Deyilənə
görə 22 il öncə, 26 fevral gecəsi bizi zorlayıblar. Sonra öldürüblər. Müasir
dildə desək, genosid ediblər. Bütün bunlar Xocalı şəhərində baş verib. Şəxsən
şahidi olmamışam.
Erməninin
bizi zorlaması fiziki haldır. Uzaqbaşı bir-iki gecə davam edib. İllər sonra anladım
ki, bizi zorlayan erməni yox, Xocalıdır. Daha doğrusu Xocalı kabusu. Xocalı tək
deyil. Aşurə günü, 20 yanvar, 31 mart bu kabus mozaikasının parçalarıdır. Diri
adamları ölü kimi davranmağa məcbur edən möhtəşəm qaramat simfoniyası.
İdeoloji
baxımdan Qarabağ müharibəsini 20 yanvarın yas elan edildiyi gün uduzmuşduq. Biz
qisas almağı yox, bütün dünyanın zorlanma faktımızdan xəbərdar olmasını istəyirdik.
Əksər hallarda zorlanmış qadın fahişəliyi seçən kimi 20 yanvarın ardı gəlməli
idi. Daha qanlı, daha möhtəşəm zorlanma hadisəsi lazım idi bizə. Adını genosid
qoya bilməmiz üçün. Xocalıyacan "axı, ermənidən nəyimiz əksikdir"
fikri hər gecə zorlayırdı bizi. Nəhayət bizim də genosidimiz oldu.
Xocalı
qətliamının baş verdiyi günün səhərisi bir çox azərbaycanlı üçün xöşbəxtliyə
çevrildi. Erməni gəlmədən minlərlə qarabağlı axın-axın Bakıya, Sumqayıta
axışdı. Erməni yox idi, Xocalı ki, vardı. Bakıda yeni hakimiyyətin isti nəfəsi
duyuldu. Prezident Aparatındakı postlar gözucu edildi. Tezliklə təzə bəylər gəlin evinə elçi düşəcəkdi. ANS qəhrəmanlıq dastanı yazacaqdı. Və bu qəhr(b)əmanlığı
hələ 22 il Azərbaycan tamaşaçısına sırıyacaqdı.
1992-ci
il il 26 fevral səhəri hər kəs xoşbəxt idi. Sifətlərə hüzn maskası taxılsa da. Cırıq
corabda qaçan xocalılardan başqa. Tezliklə xöşbəxtlik xocalıların da üzünə güləcəkdi.
Əllərində plakatlarla sifarişli siyasi məhkəmələrin qarşısına gələcəkdilər. Şərlənmiş
məhbusların üzünə duracaqdılar.
Bunlar
keçmişdə qaldı. Müasir dövrün Xocalı kabusu daha dəhşətlidir. Bir var təsadüfi
insan zorlana, bir də var xalqın mənəvi zorlanması. Birincini reabilitasiya etmək
olar. İkincini özünə qaytarmaq on illər istəyir. Bəzən nəhəng qurbanlar vermədən
mümkün olmur.
613 nəfərin
qətlə yetirildiyi hərbi cinayəti genosid adlandırmağı ağıl etmişik. Müqayisə
üçün deyim ki, 1918-ci ilin martında sadəcə Şamaxı qəzasında 30 min nəfər
öldürülüb. 617 nəfər hara, 30 min hara. Heç o 30 min adamdan kiminsə adını
xatırlayan varmı?
Amma
ona da genosid deyirik, Xocalıya da. Eyni xalqı bir əsrdə iki dəfə genosid etməzlər.
Genosid o zaman olur ki, hər hansı xalq müdafiəsiz yaxalanır. Əldə silah ölə
biləcəyi halda həşərat kimi qırılır. Taleyin hökmü ondan yana olmur. Yəhudi
xalqı o zaman genosidə məruz qaldı ki, silaha deyil, pula sarılmağı seçdi.
