əsl mərəkə
"54+ bəyanatı"ndan sonra yaşandı. Müsəlmanlardan qorunmaq istəyilə Avropadan acizyanə şəkildə imdad diləyən bəyanatın
altına xeyli yazar imza atdı. Rafiq Tağının ölümünün də öz fürsətçiləri çıxdı. Şeyx
Nəsrullah kimi məktub altında gizlənən Ağalar Məmmədov nəfəsi Avropada aldı. Həqiqətdə
heç bir cəsarətli vətəndaş mövqeyi ilə yadda qalmayan bu adam qorxaqlığından
Avropada da bir şey əksiltmədi. Orda da hakimiyyətin qətldə əli olmaması ilə
bağlı arqumentlər gətirən yazılar yazdı. Onun getməsi ilə zatən bir şey itirimədik. Əvəzində
Azərbaycan təmizləndi.
Qətlin
baş verdiyi, bəyanatın ortaya çıxdığı gün yazmışdım ki, İranda, Turanda cinayətkar
axtarmayın. Rafiq Tağı cinayəti hakimiyyətin yazarlara "Sus!" əmridir.
Dindar fobiyası çox çəkmədi. Tezliklə barıt tüstüsü dağıldı. Lülənin ucu
göründü. Ədəbi aləmdə ölkədən bezmək, tüpürüb getmək, azərbaycanlıların
nadanlığı söhbətləri vüsət aldı. Bugünkilər Axundov, Mirzə Cəlil dövrünün nadanlığını
görsəydilər, qaçmağı yox, intiharı təklif edərdilər.
Azad
yazarlardan ilk həmlə Əli Əkbərdən gəldi. Hadisədən dörd-beş ay sonra oxucuları
onun səsini İsveçrədən eşitdilər. Gedişin ilkin səbəbi bədii yaradıcılıqla məşğul
olmaq göstərilsə də, sonradan "Xədicənin evi", "videokameranı üstümə
atıb şərləyəcəkdilər", "uşaqlarımın gələcəyini düşünməliyəm"
kimi arqumentlərini oxuduq. Təxminən siyasətdə susmağı seçən müxalifətçilərin "balalarım
var, onları fikirləşməliyəm" bəhanəsi kimi.
Doğrudur,
İsveçrədən yazan Əli Əkbərin səhifəsində daha cəsarətli söhbətlərin şahidi
oluruq. Ancaq oxucusunun yanında olmayan yazıçı ədəbiyyat üçün deyilsə, ölkə
üçün itirilmiş yazıçıdır. Çünki yazılan kitabın qüvvəsi onu oxuyub bağlayanadəkdir.
Oxuyan on adamdan biri dəyişər, ya dəyişməz. Prinsipləri daşıyan yazıçı isə
siyasi hakimiyyət üçün daim rəqibdir. Onunla mübarizə bütöv bir cəmiyyətlə
mübarizə deməkdir. SSRİ-ni lərzəyə gətirən Soljenitsinin kitabları illərlə heç yerdə
çap edilmirdi. Bu adamın ölkədə qalması belə güclü baş ağrısı idi. Soljenitsin
ölkədən çıxarılandan sonra hər şey unuduldu. Mövcud yazarları Soljenitsinlə
müqayisə etməyə belə dəyməz.
Növbəti
ciddi dəyişiklik Seymur Baycanda getdi. Seymur Baycan əvvəllər də siyasi tənqidi
qələmi olan yazıçı kimi tanınmayıb. Daim azərbaycanlıların meşşan həyat tərzinin
tənqidçisi, marginal həyatın əleyhdarı kimi gündəmdə qalıb. Məişət temalarından
yazan Seymurun bu dərəcə marginallaşacağını mən də təsəvvür etməzdim.
Mia.az
saytında yazdığı son 10-15 məqaləyə baxdım. Yazılarının heç birində "İlham
Əliyev" söz birləşməsinə rast gəlmədim. Tənqid bir yana qalsın, məqalələrində
o, bu şəkildə cümlələr işlədə bilərdi: "O gün AZTV-ə baxırdım. İlham
Əliyevin qırmızı lent kəsdiyini gördüm". Yaxud "Yol qırağında siqaret
çəkirdim. Birdən korteji ilə qabağımdan gəlib keçdi". Amma yox ki, yox.
Seymur Baycanın yaradıcılığında İlham Əliyevin təkcə tənqidinə yox, söz birləşməsinin
özünə belə tabu var. Məmur təbəqəsindən olan digər şəxslərin adının
hallandırılmasında da bu prosses yavaş-yavaş özünü göstərməkdədir.
