İsrail növbəti dəfə Fələstini bombalamaqda davam edir. Amma
bu düşən bombalar o qədər əsəb yaratmır, nəinki “facebook” mərsiyəxanlarının
paylaşdığı vəhşət fotoları, ah-vaylı statuslar. Bütün bu virtual Kərbala müsibətinə
baxıb deyirsən: nə olardı, Nuru paşa Bakıda olardı. Yığardı bu zəncirvuranları
zirehli vaqona. Göndərərdi Fələstinə, İraqa. Əsl cihada.
Parçalanmış uşaq meyitlərini göstərən fotoları əsas səhifədən
yığışdırıram. Ürəyim yanır, amma şüuraltıma da pis təsir edir. Ən əsası bu
ağlaşma quranların nəinki Fələstinli uşağa, heç özlərinə qəpik qədər faydası
yoxdur. Sadəcə içlərində nə qədər neqativ enerji varsa, boşaldırlar
başqalarının üstünə. Digərləri isə həftələrlə beyni pozulmuş halda yaşamağa məcbur
olur.
Elə bil mərsiyə mədəniyyəti bu cəmiyyətin ruhuna oturub. 1400
il Məhərrəmlik ayında vurulan zəncirlər elə bil bunların bədəninə yox, beyninə
vurulub. Şaxsey-vaxseyin, lənətin biri 1 qəpik. Savadsız dindarı ilə bitsəydi nə
isə. Populyar bloqqeri, xarici təhsilli ilahiyyatçısı, hətta politoloqu.
Politoloq Fərhad Mehdiyevin “Yaxın Şərqin ən zalım dövlətlərindən biri olan
İsrailin, Qəzzaya olan qeyri-insani bombardmanlarına lənət yağdırmaq hər bir
vicdan sahibinin borcudur” statusunu görüncə, düşündüm. Politologiya elminin vətəni
olan ABŞ universitetlərində mütləq lənətologiya kafedrası açılmalıdır. Kim
bilir, dərviş Məstəlişah Parisi dağıdan kimi lənətşünaslar da İsraili dağıtdı.
Məişət sahələrini qoyuram bir tərəfə, xalqın mərsiyə ruhuna
bulaşması müharibədə qəti məğlubiyyət deməkdir. SSRİ bizi döyüşçü ruhunda yetişdirmişdi.
İmam müsibəti canımızdan çıxmışdı. Elə ki, SSRİ dağıldı, Ərdəbilli molla
babalarının ənənəsinə sadiq qalan Elçibəy xalqa “Qadan alem, Kərbala”
simfoniyası çalmağa başladı. 20 yanvarda rus tankı meyitimizin üstündən keçdi.
Bunlar silahlı müqavimət əvəzinə 40 günlük yas elan etdilər. Xocalını elədilər
ikinci Kərbala. Sovetin ultra-modern, rusdilli fifoçkaları sayılan Leyla
Yunusun, Novella Cəfəroğlunun o illərdə çadrada çəkilən fotosunu görüb, xeyli
gülmüşdüm.
Müharibə illəri yadıma gəlir. Şən ruhlu Bakı olmuşdu
kabusxana. Televizyada ağlaşma, “hadrcore” muğam ifaları. İş o yerə çatmışdı
ki, SSRİ-dən qalma oyun aparatlarını çıxarıb atmışdılar. Guya müharibə aparan
xalqın əylənməsi ayıbdır. Baş mərsiyəxan Elçibəyin bu “uğurlu” müharibə təbliğatından
ən uğurla istifadə edən elə Heydər Əliyev oldu. Qoca KQB qurdu “ölkədə xaos
başını alıb gedir” söhbətini buraxan kimi elçibəyçilər başlarını elə itirdilər
ki, düz Kələkiyəcən qaçdılar. Üstəgəl qələbəsiz, başıpozuq müharibə.
İndi “facebook”un şaxsey-vaxsey deyənləri mənə o illərin
qaraçı jurnalist və siyasətçilərini xatırladır. Bütün müsəlmanlar bu cür yas
havası çalırmı?
İŞİD-in ildırım sürətli qələbələri göstərdi ki, xeyr. İŞİD və
Malikinin şiələrinin paylaşdığı xəbərləri, səhifələri müqayisə edin. Birincilər
ancaq uğurlu döyüş videolarını, hərbi qələbələri haqda xəbərləri paylaşırlar. Hər
millətdən olan əsgərlər videolarla öz xalqına qələbə ruhlu müraciətlər
ünvanlayır. Bu müraciətlərdə müharibə dəhşətləri göstərilmir. İŞİD özü haqda
yaranan mənfi imici bərpa etmək üçün əhaliyə sosial yardım göstərir. Liderlərinin
öldürülməsi dezinformasiyasına ani reaksiya verdilər. Yəni, propaqanda dahisi
Yozef Qöbbels Vermaxt üçün nə edibsə, İŞİD öz ordusu üçün onu edir.
İkincilərə baxın. Adam xəbəri açmağına peşman olur. İnsan
meyitləri, kəsilmiş başlar, topa-topa cəsədlər. Guya bununla İŞİD-in vəhşiliyini
sübut edib, camaatı döyüşə qaldıracaqlar. Xuy! 2 milyonluq Mosul boyda şəhərin əhalisi
İŞİD gəlməmiş evlərini qoyub qaçdı. Tanış gələr. Erməni gəlməmiş boşalan Azərbaycan
kəndləri. Hər iki ölkənin dövlət KİV-i eyni havanı çalırdı.