Doğulduğu Fələstin torpaqlarında deyil, parazit kimi Avropa cəmdəyində yaşamağı
seçdi. Genosid yəhudilərə dərs oldu. Bu səhvin əsla təkrarlanması üçün
çalışdılar. Pul kisəsini atıb, silah götürdülər.
Ya azərbaycanlılar...
Eyni əsrdə bir xalq iki dəfə genosid edilə bilməz. Qətliam baş veribsə, bu
genosid deyil, qoyun təfəkkürünə vurulan bıçaqdır. İnsan cildində yaşayan
qoyunlara insan olmalarının xatırlatması kimi.
Xocalı
hərbi cinayətinin genosid adlandırılması azərilərin riyakarlığıdır, alçaqlığıdır.
Onlar səhvləri bir daha təkrarlamamaq haqda düşünmürlər. Gələcək yaslar üçün
indidən ehsan məclisləri qururlar. Hər il 26 fevral üçün büdcədən xərclənən
milyonlar bu ehsanın qonaqlığıdır. Necə olmasa da, günahlarımızı tökə biləcəyimiz
günah keçisi, qorxunc Təpəgöz - erməni xalqı var. Oğuz elinin uşaqlarını qoyun
kimi yesə nə olar. Ağlayarıq, sızlayarıq. Keçib gedər. Hələ xiyabana gedib, gül
də qoyarıq.
Azərilər
zorlanmış qızdan ağ fatalı gəlin olmağı istəyəcək qədər əbləhdirlər. Bu ironiya
deyil. Reallıqda da belə edirlər. 22 il Xocalı kabusu ilə zorladıqları xalqın Qarabağı
azad edəcəyinə inanırlar. Körpəlikdən döyülə-döyülə böyüdülən uşaq böyüyəndə
necə qorxağa çevrilirsə, yas ruhunda yetişdirilən xalq da bir o qədər cəsarətsiz,
riyakar olur.
İkinci
Dünya müharibəsinin ən dəhşətli insan itkilərini verən xalq rus xalqıdır. Bircə
matəm günü yoxdur. 22 milyon qurbana həsr etdiyi tək gün var. 9 may Qələbə
günü. Bizim bünövrəmiz 20 yanvarla
qoyuldu, rusun bünövrəsi 9 mayla. Kimin rəzil, kimin vəzir olduğuna siz qərar
verin.
Hər
il Xocalı kabusundan daha çox iyrənirəm. O, doğulduğu ildən zorlamağa başladı.
Elçibəy hökumətini nəyi var zorladı. Məhz ikinci Xocalının təkrarlanması
qorxusu elçibəyçiləri cəsarətli hərbi qərarlar verməkdən çəkindirdi. Hərbi
texnikanı düşmənin vurulması üçün yox, mülki əhalinin qaçırılması üçün istifadə
etdilər. Xocalı təkrarlanmadı. Kabusu isə zorladı və doydu. Altındakını dəyişmək
qərarına gəldi. Amma yeni gələn zorlanması üçün özünü deyil, xalqını Xocalı
kabusunun altına atacaqdı.
Xocalı
iyrəndirdi... O zaman ki, öz xoşu ilə əcnəbi tərəfindən zorlanan xarici təhsilli
"dişovka"lar əllərində "Justice for Khojaly!" plakatı ilə
mitinqlərə çıxdılar. Çıxdılar ki, vətənlərinə qayıdanda yaxşı qiymətə getsinlər.
Mənən zorlanmış el oğulları hüznlü "el qızları"nı daha çox sevir.
Xocalı
iyrəndirdi... Matişkəsifət məmur oğulları xalqa xidmət məsələsində başqalarını
borclu çıxaranda. Cibdə fərari bileti kamera qarşısında Qarabağı almağı söz verəndə.
Xocalı
iyrəndirdi... Müxalifət Xocalı üçün xərclənən milyonlara susanda. Özləri də bu
orgiyaya qoşulanda.
Necə
deyərlər, davam edir Xocalı, daha qanlı, daha iyrənc...

Комментариев нет:
Отправить комментарий