Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 27 августа 2011 г.

Günəş palçıq tutmaz

Ayın 25-i vicdan məhbuslarına hökm oxunandan sonra çəkilən kadrlara təkrar-təkrar baxdım. Bəd xəbər  bədbinlik gətirər deyiblər. Bu məsəl ümidini taleyin hökmünə bağlamış insanlar üçün deyilib. Azadlıq yanğısı bir an dayanmayan insanlar üçünsə əsla yeri yoxdur. Hökm oxunandan sonra məhkəmə qarşısı mitinq meydanına çevrildi. “Azadlıq!”, “İlhama istefa!” şüarları dəqiqələrcə kəsilmədi. Bunlar bir yana, orada dayanan polislərin sifəti başqa mənzərə idi. Azadlıq istəyən insanlar qarşısında aciz, miskin, qul xisləti ilə çaşqın-çaşqın baxan adamcığazlar. Məhlə uşaqları buna çumo vəziyyəti deyirlər.
Həbslərin məqsədi nədir? Vacib adamları aradan çıxarmaqmı, əsas fiqurları götürməkmi? Müttəhim kürsüsündə əyləşən, əslində vəzifəli quldurların ən böyük ittihamçı olan vicdan məhbusları elə də böyük fiqurlar deyillər. Məqsəd camaatın, xüsusilə gənclərin gözünü qorxutmaqdır. Videoya baxmayan təkrar baxsın. Orada dayanan gənclərdən bir nəfər susanı varmı? 
Olmayacaq da. Çünki azad insan azad doğulur, kölələr isə daima ağa axtarışında olur. Bugünədək xalqla arasında polis kordonundan başqa bir şey olmayan İlham Əliyev və komandasının polisi də artıq özləri kimi acizyanədir. Bir su içimi insanın selə çevrilməsi yetər ki, bu çör-çöp silinib kənara atıla.
Nə səbəbdirsə rejim ən nümunəvi gəncləri məhkum edir. O gənclər  ki, indi Sovet dövrünün xatirəsi kimi qalır. Siqaret çəkməyən, içki içməyən, dərslərində intizamlı bir sözlə nümunəvi gənclər. Bir yana baxanda təəccüblü deyil. Təbiətdə xallı kaftar(giyena) ov edərkən sürüdən ən gənc, hiyləsi olmayan üzvü seçdiyi kimi hakimiyyət də təmiz insanlara diş atır. Heyvan ya insan - xislət birdirsə fərq etməz. Bəs o gənclər? Onlar özünü şikar kimi hiss edirmi ? Bir daha deyirəm – Əsla!
Onlardan biri haqda danışmaq istəyirəm. Elnur Məcidli. Zamanımızda istər mənən, istər intellekt sarıdan deqradasiya edən gənclik arasında həqiqi nümunə. İçimizdə ən çox kitab mütaliə edən də o idi. Saxlanma müddətində belə bizdən istədiyi ev yeməyi yox, kitab oldu. İşlətdiyi hər sözündə nəzakətli, hərəkətlərində nizamlı bir gənc. Bax belələri idi Gənclər Komitəsinin siması. Bugün qapalı məkanda onu qorxu, ümidsizlik deyil, xəyalları yaşadır. 

İştirak etdiyi bütün məhkəmə prosseslərində gülüş üzündən əskik olmayıb. Çünki ümidlidir, mətindir, özünə əmindir. Bu ölkədə azad gəncliyin hələ də susmaması qaranlıq tuneldə onun üçün məşəldir. Ətrafı satılıq hakim, konvoy işçisi, üzəduran fahişə polis işçiləri ilə dolu olsa da, o xəyallarındadır. Sanki bu məxluqatın bir kabuslu yuxu kimi gəlib keçəcəyini bilir. Elnur, bugün sənə böhtan atan fahişələr “İlham Əliyev siyasətini dəstəkliyirik!” deyirlər çünki pul və vəzifələrini o verir. Tarixin zibiliyyinə atılan ərəb diktatorları kimi getdikdən sonra xalqdan yazzıqcasına aman diləyəcəklər.
Müdrik bir türk atasözü var. “Günəşi suvamaq olmaz” Gün kimi parlaq gənclərimizə bugün palçıq atanların atdıqları elə o an çirkab üzlərinə axır. Bugün Elnur və həbsdə olan digər gənclər tarixin qəhrəmanına çevrildiyi anda əliyevçilərə polis arxasında gizlənmək qalır. Günəş qürub edər, ancaq yox olmaz. Bir parlaq sabah üçün bir daha parlar. Bu gənclər də daim parlayacaq! 

Комментариев нет:

Отправить комментарий