Bu məqamda
gənc-qoca yazarların yaradıcılığı ilə Anarın yaradıcılığı arasında bir
analogiya aparmaq istərdim. Fikir vermisizsə, ayoçular yazıçı Anarı ədəbi qüsurlarda
deyil, vətəndaş mövqeyi göstərməməkdə ittiham edirlər. Yəni Anardan hakimiyyətin
siyasi tənqidi tələb olunur. Düzdür, hərdən Anarın sovet dövründə xarici
yazıçılardan ilhamlanıb yazdığı romanlara plagiat deyirlər. Ancaq eyni priyomu
öz romanlarında pastij adlandırırlar. Mənim də yazarlardan tələbim məişət
mövzuları ilə baş girləmək yox, siyasi tənqiddir.
Rafiq
Tağının ölümündən sonra marginallaşma, tənqidçi ədəbiyyatdan soyuma geniş hal
alıb. Günahkar isə yazarların özünüsenzura xəstəliyi yox, ictimaiyyət göstərilir.
Senarisini elə Anarın yazdığı "Evləri köndələn yar" tamaşası yadınızda
olar. Orda toyları, mentaliteti tənqid edən edən ateist professor obrazı
günümüz üçün ironik qəhrəmandır. Ateist professor mental adətləri kəskin tənqid
edir, amma toya gedir. İşi düşəndə bazarkomun qapısını döyür.
"Uçastkovının balıq payı"ndan (bir banka kürü də ola bilər) alıb,
bazarkom üçün elçi düşür. Özü də qızı üçün.
"54-lər
bəyanatı"na imza atanda bizim gənc yazarlar Mirzə Cəlilin "Ölülər"
əsərinin qəhrəmanlarına çevrilmişdilər. Rus təhsilli Mirzə Hüseynlərin, Əlibəylərin
duruşunu almışdılar. Taleyin ironiyasına bax ki, qismətdə Anarın əsərinin qəhrəmanları
olmaq da varmış.
Bir
neçə söz Rafiq Tağı haqqında. Rafiq Tağı istedadlı, ancaq bəxtsiz insan həyatı
yaşadı. O, nə hökümətpərəst olub, dövlət mükafatlarına yiyələndi. Nə də tam
müxalif cinah tutub, dissident yazıçıya çevrildi. Bir insan ömrü yaşadı.
Ömrünün sonuna az qalmış ədəbi şəxsiyyət kimi öldü. Ölümündən sonra dirildi.
Ondan mübariz ateist yazıçı obrazı düzəltmə cəhdi edildi. Ancaq yenə də taleyin
ironiyası özünü göstərdi. Peyğəmbər haqda təhqir yazan bir kimsə, elə həmin
peyğəmbərin sözləri ilə o dünyaya yola salındı.
Ümumiyyətlə
gənc yazarlar arasından kimdənsə maarifçi ateist yazar, Axundov düzəltmə cəhdi
var. Uğursuz cəhddir. Axundovdan bu yana
bircə nümunənin tapıla bilməməsi buna sübutdur. O da ona görə ki, Axundov
dövrünün mollası ehkamçılığında daha prinsipal idi. İndiki mollalar küçədə ölüb
qalan rus bomjuna da yasin oxuyar. Təki pul gəlsin. Sovet dövrünün yazıçılarını
ümumiyyətlə qatmıram. Arandan, yaylaqdan yazıb, tut arağından sonra
"Allaha and olsun" deyən adamlara maarifçi demək belə ayıbdır.
Siyasətdə
nala-mıxa vurmağın axırı olmadığı kimi, ədəbiyyatda da nala-mıxa vurmağın axırı
yaxşı qurtarmır. Daha ciddi hədəflər seçilə bilərdi. Amma diqqəti yayındırmaq
üçün hakimiyyət Rafiq Tağını "rasxod"a buraxdı.
Rafiq
Tağının qətli gənc yazarların yaradıcılığının üstünə özünüsenzura buludu çəkdi.
Alayı temalardan yazmaqla qələmi korşaltmaq cəhdiləri başını aldı getdi. Digər ayoçulardan
ümumiyyətlə yazmıram. Poeziyanın gücünə inanan sufi dərvişləri kimi yerlərində
fırlana durublar. Elə hey göylərə baxırlar. Bəxtiyar Hidayətin müsahibəsində AYO
haqda dediyi kimi "igid ölüb, adı qalıb". Bugünü üçün yaşayanlar şübhəsiz
gələcək üçün sima buraxmayacaqlar. Günün biri Qan Turalı kimi Əjdaha dağının
gözündən su içəcəklər.
Məhşur
"Kral öldü, yaşasın Kral" aforizminin dəyişdirilmiş formasında yazımı
bitirmək istəyirəm. "Tağı öldü, yaşasın yeni tağılar!".

Комментариев нет:
Отправить комментарий