Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 14 августа 2014 г.

Gülməli karyerist qızlar


Siz onları ağ dişləri parlayan fotolarından, havalı yerişlərindən, kamera üçün hesablanmış saxta gülüşlərindən tanıyırsınız. Onlar daima xoşbəxt, özünə inamlı görünməyə çalışırlar. Hərəkətlərindən sünilik yağsa da, eqosuna aldanan adam üçün paxıllıq mənbəyidirlər. Əsas mənəvi qidaları da elə budur. Onlar gülməli karyerist qızlardır.

Gülməli olan heç də geyim, makiyaj, jestləri deyil. Əsl ironiya mənbəyi başlarını aşan iddiaları və bütün bunları Azərbaycan adlı ölkədə gerçəkləşdirmək istəkləridir. Bu adamlar müstəqillik dövrünün yeni nəslidir. SSRİ-ni dumanlı xatırlayan uşaqlarla başladı bu nəsil. Sosialist reallığından uzaqlaşdışdıqca böyüyən qızlar daha maraqlı olurlar. Hədəflərini inadla bəyan edən bu qızcığazlarla müqayisədə kosmonavt olmağı arzulayan sovet uşağı “zastoy qızı, zastoy” kimi görünür.

Onlar amerikan reallığında böyüyüblər. Daha doğrusu “amerikan röyası”nda. Məktəbləri televizor, internet; müəllimləri BP-də işləyən qonşu qızı, uğurlu karyera haqda internet məqalələridir. Azərbaycanda onlar üçün pərəstiş kultu yoxdur. Uzaqbaşı Qənirə. Onun da lağ obyektinə çevrildiyini görüncə, gözlərini dikirlər Amerikaya, Avropaya.

Amerikada doğulub, amerikan kimi tərbiyə alıb, “amerikan röyası”nı reallığa çevirə bilsəydilər, heç kəs onlara gülməzdi. Bədbəxtçilik ondadır ki, hansı ölkədə yaşadıqlarının fərqində deyillər. Bu adətən gənc yaşda olanlara, tələbələrə aiddir. Bir az yaşa dolanlar reallığı bilirlər. Amma yenə də Bisütunu yaran Fərhad olacaqlarına inanırlar. Hər iki nəslin uğur nağıllarını dinlədikcə, dodaqlarda istehzalı gülüş yaranır.

Görəsən bu qızlar M.K.Atatürkün “Ədalət mülkün təməlidir” sözlərini oxuyublarmı? Oxuyublarsa bir dəqiqəlik üzərində düşünüblərmi? Bircə bu cümlə hər şeyi dəyişir. Bircə bu cümlə amerikalını, avropalını uğur sahibinə, azərbaycanlı qızı “business lady” yarlıqlı klouna çevirir.

Ədalət, mülkiyyət toxunulmazlığının heçə sayıldığı bu ölkə nəinki sahibkarın, lütün də azadlığının təməlini təşkil etmir. Bütün bunlara rəğmən Azərbaycanda karyera, milyonlar qazanmaq mümkündür. Amma bir yerə qədər. “Bir yerə qədər” xəttinə çatdıqda hər şeyi itirə bilərsən. Və bu heç də sənin bacarıqsızlığından asılı olmayacaq. Gülməli karyerist qızlar bir yana, “dövlətlə dövlətçilik etmək olmaz” prinsipi ilə yetişdirilən karyerist “lisey uşaqları” hər şeyi bir gecədə itirdilər. Çünki “bir yerə qədər” limitləri artıq dolmuşdu.

Baxırsan, tipik karyerist qız. Köhlən dayça kimi gənc və iddialıdır. Əlində mikrofon, üzündə CNN aparıcısının saxta gülüşü. Gələcəyini minimum ANS-də, sonrasını BBC-də görür. Əvvəl yerli filiala işə düzəlsin, bəlkə CV-nə baxıb Londona da apardılar. 

Yumurtadan çıxmayıb hələ. Sənə jurnalistika standartlarından dərs keçir. Azərbaycan mətbuatında illərlə çalışan jurnalist qadınlar var ki, yazı təcrübələri bir yana, peşə cəsarətləri ilə Janna D’Arka çevriliblər. Amma başlarını girləyəcək şəxsi mənzil sahibi ola bilməyiblər.

Gülməli karyerist qız bu dəfə deyəcək ki, onların ağlı olmayıb. Vaxtında ingilis dili öyrənməyiblər, seminarlara getməyiblər. Dövlətlə dövlətçilik etməklə vaxt itiriblər, nə işləri vardı müxalifətdə.

Deyək ki, gülməli karyerist qız haqlıdır. Bugün müxalif media işçisi, sabah iqtidar yönlü mediaholdinqin rəhbəri ola bilərsən. Bu uğurun təminata alınmış gələcəyi varmı? 

Əlbəttə, həmin adamlar da istedadlı, təşkilatçılıq bacarığı olan şəxslərdir. Ədalətin mülkün təməli olduğu ölkədə yaşasaydılar, hər şeyi özləri əldə edər, heç kəsə hesabat verməzdilər. Amma bu karyera da “bir yerə qədər”dir. Kiminsə pulundan, hakim mövqeyindən asılısan. Hər şeyi qaydasında etsən belə, günün biri iki at arasında qalan uzunqulağa çevrilə bilərsən.

Gülməli karyerist qız əlbəttə ki, bunları düşünmür. Onun həyatının 3 mənası var: xaricdə təhsil (ABŞ ya Britaniya), xeyli ölkə gəzmək, feysbuka “cool” fotolar qoymaq. Onun dünyasında minimum bu imkanlara sahib olmayan kişi “looser”dir. 