Halbuki İŞİD cəmi 5-6
minlik orduya sahibdir. Belə kiçik ordu ilə Suriya, İraq adlı iki nəhəngə
meydan oxuyur. Günə bir qəsəbə, şəhər fəth edir. Səbəb düzgün hesablanmış
müharibə təbliğatı.
İndi düşünün Qarabağ müharibəsi yenidən başlayıb. “Facebook”
mərsiyəxanları vəhşət təbliğatları milləti nə günə qoyar. Görün, psixikası
pozulmuş gəncləri səngərdə ayaqüstü tuta bilirsinizmi?
İsrail hərbi cinayətkardır. Amma nə olsun. Bir şey edə bilirlərmi? Qurd da qoyun sürüsünə
girəndə 40 qoyunu boğub gedər. Qoyun elə qoyun, qurd qurd kimi qalır. Heç kəs
yazıq qoyunu nümunə kimi götürməz. Əksinə alçaltmaq üçün işlədilir. Qurdun
gücü, prinsipiallığı pərəstiş mənbəyidir. Gənc azərilərin 90%-i qurdla fəxr
edir. Mahiyyətləri ki, qoyundur.
İsrail də beynəlxalq siyasətin qurdudur. Özünü qoyun vəziyyətinə
gətirmiş xalqların içinə girəcək. Boğub
çıxacaq. Ağcaqanad sancmasından o yana bir şey edə bilməyəcəklər. Bənzər
bombalama 2012-ci ilin noyabrında baş vermişdi. O zaman Mürsi hökumətinin nəbzini
yoxlayan İsrail hərbi əməliyyata çox davam edə bilmədi. Gördü ki, fələstinlilərin
arxasında Mürsi kimi dayaq var.
6 aydan sonra adam devrildi. Elə öz axmaq ərəblərinin əli ilə.
Xuntaçı Sisinin sülh çağırışını İsrail it yerinə qoymadı. Bəli, ağa nökərin
dediyi ilə oturub-durmaz. İsrail bu qapazları daha şiddətlə vurmalıdır ki, ərəb
və digər islam dövlətləri başının ağrısını yaxşı-yaxşı hiss etsin.
Doğrusu, mən “facebook” mərsiyəxanlarının yağdırdığı lənətlərdən
çox İranın atacağı raketlərin həsrətindəyəm. Deyirlər raketlərin mənzili çatır,
İranın arxası çatacaqmı, o maraqlıdır.
Fələstinə ağlamaq Hüseynə ağlamaq qədər faydasız işdir.
İsrail ki, Yezid deyil, ova çıxanda ölsün. Qazandığını eyş-işrətə deyil,
texnoloji tərəqqiyə xərclədikcə, var olacaq.
Bu tərəfdən də İŞİD-i lənətləyənlər İŞİD-dən Fələstin üçün
cihad etməsini istəyirlər. Lənətin dozasını bol eləyin. Bəlkə bombaya çevrilib
İsraili yaraladı. İŞİD doğru edir, qarışmır. Fələstinin bombalanması sübut etdi
ki, dünyəvi ya dini quruluşlu olsun, İslam dünyası lax yumurtadır. Nəyi var iy
verəcək, amma bir işə yaramayacaq. İslam dünyasının iki xilas yolu var:
Birinci yol İsrail
yoludur. Hər cür şeyxi, ayətullahı başından rədd eləyib hər kəsi öz vicdanı ilə
baş-başa buraxacaqlar. Neft gəlirini silah almağa yol, öz silahını istehsal etməyə
yönəltmək. Hollivud fahişəsinin bir gecəsinə 5 milyon dollar vermək əvəzinə 500
gəncə təhsil vermək. Saray, otel, məscid əvəzinə laboratoriyalar inşa etmək.
İsrail müstəqillik müharibəsinə lüləsi sınıq bir tankla başlamışdı. İndi
dünyanın ən qabaqcıl texnologiyasına sahibdir.
İkinci yol İslam Xilafəti (İŞİD) yoludur. Tam hərbiləşdirilmiş,
döyüşkən islam dövləti. Döyüşdən yayındıracaq amilləri ortadan qaldırmaq. Yəni
imamzadə qəbri, türbə, pir, ziyarətgah kimi ağlaşma yerlərinin külünü göyə
sovurmaq. İslam deyəndə zatən ağlıma döyüşkən din gəlib. Aftafa tutmaq, namaz
qılmaq üçün müsəlmanın başında şeyxə, Ayətullaha ehtiyac yoxdur. İslam rahatlıq
dinidirsə, mənim seçimim sekulyar dövlətdir.
Əlbəttə, gediləcək ən uğurlu yol İsrail yoludur. Əks halda
yolun sonu İŞİD-dir. Orta variant yoxdur. Yoxsa bundan sonra neçə əsr şaxsey-vaxsey deyəcəksiz.
Yazını müdrik latın atasözü ilə bitirmək istəyirəm: “Düşmən ən böyük müəllimdir”.
İsrailin qarşısında tələbə olun, lənətüllah yox.


Комментариев нет:
Отправить комментарий