Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 29 июля 2012 г.

Müsəlman və idman

Yenə də Olimpiada mövzusuna qayıdacam. Açılış mərasiminə. Səhnələrdən sonra komandaların keçidini həvəslə izlədim. Dünya nəhənglərindən cırtdan ada ölkələrinə kimi yer kürəsi arenada idi. Hər bir ölkə fərqli geyimdə, fərqli dəri rəngində.


Ancaq bu təntənə içərisində dəhşətlə izlədiyim bir reallıq vardı. Müsəlman ölkələri və onların atletlərinin sayı. Doğub törəyən, miqrasiya ilə dünyanı basan müsəlmanların idmançı sayı bir ovuc görünürdü. Ən çox əhaliyə sahib ikinci müsəlman ölkəsi Banqladeş cüzi sayda təmsil olunurdu – 5 nəfər.

Görəsən müsəlman ölkələrinin geriliyinin səbəbi onları sevməyən Amerikada, Avropadadırmı? Yoxsa hər addımda onlar üçün qara planlar cızan buynuzlu massonlarda? Günahı şeytanın üstünə yıxmaq müsəlmanın çoxdankı adətidir. Yetim malını yemək, qonşu arvadına tamah salmaq, nəzir qutusundan gələn pulla Həccə getmək – bunların heç biri müsəlmalıq deyil, heç həqiqi İslam da bu deyil. Həmişəki kimi günah sahibi canı yanmış şeytanmış, şeytan.

Ya idman? Bu da şeytan əməlidirmi? Onlar damı cəhənnəmdə yanacaq? Bir dövlət nə qədər qüdrətli olursa-olsun, pulu milyardları aşsın, o dövlətdə idman ailə tərbiyəsi deyilsə, idmançı yetişə bilməz. 100 milyardlar sahibi Səudiyyə Ərəbistanı London Olimpiadasında 19 nəfərlə təmsil olunur.

İdmançını öncə ailə, icma, sonra dövlət yetişdirir. Bu fərqi hələ Sovet vaxtında görürdük. Rus, ukraynalı ailələr qızlarını idmana qoyarkən, azərbaycanlılar evlərdə gizlədib, qeybətçi Tükəzban yetişdirirdilər. Kasıb rus, ukraynalı alveri bacarmasa da, idman uğuru ilə ağ günə çıxırdı. Ölkə də ondan danışırdı.  Azərbaycanlı isə ya şeytanı, ya da Qarbaçovu lənətləyirdi.

SSRİ hamıya “İdmanla məşğul olun” olun deyərkən, azərbaycanlı heç kəs almayacaq deyə,  qızını idman dərsinə belə buraxmırdı. Şortik geyib gimnasitika ilə məşğul olan rusa az qala qəhbə gözü ilə baxırdılar. İndi də bir şey dəyişməyib. “Oğlum ağırlıq qaldırma, yerinə işiyərsən”, “Velosiped sürmə, daşşağın əzilər”, “Qızım idman edərsən, pərdən cırılar” – deyən bir toplumun son nəticədə yetişdirdiyi sağlam vətəndaş, olimpiya çempionu olmur. Durmadan doğub-tökən cılız insan kütləsi olur.

Övladının xayalarını birinci dərəcəli dəyər sayan müsəlman toplumları heç zaman idmançı, olimpiya rekordçusu yetişdirə bilməyəcək. Açılış gecəsi Əhli-beytdən olan facebook dostlarımdan birinin “İdman dəyər deyil” statusunu görüncə, müsəlman və idmanın bir-birinə zidd şeylər olduğunu anladım. Aralarından ən tolerantı belə düşünürsə, digərlərindən nə gözləyək. Bəs dəyər nədir? Qılınc oynatmaq, amma o qılıncla Aşurədə başa vurub qan çıxarmaq. Ağırlıq qaldırma, amma arvadın belinə bir eşşəyin yükünü yükləmək. Əl oyunları, amma təsbeh fırlatmaq. Ola bilsin, peyğəmbər zamanında müsəlmanlara at sürməyi, idmanla məşğul olmağı buyurub. Amma bu günün müsəlmanı neft puluna aldığı “masson Avropa”nın avtomobilində yarışa qatılmır, qaza basıb kiminsə balasını əzir.

Sayı 100 milyon olsun, ya milyard - müsəlman toplumlarında idmana baxış ailə mühitində dəyişmədikcə, ən kiçik ölkələr qarşısında belə aciz durumda qalacaqlar. Dünya hökmranı Amerikadan, “yaxşılığımızı istəməyən” Avropadan misal gətirmirəm. 62 il blokadada yaşayan, neftsiz Kubanı götürək: Əhalisi: 11 milyon 451 min Olimpiadada atlet sayı: 110 nəfər


1.İndoneziya     – Əhali: 237,6 milyon  Atlet sayı: 22
2.Banqladeş     – Əhali: 142,3 milyon  Atlet sayı: 5
3.Pakistan        – Əhali: 190,3 milyon  Atlet sayı: 23
4.İran                – Əhali: 77,9 milyon    Atlet sayı: 53
5.S.Ərəbistanı  – Əhali: 28,7 milyon    Atlet sayı: 19

Müsəlmanın sayı artmaqda, idmançı sayı eyni qalmaqda davam edir...

Комментариев нет:

Отправить комментарий