Qəribə gəlsə də, beyni olmayan, amma arı kimi işləyən gülməli karyerist qızlar xarici media orqanlarına asan yol tapır. Proqram aparıcısına çevrilir. Bu heç də təsadüf deyil. Qərb texnoloqları informasiya və efir şöhrətinin necə qüdrətli silah olduğunu yaxşı bilirlər. Yolları ayrılanda strateji düşüncəli qadının əlindəki informasiya özlərinə qarşı təhlükəli silaha çevrilə bilər. Strateji düşünə bilən bir neçə qadın tanıyıram ki, onlar “boz kardinal” kimi kölgədə qalır. Hədəf proyektləri dar kabinetlərdə hazırlayırlar. Ekranda dişləri ağaran gülməli karyerist qız sizə hava atsa, rahat olun. Bilin ki, “Dumb & Dumber” ssenarisi işə düşüb. 

Gülməli karyerist qızların çoxluq təşkil etdiyi menecerlər tayfasını qeyd etmədən keçmək olmaz. Onların özünü sübut məkanı BP və bənzər şirkətlərdir. Yaşı 30-a yaxınlaşan, fiqurası sulu karyerist qızlar ciddi cəhdlə “business lady” görkəmi almağa çalışırlar.


Tarqovı kafesində, qlamur geyimdə qarşında oturub sənə həyatı başa salır. Lüks avtomobilin, “novostroykada” aldığı şəxsi mənzilin, qazandığı hər şeyin şəxsi uğuru olduğunu iddia edir. Hələ üstündəki paltarın qiymətinin səndən baha olduğuna işarə vurur.

Bütün bunları üzündə sarkazmlı gülüş ifadəsi ilə dinləyirsən. Növbə sənin həqiqətlərinə çatır. Ona onun real həyatını danışırsan. Bu yerə yüksələnəcən neçə şöbə müdirinin, şirkət prezidentinin altından keçdiyini, neçə bahalı yataq dəyişdirdiyini xatırladırsan. Karyera uğurunun həqiqətdən yox, “həqiqi ət”dən xəlq olduğunu bildirirsən.

Bax, bu an ən dəhşətli andır. Qarşındakı şəxsin darmadağın olduğu an. Sən adi qadın sirrini bəyan etməmisən, onun bu vaxtacan yığdığı özünə inamını məhv etmisən. Bu karyera kraliçasının dünyası bir anda toz təmizləyən əski parçasına çevrilir. Bəlkə də rəfiqələri onu dəfələrlə “Aaaz, qəhbə” – deyə çağırıblar. Fikir verməyib. Daha da qürrələnib. “Uğuruma paxıllıq edib, partlayırlar” – deyib.


Amma kişi dilindən səslənən bu həqiqət ölümcüldür. Hətta kişinin öz həyatı üçün. Çünki belə etirafların intiqamı ağır olur. Qarşındakı rus qızı olsaydı, məsələni zarafata salıb keçərdi. Amma bu rus qızı deyil. Beyninin alt qatlarında el qızı, ismətli ana ideallarını daşıyan milli ləçərdir. Bərbəzəkli kəpənək günün biri öz istəyi ilə tırtıla çevrilməyi seçəcək. Ancaq gözəlliyi yerində ikən kəpənək həyatı keçirib, güldən gülə qonmalıdır.

Menecerlər tayfasına məxsus, yataqdan-yatağa uçan gülməli karyerist qızların həyat hekayələri roman yazıçısı üçün əsl mənbədir. Bu hekayələrə Pelevin sayağı sarkazmlı ad da qoymaq olar: “Uğur üçbucağı”.

Bir də ciddi və kədərli görünməyən çalışan gülməli karyerist qızlar var. Elçibəy “Mən prezident olacam” deyən kimi, bunlar da inadla “Mən deputat olacam” deyirlər. Bilmirəm, uşaqlıqda Tansu Çillərə aşiq olublar, ya Marqaret Tetçerə, ancaq ciddi travmadır. Ay zavallı, sən Azərbaycanda qadın deputat olmaq üçün hansı çirkaba batmaq lazım olduğunu bilirsənmi? 10 il əvvəl bu haradasa mümkün idi. Gülər Əhmədova dastanından sonra hesabınızı ona görə alın.

Gülməli karyerist qızın həyatın mənasını dərk etdiyi an
Hədəflərinin puç olduğunu, qazandığı bütün uğurların günün biri onu bədbəxt edəcəyini anlatmağa çalışsan da, gülməli karyerist qız nihilistcəsinə səni inkar edəcək. Çünki o aclıq ehtirası ilə yaşayır. Doymaq istəyir. Toxluq naminə səni də çeynəyib yeyər. Ta ki, 30 yaş vuranadək. 

Bu an Zoluşkanın gecə 12-dən sonra kənd qızına çevrildiyi andır. Bu yaşdan sonra qazandığı heç nə onu xoşbəxt etməyəcək. Nə Amerika təhsili, nə işlədiyi beynəlxalq şirkət, nə də yüksək maaşı. Əgər o, arvad olmayıbsa. Gülməli karyerist qız nə qədər iddialı danışsa da, onun Nirvanaya çatması arvad olmaqdan keçir. Qoy, 1 ildən sonra boşansın. Təki, qohum-əqrəbaya “ərə getdim, qismətim zay çıxdı” - deyə bilsin.

30 yaşdan sonrakı həyat kişi asılılığından azad olmağa yox, kişi nökəri olmağa istiqamətlənib. O nökərlik əldə edilməyənədək, gülməli karyerist qızın ruhu kişi irqinə nifrətlə alovlanacaq. Kəpənək israrla tırtıla çevrilmək istəyəcək. Gəl ki, bir zamanlar tırtıl saydıqları ondan çox yüksəklərdə qanad çalacaq.

Комментариев нет:

Отправить комментарий