Azeri
qardaşlarıma salam! Dünən böyük bir qələbəyə imza atdıq. Bütün iftiralara,
paralel dövlət oyunlarına rəğmən Türk millətinin səsini qazandıq. Türkiyə ilə bərabər
bu uğurumuza sevinən milyonlarla azeri qardaşımız var. Hamınızın alnından öpürəm.
Bu sevinc təkcə Ankarada, İstanbulda qələbəni bayram edən insanların sevinci deyil.
Bakı vətəndaşlarının da ortaq sevincidir.
Amma
içinizdə bəlli bir kəsim də var ki, gözləri var, görməzlər, qulaqları var, eşitməzlər.
Əleyhimizdə işlədilən yalanı çömçə ilə udarkən, bizim göstərdiyimiz doğruları zəhər
sanarlar. Zəhərli olan həqiqət deyil, onların qəlbləri.
Biz
bu millətin halal səsini aldıq, saxtakarlıq dedilər. Biz demokratik seçkinin
paradını keçirdik, diktator dedilər. Biz bir rayonda cəmi 1 səs fərqi ilə
qazandıq. Təkrar edirəm, 1% yox, 1 səs amma yenə etibarsız dedilər. Ədalət o qəlbdə
həkk olunar ki, ora kağızdan ağ olar. Qara palçıq yaxılmış ürəkləri ampul
deyil, günəş də aydınlatmaz.
Hər cəhdlə
"Ergenekon" işini saxta çıxarmağa çalışarkən, Pensilvaniya
mafiyasının oyunlarını Quran ayəsi kimi qəbul etdilər. Nə düşündülər, nə araşdırdılar.
Çünki qəlbləri nifrət qaynayır. İnternetdə özlərini Əliyev düşməni göstərərkən,
qarşılarında hesab verdikləri mollaları xalqdan gizlətdilər. Onlar əmr verdi,
bunlar çirkab atdı. At, tutmasa da, bəlkə izi qalar deyə.
Ancaq
Türk milləti bu çirkabı eynilə onların üzünə yaxdı. Biz burda demokratiyanın qələbəsini
bayram edərkən, onlar yazdığı statuslarda mərsiyəxana çevrildilər. Bir qisim də
var ki, hər cəhdlə "Türkiyədə sekulyarizm əldən gedir" - deyib sübut eləməyə
çalışır. Bu ölkədə sekulyarizm zatən heç zaman olmadı ki. Sekulyarizm dövlətin
dinə, dinin dövlətə qarışmadığı bir yaşam tərzidir. Amma fransızdan taxma
layikliyi boynumuza zəncir etdilər.
Şükürlər
olsun ki, bir zamanlar bizə müxalif deyil, düşmən olanlar da başörtüsünü qəbul
etdi. Ya bu sekulyar deyib özünü cıran azərilərə nə deməli. Türkiyədə seçkinin
hər cəhdlə saxta olmasını sübut edənlər, İlhamın 84%-lik saxtakarlığına
susanlardır. Əzilmişlik hissini bizə püskürdürlər. Olsun! Allah qəlblərinə iman
salmasa da, ədalət hissi salsın. Seçki isə millətin iradəsidir. Oynanılan bütün
oyunlara rəğmən Türk milləti öz iradəsini qoydu. Sizlərə də qoydu! Eyvallah azəri qardaşlarım.
P.S. Recep Tayyip Erdoğan bu sözlərin heç birini deməmişdir. Zatən Türk millətinin iradəsini görmək istəməyənlərə, sübuta qarşı bəhanə gətirənlərə deyiləcək bir sözü yoxdur. Bu yazı Osmanlı şapalağı olsun.
P.S. Recep Tayyip Erdoğan bu sözlərin heç birini deməmişdir. Zatən Türk millətinin iradəsini görmək istəməyənlərə, sübuta qarşı bəhanə gətirənlərə deyiləcək bir sözü yoxdur. Bu yazı Osmanlı şapalağı olsun.

Комментариев нет:
Отправить комментарий